Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır.
Səfirlikdən verilən məlumata görə, Kuala-Lumpurda yerləşən "GM Travel House" şirkəti ilə aparılan danışıqlar nəticəsində Malayziyanın 220 turizm şirkəti tərəfindən hər birində 44 nəfər olmaqla 5 qrupun bu turizm mövsümündə Azərbaycana səfəri barədə razılıq əldə edilib. Bildirilir ki, həmin şirkətlərə Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumatlar, nəşr məhsulları çatdırılıb. Həmin nəşrlərdə ölkəmizin tarixi abidələri, müasir tikililəri, qədim mədəniyyəti, zəngin mətbəxi və görməli yerləri barədə informasiyalar öz əksini tapıb. Aparılan təbliğat və təşviqat işləri öz müsbət nəticəsini verib. Digər tərəfdən, əvvəlki illərdə Malayziyadan ölkəmizə təşkil edilən turizm turlarının uğurlu təşkili barədə məlumatlar da bu işdə mühüm rol oynayıb.
Bundan əlavə, Azərbaycanda təşkil edilən çoxsaylı idman yarışları, beynəlxalq tədbirlər ilə əlaqədar Malayziyada ölkəmizə olan maraq həddindən artıq çoxalıb. Səfirliyə Azərbaycana turizm turlarının təşkili ilə bağlı müraciətlərin sayının artmasında bu məsələ mühüm rol oynayır. Malay turistləri Qafqazı, xüsusən onun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanı yaxından tanımaq istəyirlər. Ölkəmizdəki ictimai-siyasi sabitlik onlara bu niyyətlərini rahatlıqla reallaşdırmağa imkan verir.
/azertag.az
BiG.Az
Telegramda izləyin
Turizm Baxılıb: 3329 Tarix: 26 iyun 2019
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"
"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var
27.06.2019 2583 Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ
Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.
23.11.2020 2521 Rusiya vətəndaşları istirahət üçün Gürcüstan əvəzinə Türkiyəni seçəcəklər
Yaxın bir neçə ay ərzində istirahət məsələsində Gürcüstanı əvəz etmək üçün ən əlverişli istiqamət Türkiyə olacaq. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu səyahətlərin təşkili xidməti - "OneTwoTrip"in mütəxəssisləri bildiriblər. Onlar Gürcüstanın əvəzin
27.06.2019 4300 Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA
Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy
05.04.2021 2306 BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR
Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v
26.06.2019 3010 Dubaya qayıdış
Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi
26.06.2019 3627 Dubayda yay mövsümünün yenilikləri
Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir. AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkın
26.06.2019 2882 Avia biletlərin satışı başlayıb
Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür
25.12.2020 4539