"Vətən müharibəsi – qələbənin simaları" fotomüsabiqəsi başlayır

"Vətən müharibəsi – qələbənin simaları" fotomüsabiqəsi başlayırHeydər Əliyev Mərkəzi, "Regional İnkişaf" İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə "Vətən müharibəsi - qələbənin simaları" adlı fotomüsabiqə başlayır.
Məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.
Münsiflər heyəti müsabiqəyə təqdim olunan fotoları peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə aşağıdakı nominasiyalara uyğun qiymətləndirəcək:
o Qələbənin simaları;
o Müharibə dağıntıları;
o Müharibə xatirələri;
o Ziyarətçilərin baxış və bəyənmələri üzrə (qaliblər sosial mediadakı bəyənilmələrin sayı ilə müəyyən ediləcək).
Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.
Müsabiqəyə təqdim edilən bütün fotolar müsabiqə müddətində "Instagram"da "foto.musabiqe" səhifəsində paylaşılacaq.
Müsabiqənin yekununda noyabrın 8-də Heydər Əliyev Mərkəzində seçilmiş fotolardan ibarət sərgi təşkil olunacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər fotoları 2021-ci il noyabrın 1-dək [email protected] e-mail ünvanına göndərməlidir. Əlavə məlumatı "Regional İnkişaf" İctimai Birliyinin "150" Çağrı Mərkəzi və ya +99412 5050150, +99412 5056001 telefon nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar.
Fotomüsabiqənin şərtləri:
o Hər bir fotonun həcmi 5 MB-dan artıq olmamalıdır.
o Fotolar JPG formatda təqdim edilməlidir.
o Bir iştirakçı bir neçə foto təqdim edə bilər.
o Zərurət yarandıqda münsiflər heyəti tərəfindən fotonun ilkin variantı tələb edilə bilər.
o Təqdim olunan fotoların üzərində müəllifin imzası və loqo yerləşdirilməməlidir.
o Fotolar üzərində heç bir halda fotoredaktə edilməməlidir.
o Müsabiqəyə yalnız Vətən müharibəsi dövründə çəkilmiş fotolar təqdim olunmalıdır.
o Fotoda əks olunmuş şəxslərin razılığı iştirakçı tərəfindən alınmalıdır.
o Fotolardan kommersiya məqsədilə istifadə olunmayacaq.
o Fotolar göndərilərkən iştirakçının adı, soyadı və atasının adı (fotonun müəllifi iştirakçı özü olmadığı təqdirdə müəllifin adı, soyadı və atasının adı), doğum tarixi, fotonun adı, çəkildiyi yer (müəyyən etmək mümkün olduğu təqdirdə), əlaqə nömrəsi, yaşayış və e-mail ünvanları qeyd olunmalıdır.
o Fotoların son qəbul tarixi: 1 noyabr 2021-ci il.
o Səsvermənin son tarixi: 7 noyabr 2021-ci il.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1137   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycana taxta göndərən şirkətin fəaliyyəti dayandırıldı

Rusiyanın Perm diyarında Azərbaycana ixrac üçün hazırlanan 87 kubmetr taxta materialında təhlükəli zərərverici aşkar edilib. xəbər verir ki, sentyabrın 11-də aparılan yoxlama zamanı iynəyarpaqlı ağac materiallarında iri qara ladin uzunbığlı böcəyinin izləri müəyyən olunub. Laboratoriya analizləri taxt

11.11.2026 1
.

Qırmızı Bazarda minaya düşən şəxsin bir əli amputasiya olundu

Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub. -ın məlumatına görə, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub. Ona göstərilən digər tibbi yardımlar davam etdirilir

11.11.2026 1
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 341
.

Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi

Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir

11.11.2026 1
.

Şuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir

Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin

11.11.2026 245
.

Sarsılmaz müttəfiqlik - ortaq strateji hədəflər

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış möhkəm qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dost və qardaş ölkədir. "Bir millət, iki dövlət" prinsipi bu münasibətlərin təməlini təşkil edərək, təkcə regionda deyil, bütün dünyad

11.11.2026 225
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 169
.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 236
.

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə

11.11.2026 262
.