"Bakı Metropoliteni" "28 May" stansiyasında baş verənlərə aydınlıq gətirib
"28 May" metro stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib.
"Report" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" məlumat yayıb.
"Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Ehtiyat tədbiri kimi, "Həzi Aslanov-28 May" istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb. Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, "Xətai-Cəfər Cabbarlı" mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.
Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, "Xətai-Cəfər Cabbarlı" mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəzliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə "Xətai-Cəfər Cabbarlı" mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.
Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir", - məlumatda deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 30 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvropa İttifaqına üzvlüklə bağlı dəyişikliklər olacaq
Avropa Komissiyası Avropa İttifaqına (Aİ) namizəd ölkələrə tam üzvlükdən əvvəl iqtisadi üstünlüklər təqdim etməyi nəzərdə tutan yeni plan üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb. Məlumata görə, təşəbbüs namizəd ölkələrin mərhələli inteqrasiyas
26.06.2026 272 Çimərliyə getmək istəyənlər bunu oxusun
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran
16:00 99 UKMTO Hörmüz boğazında tankere hücum barədə məlumat verib
Hörmüz boğazında tankerə hücum edilib, ekipaj üzvləri zərər çəkməyib. Bu barədə "Report" Böyük Britaniyanın HDQ yanında Koordinasiya Mərkəzinə (UKMTO) istinadən xəbər verir. "UKMTO Hörmüz boğazında baş verən insidentlə bağlı məlumat alıb. Gəminin kapitanı naməlum mərmi dəyməsi nəticəsind
15:40 121 Sabahın hava proqnozu açıqlanıb
Sabah Azərbaycanda hava necə olacaq?. İyunun 28-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyunun 27-dən 28-nə keçən gecə fasilələrlə davam edən intensiv, bəz
14:15 149 Moskva ilk dəfə müharibənin nəticələrini hiss edir - FT
Moskva sakinləri Ukraynanın artan dron hücumları fonunda Rusiya rəhbərliyinin başlatdığı genişmiqyaslı müharibənin təsirlərini ilk dəfə daha açıq şəkildə hiss etməyə başlayıblar. xəbər verir ki, bu barədə "Financial Times" (FT) yazır. Qəzetin məlumatına görə, yaz aylarından etibarən Ukraynanı
14:30 165 Dilarə Səlim Mədəniyyət televiziyasının direktoruluğundan kənarlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirib
Mənim "Mədəniyyət" kanalından ayrılmağım yalandır. Bu barədə APA-ya açıqlamasında Mədəniyyət Televiziyasının direktoru Dilarə Səlim məlumat verib. "Bu barədə heç bir qərar verilməyib. Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdə
26.06.2026 406 FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadə
11:45 186 Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirdi
Rusiya qoşunları iyunun 27-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov vilayətlərindəki yanacaqdoldurma məntəqələrinə (YDM) zərbələr endirib. xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Zaporojyedə zərbə nəticəsində qaz çəni və YDM-nin inzibat
14:00 153 Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Dağıdıcı zəlzələdən iki gün sonra Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib. Zəlzələ UTC vaxtı ilə saat 22:16-da Venesuelanın paytaxtı Karakasdan 80 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin yeri
10:15 189