Nəyə görə hər qadının öz ocağı olmalıdır? - Qaynana evi və kirayədə yaşamağın energetik FƏSADLARI

Nəyə görə hər qadının öz ocağı olmalıdır? - Qaynana evi və kirayədə yaşamağın energetik FƏSADLARIEv – insan bədəni ilə ruhunun bu dünyada sığındığı bir məkandır. İnsan həmişə yaşlansa da yuxularında ata evini görür, onu arzulayır, gəzir və deyilənə görə, ölüm anında da beynindən keçən kadrların çoxu o evlə bağlı olur. Niyə? Çünki çox xoş xatirələri o evin divarları arasında baş verib.

Evin olması özünəməxsus yuva, energetik bağlı bir ocağın olması deməkdir.

Ev xüsusilə günün çoxunu evdə keçirən, kişilər kimi çöllərə adaptasiya olmayan və ən əsası uşaq böyüdən qadın üçün güc mənbəyidir.
Kimin ki, şəxsi evi – fərqi yoxdur, daxma olsa belə yoxdursa, o insanın ruhu ilə bədəninin energetik balansı pozulmuş olur.

Mənim evim yoxdur dedikdə, insan maddi imkansızlığını qabartmır, öz evinin olması hissinin olmadığını önə çəkir. Bu hiss isə uğurlu həyat, sağlamlıq üçün çox vacibdir.

Əgər bir qadının öz evi, mətbəxi, o evdə öz küncü yoxdursa, o qadın aqressiv, daim enerjisi az olur, insan xəstələnir, daxili harmoniyası pozulur. Belə insan sanki öz həyatını yaşamır, çox şeyləri təxirə salır, gözləmə mövqeyinə çəkilir. Bəzən insan niyə belə etdiyini anlamır.

Evə qalanda qaynana, qaynata evi var, ora gəlin gəlib və yaxud kirayədə qalır, şəraiti yaxşıdır, və ya geri qayıtsa atasının evi var. İlk baxışdan ev problemi yoxdur, başının üstündə damı var, lakin bu evlər onun öz yuvam, ocağım tələbatını, hissini doldurmur.

Ev – elə bir yerdir ki, orda özünü tam rahat, təhlükəsiz, komfortlu hiss edib, orda güc yığıb, yeni ideyalara ruhlanasan.
Mən evimdəyəm. Ruh bədənlə yalnız öz evində rahat ola bilər.

Ruhi, fiziki yaralar ancaq öz evində tez sağalır.

Əgər ev qadının öz evidirsə, ordan heç yerə getmək istəməz, hara getsə də, ora qayıtmaq istəyər, başqa yerdə narahat yatar, yerinə qayıtmaq istəyər.

Əgər ailə qurmuş qadının yaşadığı ev öz istədiyi, qurduğu, öz ailəsinə məxsus ev deyilsə, orda enerji yenilənməsi baş verməyəcək.

Çünki qaynana evində ocağın sahibi artıq başqa qadındır, o evlə bağlı onun arzuları, enerjisi üstündür.

Kirayə evdə isə güvən yoxdur, sən qonaqsan və ya kimin üçünsə gəlir mənbəyisən.

Belə olan halda qadın öz enerjisini o evə hopdura bilmir, ər və uşaqlar hərə bir yerə energetik olaraq çəkilir, o evə yatandan yatana qayıdırlar.

Elə evi təmir etmək həvəsi olmur, təzə nəsə almaq istəmir, gözləyir. Bu gözlənti müddətində isə qadının hazırladığı yeməklər neqativ enerjili olacaq, qadın ərinə və uşaqlarına daim hirsli davranacaq, o evdə yuxular da ağır olacaq. Qadın baxımsız olacaq, mübahisə, davalar qaçılmazdır.

İnsanın ömrünün yarısı evdə keçir.

Yaşadığın ev necədirsə, həyatın, işin, uğurun, səhhətin də elədir.

Əgər siz kənarda özünüzü xoşbəxt hiss edib, öz evində rahatlıq, dinclik tapmırsansa, deməli, o ev sənin deyil, sənin ruhunun deyil.

Çox zaman salonlarda, işdə, rəfiqələrində, səyahətdə, mağazalarda gününü keçirib axşam evə ayaqlarını sürüyə-sürüyə qayıdan qadın əslində öz evi olmamasının gətirdiyi gizli narahatlığı kompensasiya edərək, özünü və ailəsini aldatmış olur.

Öz evinin olmaması, bu ev mənim deyil, evim yoxdur, nə zaman olacaq fikri qadının psixikasına mənfi təsir edir.

