KİV: Efiopiyada silahlılar strateji əhəmiyyətli şəhəri ələ keçirib
Efiopiyada Tıqray Xalq Qurtuluş Cəbhəsinin silahlıları Amhara bölgəsinin Tıqrayla sərhəddə yerləşən strateji əhəmiyyətli Dessa şəhərinə daxil olublar.
"Report" xəbər verir ki, bu barədə "France Press" məlumat yayıb.
Hökumət ölkədəki siyasi və hərbi gərginliklə əlaqədar televiziya yayımını dayandırıb.
Qeyd edək ki, Şimali Efiopiya 2020-ci ilin noyabrından münaqişənin episentrindədir. Efiopiya hakimiyyəti Tıqray Xalq Qurtuluş Cəbhəsini hərbi bazaya hücumda günahlandırıb və Tıqrayda əməliyyata başlayıb. Hökumət qüvvələrinə qonşu Eritreya dəstək verib. 2021-ci ilin yazında Efiopiya hakimiyyəti Eritreyanın qoşunlarını Tıqraydan çıxardığını elan edib.
İyun ayında isə Tıqraydakı üsyançılar bölgənin inzibati mərkəzi olan Mekele şəhərini ələ keçiriblər və Efiopiya hökuməti qeyd-şərtsiz atəşkəs elan edib. Üsyançılar daha sonra yenidən hücuma keçərək Tıqrayın cənubunun çox hissəsinə nəzarəti ələ alıblar.
Oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tıqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 545 Tarix: 31 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNiger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Niger hakimiyyəti Fransanı avqustun sonlarında Xüsusi Əməliyyatlar Komandanlığının Xüsusi Kəşfiyyat Batalyonunun üzvlərini Niameydəki 101 saylı bazada silahlı üsyana təhrik etməkdə ittiham edib. "Report"un ANP-yə istinadən məlumatına görə, bu barədə Nigerin Nazirlər Şurasının kommünikesind
06.09.2026 164 ABŞ İranın nüvə öhdəliklərini pozması ilə bağlı AEBA-nın qətnamə qəbul etməsinə çalışır
ABŞ, həmçinin onun müttəfiqləri olan Böyük Britaniya, Fransa və Almaniya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasına təzyiq göstərərək onun gələn həftə İranın nüvə silahının yayılmaması sahəsindəki öhdəliklərini pozması ilə bağlı qətnamə qəbul etməsinə nail olmağa çalışırlar. B
06.09.2026 154 Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
ABŞ-nin İrana qarşı hərbi kampaniyasının başlamasından altı ay sonra Tehran hərbi potensialına inamını əhəmiyyətli dərəcədə artırıb. "Report"un məlumatına görə, "The New York Times" (NYT) ABŞ-nin kəşfiyyat materiallarına və analitik qiymətləndirmələrinə istinadən bu məlumatlara istina
06.09.2026 160 Tramp FES-dən faiz dərəcəsinin aşağı salınmasını tələb edərək bir sıra ölkələrlə ticarətin dayandırılması ilə hədələyib
Ölkənin mərkəzi bankı rolunu yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmaqdan imtina edərsə, Vaşinqton bir neçə dövlətlə ticarət münasibətlərini dayandıra bilər. "Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsind
06.09.2026 166 KİV: Hakerlər Almaniya hökumətinin rabitə kanalları barədə məlumatları yayıblar
Berlin Senatının şəbəkəsini sındıran hakerlər şəhər administrasiyasının girov ödəməkdən imtina etməsindən sonra Almaniya hökumətinin fövqəladə hallar üçün nəzərdə tutulmuş rabitə kanalları barədə məlumatları açıq şəkildə yayıblar. xəbər verir ki, bu barədə "Bild" nəşrinə alman araşdırmaçı jurnalis
06.09.2026 130 FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
06.09.2026 132 Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir
Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə
06.09.2026 159 Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib
ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl
06.09.2026 144 Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 163