"Xəyanət hallarının artmasına səbəbkar qadınlardır"
Azərbaycanda hər gün məişət zorakılığı zəminində qətillər baş verir. Statistikaya əsasən, kişilərin arvadlarını öldürməsi və ya ölümcül yaralaması halları artıb. Bununla yanaşı, boşanma hallarının sayında da ciddi artım var. Bir çox hallarda qətl hadisələrinin iştirakçıları artıq boşanmış cütlüklər olur. Məlum həqiqətdir ki, Azərbaycanda sivil qaydada boşanma nadir haldır. Münaqişə edən tərəflər nikahın rəsmi ləğvindən sonra belə bir-birini təqib edir.
Psixoloq Gülnar Orucova Yenisabah.az-a açıqlamasında, ümumiyyətlə, boşanma statistikasında say artımının demək olar ki, əksər ölkələrə aid olduğunu vurğulayıb:
"Bununla yanaşı, ailədaxili münaqişələr zəminində qətl hadisələrinin də sayı kəskin şəkildə artıb. Qətillərin kökündə əksər vaxt mental dəyərlər dayanır. Ayrılan cütlük sonradan bir-birinə düşmən kəsilirlər. "Filankəs nə deyər?" düşüncəsi ilə daha çox qadınlar qarşılaşır. Çünki mental dəyərlər bu fikri oyadır. "Ayrıldıqdan sonra keçmiş arvadım başqası ilə münasibət yaşaya bilməz, evlənə bilməz, çünki o, arvadım olub" şiddətə cığır açan düşüncələrdir. Hər kəs ər-arvad, valideyn olmaqla yanaşı, bir fərddir. Hər kəsin şəxsi həyatı var. Bəzən qadın ayrılmaq istədiyini bildirdiyində kişi bunu özünə sığışdırmır".
Gülnar Orucovanın sözlərinə görə, insanlarda aqressiya, xəyanət hallarının artmasına səbəbkar bəzən qadınlardır.
"Boşanacam, uşaqları götürüb gedəcəm" ifadələri ilə ailədə soyuqluq yaradırlar. Bir misal var: "Yüz acını yeyərlər, bir şirinin xətrinə". Bəzən övladlarınıza görə həyat yoldaşınızın səhvlərinə göz yummalısınız. Hər bir insan stress, depressiya yaşayır. Bu o demək deyil ki, hər bir stress, gərginlik yaşayan insan şiddətə əl atsın. Aqressiya kin və nifrətin fonunda yaranır. Bu kimi duyğular müəyyən zaman ərzində yığılır və anidən ortaya çıxır. Aqressiya hər bir insanda müxtəlif cür təzahür edir. Məsələn bəziləri qışqırır, bəziləri özünə zərər vurur və bəziləri də ölümə əl atır.
Ailə mütləq sevgi əsasında qurulmalıdır. İnsan hansı mühitdə böyüyürsə, o mühitin özəlliklərini daşıyır. Məsələn, bir kişi əgər şiddətə meyilli bir valideyn tərəfindən böyüdülübsə özünü bu qəzəb qarşı tərbiyə edə bilməyibsə, deməli, gələcək həyatında o da, şiddətə baş vuracaq. Hər şey valideynin ilkin tərbiyyəsindən, fərdin düşdüyü sosial mühitdən və özünü bir fərd kimi yetişdirə bilməsindən asılıdır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4265 Tarix: 24 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb. -ın məlumatına görə, bu barədə "A Haber" portalı xəbər verir. Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfər
28.06.2026 324 Bel ağrısı üçün 6 effektiv masaj üsulu
Bel ağrısı gündəlik həyat keyfiyyətini aşağı salan, oturma, qalxma və hətta yerimə kimi sadə hərəkətləri belə çətinləşdirən geniş yayılmış problemlərdəndir. Uzun müddət masa arxasında işləmək, yanlış duruş, stress və fiziki yüklənmə onurğa ağrısı və kürək ağrısı riskini artırır. Bu kimi hallarda dərmanlarda
01.07.2026 365 Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
Beynəlxalq təchizat zəncirlərindəki yoxlamaların sərtləşdirilməsi ilə lüks meyvə bazarındakı milyard dollarlıq "saxta məhsul" şəbəkələri bir-bir ifşa edilir. xəbər verir ki, premium brendlərin loqoları ilə bazara çıxarılan gilasları laboratoriya şəraitində araşdıran mütəxəssislər istehlakçıları
27.06.2026 228 Müalicəvi masaj hansı hallarda tətbiq olunur?
Müalicəvi masaj əzələ, vətər, bağ və digər yumşaq toxumalara xüsusi texnikalarla tətbiq olunur. Əzələlərdə yaranan gərginlik, sərtlik və hərəkət məhdudiyyəti kimi hallarda istifadə olunur. Bu masaj hər kəs üçün eyni qaydada tətbiq edilmir. Müalicəvi masaj bel, boyun, çiyin, kürək, qol və ayaqlarda yarana
04.07.2026 165 Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar il
28.06.2026 225 Yuxudan oyananda bunu etsəniz xeyrini görəcəksiniz
Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Həm gənclik
28.06.2026 350 Alman qadınlar qabı yuyucu vasitə ilə yuyandan sonra su ilə yaxalamırlar - Bunun səbəbi nədir?
Qab yuduqdan sonra onları axar su ilə yaxşıca yaxalamaq əksər insanlar üçün adi vərdişdir. Lakin Almaniyada bir çox ailə bu mərhələni tamamilə ötürür. Yerli sakinlər qabları yuyucu vasitə əlavə edilmiş su ilə yuduqdan sonra onları birbaşa quruducuya düzür və əlavə yaxalama etmirlər. Bu yanaşma ilk baxışda
28.06.2026 337 Qorxulu yuxular görməyin səbəbləri
Qorxulu yuxular insan beyninin stresslə mübarizə mexanizminin bir hissəsi ola bilər. BİG.AZ -a istinadən bildirir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğ
04.07.2026 169 Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar
28.06.2026 201