Laosla Azərbaycan dost ölkələrdir

Laosla Azərbaycan dost ölkələrdirİkitərəfli əlaqələr dövlətlərarası münasibətlərin mahiyyəti ilə müəyyənləşir. Belə münasi¬bət¬lər siyasi mahiyyət daşısa da konkret sahələri əhatə edən əlaqələrin istiqaməti müxtəlif olur. Əla¬qələr hər dövlətlə ayrı-ayrı istiqamətlərdə aparılır. Azərbaycanla Laos Xalq Demokratik Respubli¬kası arasında diplomatik münasibətlər də bu tezislərlə səsləşir. Bu iki dövlət arasında münasibətlər genişlənməkdədir. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyab¬rın 13-də Azərbaycana səfəri də bu qənaətin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti cə¬nab İlham Əliyev bu səfərlə əlaqədar mətbuata bəyanatında bu iki dövlətin başçılarının bir neçə dəfə beynəlxalq tədbirdə görüşdüyünü, bu səfərdə həm təkbətək, həm də geniştərkibli görüş olduğunu, hər iki ölkədə dostluq qrupları yaradıldığını, bu sahədə də həm beynəlxalq parlament¬lə¬rarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq etdiyimizi xatırladan Azər¬bay¬can Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: "Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Ümid edirəm ki, Bakıda keçiriləcək Laos-Azərbaycan biznes-forumu bu isti¬qa¬mətdə önəmli addım olacaq, həm məlumat mübadiləsi nəzərdə tutulur, eyni zamanda, mən cənab Prezidentə də bunu bildirdim ki, əgər Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim olunarsa, biz böyük maraqla bu layihələrə baxa bilərik".
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda geniş ali təhsil şəbəkəsinin mövcudluğunu xatırladaraq əminliklə bildirdi ki, Azərbaycanda müxtəlif sahələr üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Azərbaycan bu potensialından istifadəni Laos Xalq Demokratik Respublikasına da təklif edə bilər: "...vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbay¬canda təhsil almışdır. Mən təklif etdim ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və əminəm ki, gələcək illər ərzində biz daha çox laoslu tələbəni Azərbaycanda görəcəyik".
İşğala məruz qalmış bütün dövlətlər müharibənin ağrı-acılarını müharibədən sonrakı illərdə də çəkir. İşğalçı dövlət müharibə apardığı müddətdə əraziləri minalayır. Müharibədən sonra onun ağrılarını minalanmış sahələrə yaxın ərazilərin əhalisi, bu anlamda dövlət çəkir. Bu səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev istər Laosun, istərsə də Azərbaycanın mina problemləri olduğunu da vurğuladı. Bu fikir bilavasitə Laosla Azərbaycana şamil edilsə də dünyəvi problem kimi təqdim edildi: "Cənab Prezident mənə bildirdi ki, baxmayaraq, onların müharibəsindən bir neçə onillik keçib, amma bu günə qədər insanlar minalardan əziyyət çəkirlər və öz həyatlarını, sağlamlıqlarını itirirlər. Mən də bildirdim ki, Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır".
Dövlət başçımız bəyanatında ikitərəfli əlaqələrin müasir konturları haqqında da məlumat ver¬di. Gələcək fəaliyyətin nəzərdə tutulan istiqamətlərindən də söz açdı: "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşı¬ma-ların da həcmi artacaq. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi. Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var"...
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azər¬bay¬cana səfəri iki dövlət arasında münasibətlərin sabahlarının istiqamətlərini də müəyyənləşdirdi, bu istiqamətlərin siyasi münasibətlərdən qaynaqlandığı da deyildi. Azərbaycan Respubli¬ka¬sının Prezidenti cənab İlham Əliyev bəyanatında əminliklə bildirdi ki, Laos bizim üçün dost ölkədir.

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 14 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq" - Lukaşenko

"Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq". xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, Belarus heç bir ölkəyə hücum etmək niyyətində deyil və hərbi hazırlıqların məqsədi mümkün müharibənin qarşısını almaqdır. Lukaşenko Qərb mediasınd

13.10.2026 258
.

Paşinyan tarix və keçmişlə bağlı fikirlərini bölüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan tarix və keçmiş anlayışları ilə bağlı fikirlərini bölüşüb. xəbər verir ki, Paşinyan bu barədə özünün Telegram kanalında yazıb. "Tarix dedikdə, biz əsasən keçmişdə baş verənləri nəzərdə tuturuq. Bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə

10:39 139
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 117
.

Bakı-Vyentyan əməkdaşlığı: yeni perspektivlər və imkanlar

"Azərbaycanla Laos arasında siyasi dialoq və ikitərəfli əməkdaşlıq son dövrlərdə yeni inkişaf perspektivləri qazanır. Ötən əsrin sonlarında qurulan diplomatik əlaqələr illər ərzində qarşılıqlı maraq və hörmət əsasında inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasını

11:43 130
.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

13.10.2026 411
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

11:03 148
.

"Survivor 2027"nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Axşam.az xəbər verir ki, layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçılar onların komandalarında mübarizə aparacaqlar. Qalib

13.10.2026 338
.

Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir

"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir". Bu sözlər

11:56 134
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 138
.