Nazarbayevin harada olduğu açıqlandı - FOTO

Nazarbayevin harada olduğu açıqlandı - FOTOMərkəzi Asiya üzrə ekspert, politoloq Arkadi Dubnov Qazaxıstanın eks-prezidentinin yerləşdiyi ölkənin adını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyasətçinin yaxınlarının saxlanması ilə bağlı da məlumat verib.

Arkadi Dubnov öz Facebook səhifəsində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Çində olduğunu bildirib. Hələlik bu məlumatın təsdiqi yoxdur, mütəxəssis öz mənbələrinə istinad edir.

Dubnov Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının Dubayda saxlanmasından da danışıb. Politoloq eks-prezidentin kiçik qardaşı, DTX rəhbərinin keçmiş birinci müavini Samat Abişin saxlanması ilə bağlı daha əvvəl yayılan məlumatı da təsdiqləyib.

Əlavə edək ki, Abişin saxlanılması ilə bağlı məlumatlar dərc edildikdən sonra təkzib edilib. Yanvarın 7-də Nazarbayevin ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdiyi məlum olub.

Qazaxıstanda etirazlar başlayandan sonra bir çox ekspertlər baş verənlərə reaksiya verməyən Nazarbayevin harada olması ilə maraqlanıblar. Eyni zamanda aksiya iştirakçılarının özləri də ölkənin keçmiş rəhbərindən narazılıqlarını fəal şəkildə ifadə ediblər. Məsələn, Taldıkorqanda nümayişçilər siyasətçinin abidəsini söküblər.

Telegram kanallarında yanvarın 5-dən Nazarbayevin Qazaxıstandan "uçması" ilə bağlı məlumatlar yayılıb. Bunun "sübut"u əvvəlcə hökumət kollegiyasının ölkədən getməsi, daha sonra isə eks-prezidentin kürəkəninin şəxsi təyyarəsinin Qırğızıstan sərhəd hava limanına gəlməsi olub.

Politoloq Zatulin bildirib ki, Qazaxıstanda etirazların və sonradan baş verən iğtişaşların səbəbi Tokayevlə Nazarbayev arasında yaranmış nifaq olub. Onun sözlərinə görə, bunu Abiş Samatın DTX rəhbərinin birinci müavini vəzifəsindən istefa verməsi sübut edir. Eyni zamanda o, hesab edir ki, nümayişləri hakimiyyətdən qidalanan şəhərətrafı rayonlardan olan millətçilər təşkil edib.

Yanvarın 7-də məlum olub ki, Belarus prezidenti Aleksandr Lukaşenko Nazarbayevə zəng edə bilib.

Nazarbayevin harada olduğu açıqlandı - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1256   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

TOP MP3