Arvadının şöbəyə gəldiyi haqda məlumatı polis kimdən alıb?
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı ondan şikayət üçün 24-cü Polis Şöbəsinə gedən həyat yoldaşı Xanım Məmmədovanın orada olması barədə məlumat alıb. Daha sonra İsmayıl Məmmədov həmin şöbəyə gələrək arvadını xidməti silahı ilə güllələyərək öldürüb.
"Qafqazinfo" xəbər verir ki, bu hadisədən sonra sosial şəbəkələrdə ictimai şəxslər və fəallar polisin daxili işlər orqanlarına müraciət edən vətəndaşın təhlükəsizliyini və gizliliyini qorumadığını bildiriblər. Vətəndaşlar qadının polis şöbəsində olarkən onun ərinə məlumat verilməsini qadının həyatını təhlükəyə atmaq kimi qiymətləndiriblər.
"Təmiz Dünya - Qadınlara İctimai Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova da bu məsələyə etiraz edərək hüquq-mühafizə orqanlarına və cəmiyyətə bəzi suallar ünvanlayıb: "Polis əməkdaşının həyat yoldaşının 24-cü polis şöbəsinə şikayəti barədə şöbədən ona kim xəbər verib? Məxfilik niyə qorunmayıb? Təhqiqat zamanı xəbər verən aşkarlanacaqmı və məsuliyyətə cəlb ediləcəkmi?"
M.Zeynalova əlavə edib ki, məişət zorakılığı üzrə çalışan qurumlar məxfilik müqaviləsinə imza atması, yaxud ayrıca maddənin qəbul olunması ehtiyacı kəskin şəkildə özünü göstərir.
Sosial şəbəkə istifadəçiləri həm məxfiliyin qorunmaması, həm də şöbənin daxilində qətlin qarşısının alına bilməməsinə etiraz edirlər. Polisə şikayətə görə gəlmiş bir qadının elə polislərin gözü qarşısında qətlə yetirilməsi onun hüquqlarını qorumalı olan şəxslərin səriştəsizliyi kimi dəyərləndirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda bu məsələlərlə bağlı suallara cavab vermək olmaz: "İndi istintaq aparılır, buna görə də əlavə məlumat vermək olmaz. Təfərrüatlar istintaq hərəkətləri ilə araşdırılır".
Qeyd edək ki, 1988-ci il təvəllüdlü İ. Məmmədov əslən Xocalı rayonundandır. Atası, Məmmədov Vaqif Şamil oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.
Rəsmi açıqlamaya görə, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9850 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i
07.09.2026 249 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi
07.09.2026 190 1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi
Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind
07.09.2026 234 Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)
Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail
07.09.2026 186 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
07.09.2026 238 Qayğının, həmrəyliyin və qadın həmrəyliyinin ünvanı - QHT sədrləri "LOQOS" Qadın Uzunömürlük Rezidensiyasında
Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilər və yeni layihələrlə ölçülmür. Əsl inkişaf insanın həyatının müxtəlif mərhələlərində özünü nə qədər güvənli, dəyərli və qayğı ilə əhatə olunmuş hiss etməsi ilə də müəyyənləşir. Xüsusilə yaşlı insanların sosial həyata inteqrasiyası, onların ləyaqətli v
07.09.2026 198 Tramp Norveç kralının dəfn mərasimində iştirak etməyəcək
ABŞ Prezidenti Donald Tramp Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etməyəcək. Bu barədə NRK teleradio şirkəti məlumat yayıb. Bildirilib ki, ABŞ mərasimdə gözləniləndən daha aşağı səviyyədə təmsil olunacaq. Ağ Evin sentyabrın 9-da keçiriləcək mərasimə kimi göndərəcəyi hələlik məlum deyil. NR
07.09.2026 197 Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər
Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl
07.09.2026 208 Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd
07.09.2026 236