"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏÇoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?

Alpinizimin sirləri ilə bağlı suallarımızı 7 ildir ki, zirvələri fəth edən alpinizt Qərib Tağızadə cavablandırıb.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏBiG.AZ həmin müsahibəni təqdim edir:

Alpinizimlə nə vaxtdan məşğul olmağa başlamısınız?

2013- cü illin sonlarında çox yaxın dostumun köməkliyi ilə alpinizimlə məşğul olmağa başladım. Biz onunla birlikdə böyümüşük. Dostum alpinistdir. Mən də qoşuldum ona və bu günə kimi davam edən bir yola çıxdıq. İlk dəfə alpinist olaraq Xızıda hündürlüyü 2205 metr olan Dübrar dağına çıxmışam.

Təhlükəli peşədir. Bu peşəyə başlayanda valideynləriniz sizə etiraz ediblərmi?

Etiraz deməzdim. Ciddi şəkildə heç vaxt etiraz etməyiblər. Çünki mən o qaydalarla böyüyən biri olmamışam. Lakin narahatçılıq təbii ki, oldu. Məncə hansı valideyn olsa, bu narahatçılığı keçirərdi. Daha sonra onlar da vərdiş oldular.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏAlpinistlərin "dağı sevmək" kimi bir ifadələri olur. Bu sevginin səbəbi nədir?

Bu məcazi mənada işlənir. Bu daha çox insanın özünü sınaması, öz iradəsini möhkəmləndirməsi kimi başa düşülür. Dağ insane dostluğu, yoldaşlığı, bir-birinə etibar etməyi öyrədir. Bu yolda olarkən insan ciddi şəkildə yorulmaq, ac qala bilmək, soyuğa dözümlü olmağı öyrənir. Dağda insanın öyrənəcəyi çox şey var. Hansı ki, bunları başqa sahələrdə öyrənmək demək olar ki, mümkün deyil. O ki, qaldı dağı sevməyə, əlbəttə, dağ seviləcək qədər gözəldir. Necə ki, okeanın dibi, yaxud digər planetlər, eləcə də dağlar tamam ayrı dünyadır. Heç nəyə bənzəmir. Özünəməxsus təhlükələri də var və bu təhlükələrə də başqa heç yerdə rast gəlmək mümkün deyil.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏDağda qarşılaşdığınız ən təhlükəli məqam hansı olub?

Ötən ilin sentyabr ayında Qafqazın Uşba dağlarına çıxarkən orada bir tərəfdən qar uçqunu gəlirdi, digər tərəfdən də daş uçqunu. Gərək orada bəxtin gətirsin. Həqiqətən çox təhlükəli anlar idi. Mən hələ də unuda bilmirəm. Orada daş bir başa üstünə düşmür, qarşına düşərək parçalanır sonra daşın qəlpələri güllə kimi üstünə səpələnir.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏDağlarda vəhşi heyvanlarla qarşılaşmamaq mümkündür?

Əlbəttə, dağlarda vəhşi heyvanlar olur. Lakin tək deyilsənsə, yəni iki və daha artıq adam olanda onlar sənə yaxınlaşmır. Səhər yuxudan durub çadırdan çıxanda yaxınlıqda ayı, canavar, qaban izlərini görmüşük. Dovşan izi daha çox olur. Onu da deyim ki, dağda ən təhlükəli heyvan dağ keçisidir. Çünki onlar insan görəndə elə bilirlər ki, biz onlara görə gəlmişik. Özlərini təhlükədə hesab edirlər. Daş və balaca qaya parçalarını ayaqla itələyib üstümüzə atırlar. Amma bu özü də çox maraqlıdır.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏNə vaxtsa bu işdən uzaqlaşmağı düşünmüsünüz?

Yox elə bir şey düşünməmişəm. Çünki bu sahə hər gün bir az daha maraqlı olur. Dağlar belədir. Birinə çıxırsan, digərinin zirvəsini görürsən və ona da çıxmağı arzulayırsan. Arzular silsiləsidir sanki. Mən çalışacam gedə bildiyim qədər gedim. Əsas məsələ sağ qalmaqdır. Alpinistlərin belə bir sözü var: "Yaxşı alpinist sağ qalan alpinistdir".

Olubmu ki, zirvəyə az qalmış geri qayıtmısınız?

Olub. Hətta bir dağda iki dəfə olub. İranın Dəmavənd dağı var. 5671 metr hündürlükdə olan dağ İranın ən yüksək zirvəsidir. Eyni zamanda Asyanın da ən yüksək aktiv-vulkanik zirvəsidir. Dağın cənub hissəsindən qalxmağa cəhd etdim. 4632 metr qalxdıqdan sonra geri qayıtmalı oldum. Hava çox pis idi. Bir dəfə də şimalından getmişəm. Onda da 4800 metrdən geri qaytmalı oldum. Həmin vaxtda da hava pis dəyişdi. Bundan əlavə Azərbaycan dağlarında da belə hallarla qarşılaşmışam.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏDeyirlər ki, bu peşədə əsas psixoloji hazırlıqdır. Bunun səbəbi nədir?

İnsan bir işlə məşğul olanda psixoloji vəziyyəti yerində deyilsə, o iş alınmaz. Təcrübəli adamlar deyir ki, bu işin də böyük faizi psixoloji hazırlığın üzərinə düşür. Qalan çox az hissə isə fiziki hazırlıqdan ibarətdir. Motivasiya, ruh yüksəkliyi lazımdır. Bunu da özün özündə yaratmalısan. Çünki işin əsas məğzi budur.

Dağlarda ən unudulmaz xatirəniz , yadda qalan maraqlı hadisə haqqında danışaq...

