Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda bəzi məktəblərdə şagird sayının azalması təhsil müəssisələrinin gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirir. Şagird kontingentinin azalması belə məktəblərin fəaliyyətinin əvvəlki formada davam etdirilməsinin nə dərəcədə səmərəli olduğu, onların birləşdirilməsi, başqa məqsədlər üçün istifadəsi və ya fəaliyyətinin optimallaşdırılması məsələsini aktuallaşdırır.

Bəs şagird sayı azalan məktəblərin taleyi necə həll edilməlidir? Belə məktəblərin bağlanması, birləşdirilməsi, yoxsa fəaliyyətinin davam etdirilməsi daha məqsədəuyğundur?
Şagird sayı azalan məktəblərin taleyi necə olacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, rayonlarda şagird sayı azalan məktəblərin taleyi məsələsinə yalnız iqtisadi və ya statistika prizmasından yanaşmaq düzgün deyil. Burada söhbət sadəcə bir məktəb binasından getmir. Onun sözlərinə görə, həmin məktəb kəndin, qəsəbənin sosial həyatının bir hissəsidir: "Ona görə də "şagird sayı azdırsa, məktəb bağlanmalıdır" yanaşmasını doğru hesab etmirəm. Əlbəttə, elə məktəblər var ki, orada şagird sayı o qədər azdır ki, ayrıca məktəbin saxlanılması həm idarəetmə, həm müəllim resurslarının bölüşdürülməsi, həm də maddi baxımdan səmərəsiz ola bilər. Belə hallarda məktəblərin birləşdirilməsi və ya şagirdlərin yaxın məktəblərə yönləndirilməsi müzakirə edilə bilər. Ölkəmizdə də əvvəllər şagird sayı çox az olan və perspektivdə artım gözlənilməyən bəzi məktəblərin fəaliyyəti dayandırılıb, şagird və müəllimlər yaxın məktəblərə yerləşdirilib.

Amma rayon və xüsusilə ucqar kənd məktəblərinə yanaşma fərqli olmalıdır. Tutaq ki, bir kənd məktəbində 20-30 şagird oxuyur. Məktəbi bağlayıb uşaqları 10-15 kilometr uzaqlıqdakı məktəbə göndərmək kağız üzərində səmərəli görünə bilər. Lakin biz həmin uşağın hər gün məktəbə necə gedəcəyini, qış aylarında yolun vəziyyətini, nəqliyyat problemini və ailənin üzərinə düşəcək yükü də nəzərə almalıyıq.

Məncə, əsas sual "məktəbi bağlayaq, ya bağlamayaq?" olmamalıdır. Əsas sual belə olmalıdır bu ərazidə yaşayan uşağın keyfiyyətli təhsilə çıxışını necə təmin edək?
Əgər məktəbdə şagird sayı azdırsa, alternativlər araşdırılmalıdır. Məsələn, azkomplektli məktəbin saxlanılması, bir neçə sinfin birləşdirilməsi, müəllim resurslarının daha çevik təşkili, məktəbin maddi-texniki imkanlarının optimallaşdırılması və zəruri hallarda şagirdlərin təhlükəsiz nəqliyyatla yaxın məktəbə daşınması kimi variantlar qiymətləndirilməlidir. Azərbaycanda azkomplektli və ucqar kənd məktəbləri üçün modul məktəblərdən istifadə praktikası da mövcuddur.

Bir məsələni də unutmayaq: məktəbin bağlanması bəzən kəndin sosial həyatına da təsir edir. Kənddə məktəb yoxdursa, ailələrin həmin ərazidə qalmaq motivasiyası da zəifləyə bilər. Bu isə uzunmüddətli perspektivdə kəndlərin boşalması prosesini sürətləndirə bilər. Ona görə məktəb məsələsinə yalnız birillik şagird sayı əsasında qərar vermək düzgün deyil. Ərazinin demoqrafik vəziyyəti, doğum göstəriciləri, miqrasiya, kəndin inkişaf perspektivi və yaxın illərdə şagird sayının necə dəyişəcəyi də hesablanmalıdır.
Digər tərəfdən, sırf "kənd məktəbidir" deyə şagird sayı son dərəcə az olan, təhsil imkanları məhdud və faktiki olaraq effektiv fəaliyyət göstərə bilməyən məktəbi də illərlə eyni formada saxlamaq çıxış yolu deyil. Burada uşağın mənafeyi əsas götürülməlidir.

