Azərbaycanda qohum olan məmur və deputatlar - SİYAHI

Azərbaycanda qohum olan məmur və deputatlar - SİYAHIOnların arasında yüksək rütbəli məmurlar da var

Dünya şöhrətli psixoloq Luiza Hey "Öz həyatını necə bərpa etməli" əsərində qeyd edir ki, ictimai həyatda uğura nail olmaq üçün iki komponent vacibdir. Bunlardan biri təcrübə, digəri isə şəxsi əlaqələrdir. Məhz bu səbəbdən psixoloq karyera artırmaq üçün daim öz üzərində işləməyi, daha çox təcrübə əldə etməyi, eyni zamanda səni irəli aparacaq şəxsə çıxışı zəruri hesab edir. Onun iddiasına görə, əgər bu iki vacib komponentdən biri ödənməsə, o zaman məyusluq qaçılmazdır.

Müasir dövrün şərtləri ilə yanaşanda görürsən ki, doğrudan da Luiza Hey haqlıymış. Bu gün Azərbaycanda da yüksək vəzifələrdə çalışan, deputat mandatı daşıyan şəxslər arasında da qohum olanlar az deyil.

Hokm.az yüksək vəzifədə çalışan qohum məmurlarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşı Adil Əliyev Milli Məclisin sədr müavinidir. Hər iki qardaş uzun müddətdir hakim komandada təmsil olunur. M.Əliyev uzunmüddət Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. Bir müddət ölkəmizi Tacikistanda fövqəladə və səlahiyyətli səfir olaraq təmsil edib. A.Əliyev isə 2005-ci ildən deputat mandatı daşıyır. Buna qədər polkovnik rütbəsi ilə polis orqanlarında çalışıb.

Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşı Malik Həsənov Milli Məclisin deputatıdır. K.Həsənov uzun müddət Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Bu qurum İqtisadiyyat Nazirliyinə birləşdiriləndən sonra PA-da yüksək vəzifəyə təyinat alıb. Qardaşı M.Həsənov isə 2010-ci ildən ali qanunverici orqanda təmsil olunur. 2007–2010-cu illərdə "Azinko holdinq" tikinti şirkətinə rəhbərlik edib. Bu gün də onun qeyri-rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatası, bacanağı və xalası oğlu yüksək vəzifədə çalışır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Bacanağı Zakir İbrahimov "AzerGold" QSC-nin, xalası oğlu Balakişi Qasımov isə İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Kamran İmanovun məmur kimi fəaliyyəti Cabbarovun nazir fəaliyyətindən öncəyə təsadüf edir.

Ombudsman Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Onun atası Yaşar Əliyev isə uzun müddət Azərbaycanın xarici ölkələrdə səfiri, Milli Məclisin sədr müavini olub. Koronavirus pandemiyası qapanmaları dövründə AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə, uzun müddət çalışdığı hakim Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyindən çıxarılan S.Novruzov hazırda deputat kimi fəaliyyətini davam etdirir. S.Əliyeva isə bundan öncə Konstitusiya Məhkəməsində Aparat rəhbərinin müavini işləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib. Bundan öncə isə Gənclər, İdman və Turizm nazirinin müavini, Mədəniyyət və Turizm Nazirinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavinidir. Ə.Əmiraslanovun daha bir qohumu Ramin Bayramlı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Barəsində davamlı tənqidlər səsləndirildikdən sonra vəzifəsindən azad edilib.

Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.

Sonda qeyd edək ki, bu yekun siyahı deyil. Müxtəlif vəzifələrdə çalışan məmurlar arasında da yaxın qohumluq münasibətləri mövcuddur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4811   Tarix: 25 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.