Bakıda elektroskuter sürənlərin sayı artır - Onlar bir çox hallarda yollarda təhlükəli vəziyyət yaradırlar - VİDEO
Son dövrlər Bakıda mopedlərlə yanaşı, elektroskuterlər sayı da kəskin artıb. Eynilə mopedlərdə olduğu kimi, bu nəqliyyat vasitəsini də idarə edən zaman sürücülük vəsiqəsi tələb edilmir. Qiyməti 1000 manatdan bir az baha olan bu nəqliyyat vasitəsini sürə bilən də, bilməyən də alır. Onlar bəzi hallarda avtomobil yollarına çıxırlar. Bu isə bəzən qəzalarla nəticələnir. Bəs bunları harada sürmək olar?
Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Mahir Məmmədli son dövrlər şəhərdə artan elektroskuterlərin sürücülərindən narazıdır. Deyir ki, hətta həmin skuterlərdən birinin avtomobilinə çırpılması nəticəsində ona 440 manat məbləğində maddi ziyan dəyib.
Ümumiyyətlə son dövrlər şəhərdə avtomobil yollarında elektroskuter sürənlərin sayı artır. Hətta bəzi hallarda tıxacdan yaxa qurtarmağa çalışanlar həmin vasitədən istifadə edərək işə də gedirlər.
Skuter sürənlərin özləri də bəzi hallarda qayda pozduqlarını etiraf edirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda bu cür kiçik həcmli yerdəyişmə vasitələrinə marağın artması əslində müsbət haldır. Bir adamı rahat daşıyan bu nəqliyyat vasitəsi ekoloji təmiz olmaqla yanaşı, tıxacdan yayınmaq üçün də istifadə edilə bilər. Ancaq indiki vəziyyətdə bu nəqliyyat vasitələrindən Bakıda rahat istifadə etmək olmur. Ekspert hesab edir ki, bu istiqamətdə ciddi işlər görülməlidir.
Ərşad Hüseynov onu da bildirib ki, bir çox Avropa şəhərində bu cür yerdəyişmə vasitələri geniş tətbiq edilir. Hazırda Azərbaycanda hazırlanmaqda olan yeni qanunvericilikdə bu kimi nəqliyyat vasitələri ilə bağlı xüsusi bəndlər yer almalıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1065 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşanın yeni siması aparılan quruculuq işlərinin göstəricisidir
Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümündə Şuşaya səfəri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə məhz bu əlamətdar gündə Qarabağa səfəri Şuşanın ölkəmizin siyasi və mənəvi həyatındakı müstəsna yerini bir daha gündəmə gətirdi. Bu hadisələr həm də Şuşanın Azərbaycanın milli kimliyinin
11.11.2026 245 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb. xəbər verir ki, paylaşımda deyilir:. "Prezident İlham Əliyev və birinc
11.11.2026 0 Qarabağda həyatın yenidən canlanması ölkədə aparılan quruculuğun təzahürüdür
Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətind
11.11.2026 318 Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir
Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı təbrik müraciəti tarixi Qələbəmizin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirib. Dövlətimizin başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfə
11.11.2026 262 Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır
8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir
11.11.2026 341 Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?
Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy
11.11.2026 205 DYP adından SMS göndərib kart məlumatlarını ələ keçirirlər - XƏBƏRDARLIQ
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur. Bu barədə -a agentlikdən məlumat verilib. Belə ki, kiberdələduzlar xarici nömrələr vasitəsilə vətəndaşlara sürət həddinin aşılmas
11.11.2026 2 Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Video
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v
11.11.2026 292 Azərbaycanlı bloger Ermənistana buraxılmayıb - Video
Rusiyada yaşayan azərbaycanlı bloger Rüstəm Şükürov Ermənistana səfər etmək istəsə də, ölkəyə girişinə icazə verilməyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı bloger "Instagram" hesabında paylaşıb. Onun sözlərinə görə, Gürcüstan-Ermənistan sərhədində yoxlanış zamanı on
11.11.2026 125