Alimlər peyvənd edilmiş insanların da delta ştamını yaydığını üzə çıxarıblar
Koronavirusa qarşı peyvənd edilmiş insanlar da delta ştamını həm ətraflarına, həm də peyvənd olunmamış insanlara yaya bilərlər.
"Report" xəbər verir ki, bu barədə "The Lancet Infectious Diseases" jurnalı məlumat yayıb.
Nəşr iddia edib ki, koronavirusa qarşı peyvənd olunmuş ailədə deltaya yoluxma ehtimalı 25, peyvənd olunmayan ailələrdə isə 38 faizdir.
Alimlər bunu bir il ərzində yüngül formada koronavirusa yoluxmuş 621 britaniyalını müşahidə edərək müəyyən ediblər.
Təcrübənin nəticələri peyvəndlərin uğurlu olduğu ölkələrdə belə koronavirusun delta ştamının yoluxucu olduğunu deməyə əsas verir.
Tədqiqatçılar bildiriblər ki, peyvənd edilmiş xəstələr koronavirusa daha asan dözür və tez sağalırlar. Peyvənd olunmayanlar isə tez-tez infeksiyanın ağır formasından əziyyət çəkirlər.
Alimlər koronavirusun ötürülməsini dayandırmaq üçün peyvəndin vacibliyini qeyd ediblər. Təcrübə həm də tam peyvənddən sonra immunitetin üç ay ərzində ciddi şəkildə azaldığını nümayiş etdirib. Daha əvvəl bu müddət altı ay göstərilirdi. Bu səbəbdən mütəxəssislər peyvəndin tam kursundan bir müddət sonra üçüncü dozanın gücləndirici olaraq tətbiq edilməsinin zəruriliyini vurğulayırlar.
London İmperial Kollecinin mütəxəssislərinin fikrincə, gücləndirici peyvəndlər koronavirusun qarşısını almağa, virusdan bir ilə qədər qorunmağa kömək edəcək.
Bundan əvvəl, oktyabrın 30-da Avropa Şurasının rəhbəri Çarlz Mişel Romada keçirilən G20 sammitində deyib ki, Avropa İttifaqı gələcək pandemiyalara hazırlaşmalıdır. O hesab edir ki, bu məsələdə əməkdaşlığı gücləndirmək üçün beynəlxalq müqavilə lazımdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1024 Tarix: 31 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608