Əri başqası ilə evləndi, intim təklifə görə rejissora şillə vurdu, meymundan qorxub xəstəliyə tutuldu...

Əri başqası ilə evləndi, intim təklifə görə rejissora şillə vurdu, meymundan qorxub xəstəliyə tutuldu...BiG.AZ Kulis.az-a istinadən Xalq artisti Nəcibə Məlikova haqqında maraqlı faktları təqdim edir.

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Lakin Xoşsima xanım qardaşı - böyük ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutulandan sonra onun da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə "xalq düşməninin ailəsi" adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin "xalq düşməni"nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Buna baxmayaraq, atası Haşim bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

***

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. O, dahi Üzeyir Hacıbəyovun ansamblında çalışır və müxtəlif xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edir. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəlir. 10-cu sinfi qurtarandan sonra sənədlərini könlü olmadan Teatr İnstitutuna verdi və Fatma Qədrinin sinfinə qəbul olunur.

Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. Cəfər Cabbarlının "Yaşar" əsərinin tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

***

Elə Gəncədə işlədiyi zaman Nüsrəddin adlı imkanlı ailədən olan bir kişi ilə tanış olur. Nüsrəddin o zaman bir dəfə ailəli olub sonra ayrılır. Bu evlilikdən isə onun oğlu da doğulur. Lakin, Nəcibə xanım Nüsrəddinlə tanış olan ilk gündən ona bağlanır və qarşı tərəfin evlilik təklifinə razılıq verir, evlənirlər.

Həyatının belə bir dönəmində gənc aktrisa həm də Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Burda Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır.

***

Nəcibə sənət dərsini gözəl mənimsəyir, ali təhsil alır, Milli Dram Teatrında işləməyə başlayır. Hüseyn Cavidin "Şeyx Sənan" tamaşasında Xumar, "Səyavuş"da Firəngiz, Cəfər Cabbarlının "Aydın"ında Böyükxanım, "Sevil"də Edilya kimi fərqli, mürəkkəb xarakterli obrazlar yaradır. Komediya janrı da Nəcibə Məlikovanin sənət taleyində bir xətt kimi keçir. "Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasında Yasəmən, Şıxəli Qurbanovun "Əcəb işə düşdük" pyesində Məlahət, M. F. Axundzadənin "Lənkəran xanının vəziri"ndə Şölə kimi obrazlara imza atıb.

Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Həcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir - Saqib. Onun ilk nikahından olan oğlu, Nəcibə xanımın oğulluğu əvvəlcə atasını bu qadınla görməyi qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

***

Fuad Əsədov Nəcibə xanımın ölümündən çox-çox sonralar verdiyi müsahibəsində deyir: "Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, onu ana kimi qəbul edə bilmədim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm və mən də özümdə onu hiss etdim. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam".

Aktrisanın öz qayınanası iddialı xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Nəcibə xanım özü qayınana sarıdan çox əziyyətlər çəkir, o qədər dözür ki, bir gün onlara qonaq gələn Ədil İsgəndərov dözməyib onlardan çıxanda, Nəcibə xanımın qayınanasına deyir, Xanım xala, səndən kino çəkəcəm. Bir gün isə Nəcibə Məlikovaya ssenarini oxuması üçün verir. Aktrisalığı bir yana, bir mərd, ağayana azərbaycanlı xanım olan Nəcibə özü ssenaridə bəzi dəyişikliklər edir. Onun həyat yoldaşı həqiqətən də yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. İsmayıl oğulluğu Fuaddır, filmdə Cəmilə kimi verilən Saqibin obrazıdır. Bu cür xırda dəyişikliklər, görünür, tamaşaçını əsl həqiqətdən yayaındırmağa xidmət edib. Nəcibə xanım isə Dilarə rolunda özünü oynayıb. Ona görə də bu təbiilik illər keçməsinə rəğmən filmi sevdirir.

