Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEO

Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOAzərbaycanda nar təkcə ölkənin milli rəmzi deyil, bu "kral meyvəsinə" ayrıca bayram da həsr olunur - ənənəvi olaraq, oktyabr ayında, məhsul yığılan günlərdə keçirilən Nar Festivalı. 2020-ci ildə Nar bayramı UNESCO-nun mədəni irsi siyahısına daxil edilib.

BiG.AZ xəbər verir ki, Azərbaycan mədəniyyətinə həsr olunan rəngarəng bayramın ab-havasını bu gün Rusiyanın paytaxtı Moskvada da hiss etmək mümkündür.

Belə ki, oktyabrın 27-də, Arbat küçəsində yeləşən "Caspian" milli mətbəx restoranı qonaqlarını Nar bayramı ilə tanış edib. Tədbirin ideya müəllifi rəssam, sahibkar və ictimai xadim olan həmyerlimiz Aleksandr Dilbazidir.

Bayram məşhur "Ginza Project" restoranlar şəbəkəsi ilə birgə, "Ginza Project Moskva" şirkətinin baş direktoru Maksim Polzikovun iştirakı ilə "Caspian" restoranında təşkil olunub.

Həmin gün köhnə Arbatın ən gözəl malikanələrindən biri "nar bağına" çevrilib. Qonaqlar üçün bölgənin mədəniyyət və adətlərini milli mətbəx, orijinal içki və canlı musiqi vasitəsilə ortaya qoyan xüsusi proqram hazırlanıb. Burada məşhur brend-şef Bəxtiyar Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.

Adətən Nar bayramı bir həftə ərzində qeyd olunur, ona görə də bu müddət üçün restoranın brend-şefi tərəfindən nar menyusu hazırlanıb, məkanın interyerləri isə "nar bağı" obrazından istifadə etməklə etnik üslubda bəzədilib.

Aleksandr Dilbazinin rəsm əsərlərindən ibarət "Nar çiçək açdıqda" ("Когда цветет гранат") sərgisi isə "Nar bağına" keçid etməyə imkan verir.

İlkin mərhələdə 15 əsərdən ibarət kolleksiya xüsusi olaraq Moskvadakı "Ritz Carlton" oteli üçün 2015-ci ildə hazırlanıb və daimi ekspozisiya olaraq burada 2015-ci ildən 2020-ci ilədək nümayiş olunub, növbəti illər ərzində isə dünyanı gəzən 120 rəsm əsərindən ibarət böyük kolleksiyaya çevrilib. "Caspian"da rəssam cəmi 41 əsərini təqdim edib.

Tədbirdə siyasətçilər, iş adamları, yaradıcı ziyalı təbəqəsinin nümayəndələri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri həkimləri, restoratorlar, bloqerlər və s iştirak ediblər.

Bayramın ən möhtərəm qonağı dünya şöhrətli muğam ustası Alim Qasımov olub. Ona sərgidə "Üç bacı" (musiqi, rəqs və rəsm) adı ilə təqdim olunan rəsm əsəri hədiyyə edilib.

Bayramın musiqi proqramı Moskvanın pianoçusu Yuri Rozum və Dj Adam Colts tərəfindən hazırlanıb.

Moskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOMoskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOMoskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOMoskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOMoskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEOMoskvada Alim Qasımovun iştirakı ilə Nar bayramı keçirilib - VİDEONatəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1268   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 725
.

Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa

05.11.2026 504
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 333
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 615
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 307
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10.11.2026 215
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 292
.

Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...

Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın

04.11.2026 541
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 326
.