Evin olmaması insanın hələ uşaq qalması, böyüməməsi deməkdir. Ancaq uşaqlara ev lazım deyil, onlar həmişə özgə evlərdə böyüyürlər. Ona görə böyük insan daim ata evi üçün darıxır, orda özünü sakit, rahat, qorunmuş hiss edir. Çünki ruhu hələ də o evdə qalıb.

Evinin necə olması və olmaması birbaşa insanın daxilində nələr baş verir onu göstərir.

Hər bir qadın və kişi mütləq böyüməli, bəlli yaşa çatanda öz evini qurmalıdır, öz ocağını yandırmalıdır.
Ailə qurmaq üçün mütləq kiçik də olsa koman olmalıdır, bir otağın da olsa yanında mətbəxi ilə olmalıdır, bunsuz bütöv, möhkəm ailə mümkün deyil.

Özgə evlərinə sığınan ailə yarım ailə olur.

Ata-anası evində bəlkə də orda böyüyən oğlan rahat ola bilər, amma qadın üçün bu mümkünsüzdür. Kişinin də, qadının da böyüməsi və müdrikləşib, sağlam, güclü ailə olması üçün mütləq özünün evi olmalıdır.

Yaşayış sahəsi ancaq orda yaşayan ailənin yeri olmalıdır: ata, ana və uşaqlar. Başqa heç kim o evdə öz qabında, öz evindəki kimi ola bilməz.
Ona ğörə gəlin gələndən öz evində yaşayan nənələr, analar kürəkən, qız evinə gedəndə sıxılır, qala bilmir, yaşaya bilmir və öz evinə tələsir.

Hər bir qadın bir kişini seçərkən öz evinin, ocağının olması və uşaqlarını o ocaq ətrafında toplaması üçün seçir və ailə qurur. Bunu etiraf etməsə də, hətta qəbul etməsə də təbiətin və şüuraltının qanunlarına görə bu belədir. Bu faktı heç nə dəyişə bilməz.

Əgər bir ər qadını illərlə öz evinin gözləntisində saxlayarsa, o ailə 90% hallarda bədbəxt və sonu ayrılıqla nəticələnir.

Bu məsələdə iş hətta varlı-kasıblıqda, pulda da deyil. Əgər pul yoxdursa, ev də ola bilməz? Axı keçmişdə, hətta qədimdə belə mağaradan qəbilədən ayrılmalar hər kişinin özü üçün palçıqdan daxma yapması ilə cəmiyyət formalaşmışdı. Deməli, qədim insan daha ağıllı idi.

Kirayədə yaşamaq həm kişinin, həm qadının psixoloji olaraq yetişməməsi, böyüməməsini göstərir. Hesab edin ki, ev sahibləri sizin böyükləriniz, ikinci "valideynlərinizdir".

O evdə söz sahibi onlardır. Onlarsız qapını belə dəyişə bilməzsiz. Onlar sizi yoxlayır, izləyir, onların qarşısında məsuliyyətiniz var. Onlar sizin əvəzinizə qərar verir. Belə yaşamağa alışmış cütlük heç vaxt ruhən müdrik ola bilməz. Onlar elə yeniyetməlik şüurunda qalacaqlar.

Ona görə də heç nəyi bəhanə etmədən, həyatınız üçün məsuliyyətli olduğunuzu nəhayət ki, anlayıb, öz evinizi qurmaq, tikmək, almaq barədə yol tutmaq və buna doğru getmək lazımdır.

Öz evini qurmayan kişi hələ də valideyn ətəyində yuxuya gedən uşaqdır, özü bunu qəbul etməsə də. Yuxudan ayılıb, silkələnib, öz ocağını qurmalısan. Həyatınızda, xüsusən ailə həyatınızda çox şeylər qaydasında deyilsə, harda yaşadığınızı düşünün.

Öz əşyalarınız, öz çarpayınız, öz istirahət guşəniz, öz mətbəxiniz, öz ocağınız olan evi qurun.

Bu 1 otaq da ola bilər, yarım sot torpaqda 2 otaq da. Yetər ki, özünün olsun. O zaman daha güclü mən olacaqsan, o zaman uşaqların da dəyişəcək, o zaman bir ağac kimi kök sala biləcəksiz. Öz evin olsun ki, o evə yeniliklər bəxş edəsən, daxili konfliktlərdən xilas olasan və nəhayət, xoşbəxtlik tapa bilərsən. (medicina.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3709   Tarix: 29 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.