Yevlaxda ərə gedən azyaşlı gəlin danışdı: "Mənimlə cinsi əlaqədə olarkən..."

Yevlaxda ərə gedən azyaşlı gəlin danışdı: "Mənimlə cinsi əlaqədə olarkən..."Yevlax şəhərində 2004-cü il təvəllüdlü Səlim 14 yaşına çatmayan Səidə ilə ailə qurub, onunla cinsi əlaqədə olub.

BiG.AZ demokrat.az-a istinadən xəbər verir ki, Səlim 27 sentyabr 2020-ci ildə, gecə saat 01 radələrində yaşadığı Yevlax şəhərində evdə faktiki ər-arvad münasibətlərində yaşadığı 2008-ci il təvəllüdlü Səidə ilə cinsi əlaqədə olub. O, həmin vaxtdan 2 fevral 2021-ci ilə kimi mütəmadi olaraq azyaşlı Səidə ilə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ondan yaşda kiçik olan Səidə ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıb:

"Lakin mənim və Səidənin azyaşlı olduğuna görə evlənməyimə icazə vermədilər. 26 sentyabr 2020-ci ildə gündüz Səidə ilə görüşdük. Söhbət edərkən Səidə gecə gələrək ailə qurmaq məqsədilə qaçırmağımı dedi. Ona görə həmin gecə Səidəgilin küçəsinə getdim. Səidənin küçəyə çıxmasın gözlədim. Səidə küçəyə çıxdı. Onu öz razılığı evimizə apardım".

Səlim deyib ki, fevralın 27-də yaşadığı evdə könüllü olaraq Səidə ilə cinsi əlaqədə olub: "Səidə ilə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişəm. Səidə ilə 2 fevral 2021-ci ilə kimi Yevlax şəhərindəki yaşadığımız evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq. Polis şöbəsində olarkən barəmdə cinayət işi başlanacağı izah edildi. Ona görə Səidə ilə cinsi əlaqədə olmağı dayandırdım".

Səlim ifadəsində göstərib ki, Səidə ilə bir ailə kimi mehriban yaşayır və aralarında heç bir narazılığı yoxdur.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidənin sözlərinə görə, qohumları olan Səlim ilə bir-birlərini istədikləri üçün valdeynləri onları nişanlayıblar:

"Ancaq azyaşlı olduğuma görə, məni Səlimlə evlənməyə icazə vermədilər. Sentyabrın 26-da Səlimlə gündüz görüşdük. Söhbət edərkən evlənmək qərarına gəldik. Ona görə həmin gecə Səlim bizə gəldi. Anamgil yatdıqdan sonra evdən çıxdım və Səlimlə ailə qurmaq məqsədilə ona qoşularaq qaçdım".

Səidə qeyd edib ki, fevralın 27-də Səlimgilin yaşadığı evdə könüllü olaraq onunla cinsi əlaqədə olub: "Səlim mənimlə cinsi əlaqədə olarkən mənə heç bir zor tətbiq etmədi. Səlimlə 2021-ci ilin fevralın 2-ə kimi Yevlax şəhərində yaşadıqları evdə ər-arvad kimi cinsi əlaqədə olmuşuq".

Səidə deyib ki, Səlimlə ailə kimi bir yerdə mehriban yaşayır və aralarında heç bir narazılıqları yoxdur.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Səlimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 15085   Tarix: 26 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.