Mənim fikrimcə məktəbin bağlanması sonuncu variant olmalıdır, ilk variant yox. Əvvəlcə həmin məktəbin saxlanılmasının, optimallaşdırılmasının və ya başqa məktəblə birləşdirilməsinin bütün nəticələri hesablanmalıdır. Əgər bağlanma zəruri hesab edilirsə, bundan əvvəl uşaqların daşınması, təhlükəsizliyi, müəllimlərin işlə təminatı və valideynlərin razılaşdırılmış şəkildə məlumatlandırılması məsələləri həll olunmalıdır.

Çünki məktəb sadəcə dövlət büdcəsindən maliyyələşən bir müəssisə deyil. Məktəb uşağın evindən sonra ikinci ən vacib sosial mühitidir. Biz resurslardan səmərəli istifadə etməliyik, amma bunu uşağın təhsil hüququ və kənddə yaşayan ailələrin real həyatı hesabına etməməliyik.
Ən düzgün yanaşma hər məktəbə ayrıca baxmaq, rəqəmlə yanaşı insan faktorunu da nəzərə almaqdır. Bir məktəbin saxlanılmasının və ya bağlanmasının ölçüsü təkcə şagird sayı yox, həmin məktəbin uşaqlar üçün yaratdığı təhsil imkanları və ərazi üçün daşıdığı sosial əhəmiyyət olmalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızıl bu qiymətə satılır

Azərbaycanda 28 sentyabr 2026-cı il tarixi üçün qızılın qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7,245.9355 manat, 1 qram (ümumi) - 232.96 manat, 99 əyyar (Təmiz) - 232.96 manat, 750 əyyar (İtalyan) - 174.90 manat, 585 əyyar (Türk) - 136.42 manat, 582 əyyar (Rus) - 135.7

28.09.2026 210
.

Bu ərazidə su olmayacaq - Xəbərdarlıq

Paytaxtın Suraxanı rayonunda su kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, rayonun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində su təminatında b

28.09.2026 299
.

Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb. "TodayPress TV"yə istinadən xəbər verir ki, S.Müslümov bundan əvvəl, 2019-cu ildə akademiyanın Dünya iqtisadiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb

12:06 142
.

14 nömrəli marşrutun sürücüsü hamilə qadına hörmətsizlik etdi - Şikayət

"BakuBus" MMC-yə məxsus 14 nömrəli marşrut avtobusunda sərnişinlə sürücü arasında dava olub. "Yeni Sabah" xəbər verir ki, Zema Aydın adlı sərnişinin sözlərinə görə, hadisə "20 Yanvar" metro stansiyası yaxınlığındakı dayanacaqda baş verib. 77-JB-058 dövlət qeydiyyat nişanl

28.09.2026 282
.

Ekspert: Vaşinqton Ukrayna məsələsində mövqeyini dəyişir

ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenskini Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə danışıqları bərpa etmək üçün Moskvaya səfər etməyə çağırması Vaşinqtonun Ukraynadakı münaqişə ilə bağlı mövqeyində dəyişiklik olduğunu göstərir. xəbər verir ki, bunu Türkiyəli xarici siyasə

12:05 106
.

Çindən Putin, Si Cinpin və Trampın üçtərəfli görüşü ilə bağlı açıqlama

Çin Xarici İşlər Nazirliyinin Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində üçtərəfli görüşün keçirilməsi ehtimalı ilə bağlı hələlik məlumatı yoxdur. xəbər verir ki, bunu Çin Xaric

11:49 114
.

Ətin "kimdən gəldiyi" bəlli olacaq - Elektron identifikasiya nəyi dəyişir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

AQTA-nın sentyabrın 28-də Daşkəsəndə keçirdiyi görüşdə heyvanların fərdi identifikasiyasının xəstəliklərin vaxtında aşkarlanması və baytarlıq tədbirlərinin izlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Prosesin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi vasitəsilə aparıldığı və heyvanla

12:20 135
.

Cəmi 4 həftəyə bioloji yaş azaldı - alimlərdən təəccüblü nəticə

Qidalanmada edilən dəyişikliklər orqanizmin yaşlanma göstəricilərinə qısa müddətdə təsir göstərə bilər. BİG.AZ xəbər verir ki, Avstraliyanın Sidney Universitetində aparılan araşdırmada 65-75 yaş aralığında 104 nəfərin qidalanması dörd həftə ərzində dəyişdirilib. Tədqiqatçılar iştirakçıların yağ, karbohidra

11:05 202
.

Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual

Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə

13:00 39
.