***

Yaxın ətrafının dediyinə görə aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də çox sadə insan olub. Çox dadlı xörəklər hazırlayıb. Günlərin birində isə məşhur rejissorlardan biri Nəcibə xanıma bir rol təklif edir. Lakin, rol qarşılığında o, aktrisaya arzuolunmaz təklif edir. Bundan hiddətlənən aktrisa rejissora sillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü sənət camiəsində danışarmış.

Ancaq ailədə təəssüf ki, nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı bir kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə "O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər", - deyirmiş.

***

Günlərin birində isə Nusrəddin evə gəlib başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb çıxıb gedir, amma böyük oğul dediyi oğulluğundan da ayrılmır. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəli surətdə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.

Yaşar Nuri bir dəfə aktrisa haqqında danışarkən deyir: "O dövrün bütün uşaqları kimi mən də İsmayıl və Dilarəni həyatda görüb tanımaq arzusunda idim. Tale elə gətirdi ki, hər ikisi ilə həyatda dostlaşdıq. Nəcibə xanımla bir səhnəni bölüşdük, tərəf müqabili olduq. Bir dəfə söhbət əsnasında dedim ki, Buzovnanı görməmişəm. Məşqdən çıxdıq, məni oturtdu maşına birbaş Buzovnaya, "Yekə kişidir, hələ Buzovnanı görməyib", - dedi. Çox gözəl qadın, gözəl insan, əvəzsiz aktrisa idi".

***

Teatrda qazandığı uğurlar çox keçmədi kinoda onu izləməyə başladı. Dilarə onun kino yaradıcılığının şah obrazıdır. Bəs, "Arşın mal alan"da bəyzadə Cahan, "Əhməd haradadır?"da qoçaq Nərgiz, "Leyli və Məcnun"da şahanə duruşu ilə "Qızsan, ucuz olma, qədrini bil", - deyən ana.. Hər biri yüksək əxlaq nümunəsi, xeyirxah insan, cazibədar qadın və bunların hamısı Nəcibə xanımın özünə xas olan xüsusiyyətlərdir.

Tərəf müqabili Elxan Qasımov: "Əhməd haradadır?" filmində bir rəqs səhnəmiz vardı, rəqs müəllimı gəlib çıxmadı özümüz oynamalı olduq. Çox gözəl rəqs etməyi vardı, "Əhməd hardadır?" filmində də rəqs səhnəsinə məşqsiz çəkilmişdi. O qədər oynadıq ki, çəkiliş qrupu işini qurtarıb bizi gözləyirdi. Maşını qaçırdığı səhnədə isə həqiqətən də saxlaya bilmirdi, mən çatdırıb əyləci basmışdım və Nəcibə xanımın ayağını da möhkəm tapdamışdım, çəkiliş pozulmasın deyə səsini çıxartmamışdı. Çox amiranə qadın idi, əsl ana idi, həyatda da, kinoda da. Ədil İckəndərov onu bütün səpgili obrazlara çəkmişdi. "Qanun naminə"də Zərrintac hara, Nərgiz xala hara?! Yaxşı nərd oynayardı, bir dəfə kinostudiyada nərddə hamını udan bir kişi xeylağına qələbə çaldı. Hamı yığışıb oyuna baxırdı, işıqçı Əliqulu o atan nərdin daşını atdı".

***

Azərbaycan teatr və kino sənətinə adını əbədi yazdı Nəcibə Məlikova. Ömrünün sonuna qədər Dram Teatrında və "Azərbaycanfilm" kinostudiyasında çalışır. SSRİ xalq artisti fəxri adına qədər çatır. Hindistanda qastrol zamanı ağacdan üstünə qəfil atılan meymundan qorxduğundan şəkər xəstəliyinə tutulur. O bəla da 70 yaşında onu aparır. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə "Yalnız Nüsrəddini" - deyib, arzusuna çatmaq üçün 1992-ci il 27 iyulda gözlərini həmişəlik yumur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2036   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.