"Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır" - Deputat

"Uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır" - DeputatXəbər verdiyimiz kimi, bir neçə gün öncə İmişli rayonunda qandonduran hadisə baş verib. Özü uşaq olan 11 yaşlı qız, uşaq dünyaya gətirib. Körpəyə təcavüz edənin isə öz atalığı olduğu bildirilir.

Məsələ ilə bağlı Sonxeber.az-a həmin rayonun deputatı Razi Nurullayev fikir bildirib.

O, qeyd edib ki, insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər:

"Bu, nəinki o ailə, hətta onların qohumları, yaxınları və bütün Azərbaycan cəmiyyəti üçün bir ləkədir, böyük faciədir və qəbulolunmaz bir zorakılıq aktıdır. O məlumatı oxuyanda sanki əlim, qolum, başım dondu.

Bu, ölkəmizdə baş verən ilk belə hal deyil. Təəssüf ki, cəmiyyətin lənətlədiyi bu cür qəbuledilməz hadisələr tez-tez olur. Bu hal əslində bir tərəfdən, vətəndaşların və ya özlərinin cahilliyi, dünya görüşünün, qınağın olmamasından irəli gəlirsə, digər səbəb, bəlkə də, cəmiyyətimizin bununla bağlı doğru-dürüst yanaşma ortaya qoymaması ilə bağlıdır.

Ümumiyyətlə, ilk növbədə mən bu şeyləri görüb, bilib gizlədən ailələri qınayıram. Onlar hadisəni "ört-basdır" etmək istəyirlər, amma anlamırlar ki, bunu gizlətməklə həmin cinayətin, yaramaz hərəkətin daha da böyüməsinə rəvac vermiş olurlar. Onlar bir insanın həyatını özlərinin ad-sanından aşağı, bir insanın həyatının puç olmasını özlərinin cəmiyyət içində biabır olmasından daha üstün tuturlar. Amma sonunda həm özləri biabır olurlar, həm də o insanın həyatı, gələcəyi puç olur.

Belə halların baş verməsinə çox təəssüflənirəm. Hesab edirəm ki, bununla bağlı tam olaraq dolğun məlumat verilməlidir və bununla yanaşı aidiyyəti qurumlar özlərinin yerli əlaqələri vasitəsi ilə belə ailələri dinləməli, üzə çıxarmalıdırlar. O ailələrlə psixoloji söhbətlər aparılmalıdır ki, gələcəkdə bu tip məsələlər təkrarlanmasın.

Insanlar hər hansı bir ailədə şübhəli nə isə gördükdə mütləq şəkildə hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.
Uşaqların məktəbdən saxlanılması, xüsusən də aran yerlərində, daha çoxdur.

Bilməliyik ki, uşaqların məktəbə göndərilməməsi bu cür bəlalara yol açır. İlk növbədə, qız uşaqlarının dünyagörüşü genişlənmir, cahilliyi artır və bu cür zorakı hallara düşmək ehtimalları böyüyür. Uşaq məktəbə getsə, müəllimlərə etibar etsə, tərbiyəçisinə dərdini danşıb kömək istəyə bilər. Onun üçün də onların təhsildən qalmamalarına ciddi nəzarətin olması əsas məsələlərdəndir.

İnsanlar bu cür hallara doğru reaksiya versə, hökumətin dürüst addımları sayəsində bu cür faciələrin qarşısını ala bilərik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1679   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçu vəfat etdi

Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi məlumat yayıb. Onun ölüm səbəbi barədə məlumat verilməyib. Qeyd edək ki, Vəli Əliyev iyunun 18-də keçirilən cüdo üzrə Naxçıvan MR birinciliyində qızıl medal qazanmışd

26.06.2026 505
.

Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub

26 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb. XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İtaliy

26.06.2026 313
.

Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçuların

26.06.2026 295
.

Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb

Dağıdıcı zəlzələdən iki gün sonra Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib. Zəlzələ UTC vaxtı ilə saat 22:16-da Venesuelanın paytaxtı Karakasdan 80 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin yeri

10:15 164
.

Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar

Rusiya və Çinə məxsus 10-a qədər təyyarə qısa müddətlik Cənubi Koreyanın Hava Hücumundan Müdafiə Sistemlərinin fəaliyyət sahəsinə daxil olub. "Yonhap" xəbər verir ki, bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Belə ki, hərbi təyyarələr sözügedən sahəyə ölkənin şərq və cənub istiqamətində

12:15 151
.

Tramp İranı Hörmüzdəki gəmilərə dron ataraq atəşkəsi pozmaqda günahlandırıb

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd kamikadze dronu buraxıb. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib. "Dronlardan biri böyük və çox bahalı bir yük gəmisinin göyərtəsinə dəyib. Gəmi zədələnsə də, yoluna davam ed

26.06.2026 320
.

Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. İyunun 27-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Axşama doğr

26.06.2026 407
.

Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib

Ağ Ev lideri Donald Tramp, Avropanın Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edəcəyi təqdirdə, ABŞ-yə ixrac etdiyi məhsullara yeni, yüksək tariflərlə hədələyib. "Report" xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb. "Bir çox Avropa ölkəsi Amerika şirkətlərin

26.06.2026 299
.

Venesuelada 50 mindən çox insan itkin düşüb - BMT

Venesuelanın şimalında baş verən iki zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb. xəbər verir ki, bu barədə BMT nümayəndəliyindən məlumat verilib. Qeyd edək ki, iyunun 25-də Venesuelanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb

26.06.2026 338
.

TOP MP3