Bakıda polis işlədiyi idarədən silah oğurlayıb
Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev işlədiyi qurumdan tapança oğurlayıb.
"Qafqazinfo" xəbər verir ki, o, 2020-ci ilin dekabrında idarənin balansında olan "Zəfər K" tapançalarından birini saxlanc yerindən gizlincə götürərək dostunun bağında gizlədib.
Bakı şəhər Baş Polis İdarəsinin dekabrın 29-da apardığı yoxlama zamanı 1 silahın çatışmadığı məlum olub. Araşdırma nəticəsində müəyyən edilib ki, silahı polis əməkdaşı Musa Allahverdiyev oğurlayıb və Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə qandal və dəyənək də olub. 2021-ci ilin aprelində hər iki polis saxlanıb.
Hazırda onların cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdirilir.
Məhkəmədə ifadə verən Musa Allahverdiyev deyib ki, silahı pula ehtiyacı olduğu üçün, satıb qazanc əldə etmək məqsədilə oğurlayıb. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından dostu Elxan Mustafayevin xəbəri olmayıb. PPX əməkdaşı E.Mustafayev də silahın oğurlanmasından və onun bağında gizlədilməsindən məlumatı olmadığını deyib.
2020-ci ilin dekabrında yoxlama zamanı silahın yoxa çıxdığı aşkarlananda bir sıra şəxslər cəzalandırılıb. Sabunçu RPİ-nin Növbətçi hissənin rəisi Səhrab Rzayev vəzifəsindən azad edilərək sərəncama göndərilib. Silahı oğurlayan şəxslər tutulduqdan sonra S.Rzayev 13-cü Polis Bölməsinə inspektor təyin edilib.
Məhkəmədə dindirilən Səhrab Rzayev deyib ki, silah Vətən Müharibəsi dövründə oğurlanıb: "Silahın yoxa çıxması məsələsinin üstü açılandan sonra dəfələrlə əməkdaşlara təklif etdik ki, kim götürübsə, gizlicə də olsa, gətirib yerinə qoysun. Çünki ora başqa adamların giriş imkanı yox idi. Pandemiya dövrü idi, üstəlik, müharibə də başladı, iş rejimi həddindən artıq ağır idi. Ona görə silahların mütəmadi sayılması kimi işlərə bəzən imkan olmurdu".
M.Allahverdiyev və E.Mustafayev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələri ilə ittiham edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1235 Tarix: 26 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 135 Tramp administrasiyası Yaxın Şərq üçün yeni strategiya hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı regional çəkindirmə səylərinə və İsraillə qonşu ölkələr arasında münasibətlərin normallaşdırılmasının genişləndirilməsinə yönəlmiş müharibədən sonrakı strategiya hazırlayır. xəbər verir ki, bu barədə "Axios" iki amerikalı məmura v
06.09.2026 167 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 163 Putinlə görüşə ABŞ-dən daha kimlər gedib? - YENİ DETALLAR
Moskvadakı danışıqlarda Stiv Uitkoff və Cared Kuşnerlə yanaşı, ABŞ Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Maliyyə Nazirliyinin nümayəndələri də iştirak ediblər. xəbər verir ki, bu barədə "Axios" jurnalisti Barak Ravid mənbələrə istinadən "X" sosial şəbəkə hesabında bildirib
06.09.2026 148 Üç qurum Ağdamdakı mina partlayışı ilə bağlı MƏLUMAT YAYIB - YENİLƏNİB
Sentyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində mina partlayışı baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Qeyd edilib ki, Ağcabəd
06.09.2026 323 Ağ Ev Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni detalları açıqladı
Rusiya və ABŞ nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda yaxın həftələrdə açıqlanacaq növbəti addımları müzakirə ediblər. xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, ABŞ və Rusiya nümayəndələr
06.09.2026 161 Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər
06.09.2026 155 Türkiyə iki mindən çox sosial media hesabına girişi məhdudlaşdırıb
Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 034 sosial media hesabına giriş məhdudlaşdırılıb. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasını
06.09.2026 168 Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib
Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma
06.09.2026 157