Üçüncü dozanı vurduranın kovid pasportu müddətsiz olacaq - TƏBİB rəsmisi
İmmunitet sertifikatının etibarlılıq müddəti altı aydır. Həmin müddət bitəndən sonra vətəndaşlara tövsiyə edirik ki, COVID-19 əleyhinə gücləndirici doza vurdursun. Bu zaman bir doza ilə immunitet sertifikatının müddəti müddətsiz olaraq uzanır, həmçinin onun immunitet sertifikatında buster doza deyə bir yazı əmələ gəlir. Hazırda dünyada koronavirus əleyhinə dörd platforma üzərində vaksinlər mövcuddur. Azərbaycan nadir ölkələrdəndir ki, hər dörd platformada hazırlanmış vaksin ölkəmizdə mövcuddur. Vətəndaşlar vaksinasiya zamanı özləri seçim edə bilirlər.
Hazırda ölkəmizdə 98 faiz "Sinovac" şirkətinin vaksinindən istifadə olunur.
BiG.AZ Medicina.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
"Hazırlanan vaksinlər yeni olduğu üçün onların qoruyuculuq müddətini tam dəqiq bilmirik. Araşdırmaların nəticələrini izləyirik. Tədqiqatlar göstərir ki, onların qoruyuculuğu 6 aydan sonra zəifləməyə başlayır. İnsanların immun sistemi çox individualdır. Ona görə də bəzi insanlara buster doza, yəni bir doza tövsiyə olunduğu halda, bəzi hallarda revaksinasiya, yəni iki doza belə məsləhət görülə bilər.
Buster doza eyni istehsalçının da ola bilər, fərqli peyvənd də vurula bilər. Avropada bir çox araşdırmalar göstərir ki, buster doza olaraq fərqli istehsalçıların vaksini seçilərsə, daha yaxşı nəticə əldə etmək olar. Lakin bu, o demək deyil ki, biz gücləndirici doza olaraq eyni vaksin növünü seçə bilmərik. Məlumat üçün bildirmək istərdim ki, Hepatit B-yə qarşı illərdir buster dozadan istifadə olunur. Bu, tibbin profilaktikasında mövcud olan bir haldır və əsas məqsəd bədəndə olan anticisimlərin təsir müddətini uzatmaq və gücləndirməkdir".
Departament rəhbərinin sözlərinə görə, xarici ölkələrin immun və peyvənd sertifikatlarının Azərbaycanda tanınması məsələsi Səhiyyə Nazirliyi tərəfindən həll olunub. Səhiyyə Nazirliyi tərəfindən xarici ölkələrdə vurulmuş vaksin və ya keçirilmiş xəstəliyi təsdiq edən sənəd qəbul olunur, baxılır və buna əsasən qərar verilir.
"Düşünürəm ki, yanvar ayından bu günə qədər vaksinlə bağlı xeyli işlər görmüşük. Tariximizə nəzər salsaq heç vaxt ölkəmizdə belə genişmiqyaslı vaksinasiya aparılmayıb. Hazırda ölkəmizdə 9 milyondan çox vaksin vurulub. Bu, çox böyük rəqəmdir. Lakin hələ hədəfimizə çatmamışıq.
Qarşıdan qış mövsümü gəlir. Qapalı məkanlarda daha çox vaxt keçirəcəyik, təmaslar artacaq. Bu zaman yoluxma saylarının da artımı qaçılmazdır. Ona görə də vətəndaşlara buster dozanı tövsiyə edirəm. Buster dozanı xüsusilə də tibb işçilərinə, yaşı 50-dən yuxarı olanlara, immun sistemi çatışmazlığından əziyyət çəkənlərə məsləhət görürük. Buna baxmayaraq, yaşından asılı olmayaraq, hər kəs müraciət edib üçüncü dozanı vurdura bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2587 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 408 Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar
8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti
11.11.2026 269 Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər
Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mər
11.11.2026 292 Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Elə ideyalar var ki, zaman keçdikcə, sadəcə, siyasi və ya ictimai düşüncə çərçivəsindən çıxaraq, bütöv bir xalqın mənəvi dayağına, dövlətin varlıq fəlsəfəsinə çevrilir. Azərbaycançılıq məfkurəsi də belə ideyalardandır. O, bizi birləşdirən ortaq tarix, milli kimlik, mənəvi dəyərlər, Vətən sevgisi və gələcəy
11.11.2026 276 Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11.11.2026 258 Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü
11.11.2026 263 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 445 Maaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11.11.2026 302 Milli suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməli
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, milli suverenliyin möhkəmləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunmasını, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərinin müəyyən edilməsini özündə ehtiv
11.11.2026 283