Azərbaycanda dəhşətli qətlin yeni təfərrüatı: Öldürülənin yaxınları AXTARILIR - FOTO

Azərbaycanda dəhşətli qətlin yeni təfərrüatı: Öldürülənin yaxınları AXTARILIR - FOTONovxanı bağları yaşayış massivində baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 29-u gecə saat 3 radələrində qeydə alınıb.

Həyət evlərindən birinin gözətçisi 39 yaşlı Ramin Əlixanov əvvəllər tanış olduğu 40-45 yaşlarında bir kişini külünglə vuraraq öldürüb. Daha sonra meyiti yaxınlıqdakı həyətlərdən birində basdırıb.

Məlumata əsasən, öldürülən adamın adı Cəfərdir. Əldə etdiyimiz məlumata görə, onlar əvvəlcə yeyib-içiblər. Daha sonra sərxoş tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Öldürülən şəxs R.Əlixanovu söyüb. Ramin də külünglə həmin şəxsin başına bir neçə zərbə vuraraq həyatına son qoyub.

Hadisədən bir ay keçsə də, öldürülən şəxsin kimliyi bilinmir və yaxınları tapılmayıb.

Qətlə yetirilən şəxsin fotosunu təqdim edirik. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Azərbaycanda dəhşətli qətlin yeni təfərrüatı: Öldürülənin yaxınları AXTARILIR - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1812   Tarix: 01 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ

Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı

06.09.2026 187
.

Məlumat sızıntılarına görə Pentaqonun 50-yə yaxın əməkdaşı poliqraf testindən keçirilib

ABŞ-nin hökumət müstəntiqləri jurnalistlərə məlumatların sızmasının araşdırılması çərçivəsində ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin təxminən 50 əməkdaşını poliqraf testindən keçiriblər. "Report" xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə vəziyyətl

06.09.2026 144
.

Pakistan ordusu Əfqanıstanla sərhəddə 20-dən çox terrorçunu məhv edib

Pakistanın təhlükəsizlik qüvvələri sentyabrın 3-dən 5-dək Xeybər-Paxtunxva vilayətində baş verən bir neçə toqquşma zamanı 20-dən çox terrorçunu məhv edib. "Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin rəsmi media resursu olan ISPR məluma

06.09.2026 157
.

Almaniya PUA və kiberhücumlara qarşı mübarizə planı hazırlayıb

Almaniyanın Daxili İşlər Nazirliyi naməlum pilotsuz uçuş aparatlarına (PUA) və kiberhücumlara qarşı mübarizə tədbirləri üzrə plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb. Plana əsasən, federal polisin dronlarla mübarizə üzrə mobil bölmələrinin stratej

06.09.2026 142
.

Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir

Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması və sükanı tutmadan hərəkət etməsi yolverilməzdir. "Report" xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib. Qeyd edilib ki, skuterlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayə

06.09.2026 159
.

Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy

06.09.2026 149
.

Qazaxıstan dəniz limanlarının gücünü 30 milyon tona qədər artıracaq

Qazaxıstan 2030-cu ilə qədər dəniz limanlarının ümumi gücünü 21,8 milyon tondan 30 milyon tona qədər artırmağı planlaşdırır. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətindən bildirilib. Son beş ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM

06.09.2026 150
.

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər. bu barədə RBB radiosuna istinadən xəbər verir. Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətində

06.09.2026 161
.

Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn

06.09.2026 163
.