2017-ci il iyul ayının 31 idi. Baba dağına gedirdik. Həmin gün də mənim ad günüm idi. Bütün gün yolda olmuşduq. Mənim bir xasiyyətim var ki, yorğun olanda yol gedə bilmirəm. Ancaq yatıram. Amma zirvəyə çıxmalı idik. Bildiyiniz kimi ora da ziyarətgahdır. Bu qədər yorğun idik və qarşımıza da ancaq yaşlılar və hamilə qadınlar çıxırdı. Biz də onlara kömək edirdik. Gecə saat 2-3 radələrində güclü yağış başladı və biz heç zirvəni də görə bilmədik. Həmin günü çox gülmüşdük və unudulmaz xatirə kimi yaddaşımızda qaldı. Hamilə qadınlar belə zirvəyə qalxıb düşdü, biz çıxa bilmədik.

Zirvələrə qalxmaq üçün nə qədər xərciniz çıxır?

O dağdan aslıdır. Məsələn 7000 metr hündürlüyü olan zirvə üçün 4-5000 manat pul xərcləməli olursan. Bizim dağlara çıxarkən 200-400 manat pul xərcləmək olur. O da adamdan asılıdır. Əgər sənin dağa çıxmaq üçün bütün ləvazimatların varsa, kirayə heç nə götürmürsənsə, o zaman xərcin də az çıxır. Məsələn, dağ çantası və ayaqqabıları olduqca baha olur.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏYüksəkliyə qalxmaq adrenalinlə yanaşı həm də həyəcan dolu anlardır. Qalxmaq kimi bunun düşməyi də var. Dağdan enəndə hansısa xüsusi çətin vəziyyətləri yaşamısınız?

Alpinizimdə ölümlərin əksəriyyəti qayıdan zaman olur. Təbii fəlakətləri, uçqunları nəzərə almadan deyirəm. Rahatlanır ki, vəssəlam, artqı zirvəyə çıxdım. Evə qayıdıram. Psixoloji boşluq olur insanda. Eyni zamanda yorğunçuluq olur. Ümumiyyətlə çıxmaq düşməkdən daha rahatdır. Çalışdıqca ehtiyyatlı və səbrli olmaq lazımdır.

Alpinizimlə məşğul olanlar hər an ölümü gözə almalıdır. Hər dəfə dağa çıxanda nə düşünürsünüz?

Mən həmişə deyirəm ki, ehtiyyatlı olmaq və bələdçiyə güvənmək çox vacibdir. Nizam-intizamlı olub, bələdçinin sözündən çıxmamaq lazımdır. İnsan orada, xüsusən də qayıdanda ac və susuz ola bilər. Çətin vəziyyətlər yaşana bilir. Qarşını görə bilməyəcək qədər duman, dəhşətli çovğun ola bilər. Yenə də deyirəm, ən əsası bələdçiyə inamdır. Bələdçinə güvənmədən o yola çıxmamalısan. Əks halda çox təhlükəli anlar yaşana, bədbəxt hadisələr baş verə bilər.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏAlpinizmi digər idman növlərindən fərqləndirən cəhətlər var. Məsələn başqa idman növlərində idmançılar mükafatlar da alır. Bəs sizin mükafatınız nə olur?

Bizim mükafatımız olmur. Zatən Azərbaycanda alpinizimi qiymətləndirən yoxdur. Bizim mükafatımız odur ki, 20-30 ildən sonra geriyə baxanda Azərbaycan bayrağı üçün nəsə edə bilmişik deyə bilək. Azərbaycan bayrağını zirvələrdə qaldırmaq qürurverici hisdir. O ki, qaldı aldığımız qonararlara. Onu bizə sponsorlar verir. Bunu da özümüz təşkil edirik. Ya özümüz onları, ya da onlar bizi tapır.

Alpinizmdə yaş məhdudiyyəti varmı? Qida rasionunuzda bu müddət ərzində nələrə üstünlük verirsiniz?

Yaş məhdudiyyəti yoxdur. Nə qədər gedə bilsən, gedirsən. Qidalarda isə yüngül və kalorili yeməklərə üstünlük veririk. Dağlarda olanda isə konservləşdirilmiş yeməklər və hazırlanması rahat olan hazır şorbalarla qidalanırıq. Kalorisi çox olan şokoladlar və çərəzlər də özümüzlə götürürük. Belə deyim də, 4-5 günlük yola çıxanda özümüzlə maksimum 25-27 kiloqramlıq yük götürürük.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏSəmimi müsahibəyə görə təşəkkür edirəm.

Mən də sizə təşəkkür edirəm. Ümid edirəm maraqlı söhbət alındı.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏLamiyə Məmmədova


BiG.Az
Telegramda izləyin
Müsahibə   Baxılıb: 6876   Tarix: 20 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Qaralmaq üçün krem çəkdi - YAŞILLAŞDI - FOTO

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Bu səbəbdən çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edir, bəziləri isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, məhz bu "zaqar"

29.04.2020 4051
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Sosial şəbəkədə yoldaşımın qaşlarını müzakirə edirlər" - Aparıcı Aytəkinlə SƏMİMİ MÜSAHİBƏ - FOTOLAR

ın növbəti müsahibi, "Xəzər" televiziyasında yayımlanan "Evdəkilərə salam" proqramının aparıcısı Aytəkin Mərdanovadır. Aytəkin xanımla etdiyimiz səmimi müsahibəni təqdim edirik:. Aytəkin xanım, xoş gəlmisiniz. Təəssüf ki, ölkədəki vəziyyəti nəzərə alaraq, sizinlə uzun aradır görüş

27.04.2020 40043
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.