Baş pediatrdan valideynlərə XƏBƏRDARLIQ: öskürək, yüksək qızdırma, boğaz ağrısı...
Baş pediatr Erkin Rəhimov son günlərdə uşaqlar arasında geniş yayılan infeksion xəstəliklərin səbəblərindən danışıb.
Publika.az-a danışan mütəxəssis qeyd edib ki, keçən il pandemiya səbəbiylə qapanmalar olduğundan uşaqlar arasında infeksion xəstəliklər bu qədər yayılmamışdı.
- Dekabrin sonu bayram ərəfəsində uşaqlar arasında xəstəlik geniş yayılıb. Valideynlərin sözlərinə görə, qızdırma və boğaz ağrısı ilə başlayır və günlərlə davam edir. Bu, hər il təkrarlanan mövsümi xəstəliklərdən seçilirmi? Valideynlər bu halda ilk növbədə nə etməlidir?
- Son vaxtlarda öskürək, çox yüksək qızdırma, boğaz ağrısı ilə özünü büruzə verən bir virus var. Bir çox xəstədə mövsümi qrip dediyimiz influenza A növünü aşkarladıq. Uşaqlardakı bu problemin hazırda bununla bağlı olduğu qənaətindəyik. Hətta böyüklərdə də görünür. Keçən il pandemiya səbəbiylə qapanmalar olduğu üçün çox görünmürdü. Artıq açılma olduğu üçün bu virus təkrar dirçəldi və yayılmağa başladı. Bu, bildiyimiz klassik qrip virusudur. Klassik qrip virusu ilə mübarizədə peyvəndlər əhəmiyyətli rol oynayır, 6 aydan yuxarı olan uşaqlara və təbii olaraq böyüklərə qoruyucu məqsədlə bu peyvənd vurula bilər. Əlavə olaraq şəxsi gigiyena, maska, təmasdan qaçmaq, əl yumağın da çox gözəl və effektiv rolları var.
Bu virusda qızdırma çox yüksək olur, müşahidələrimiz də bunu göstərir. Odur ki, qızdırma salıcı dərmanlar verilməli, uşaq isti geyindirilməməli və bol-bol maye verilməlidir. Sözsüz ki, həkim müayinəsi vacibdir. Çünki hansı dərmanların verilməli olduğunu ancaq həkim özü təyin edə bilər.
- Hansı yaş qrupu xəstəliyi xüsusilə ağır keçirir?
- Kiçik uşaqlarda daha ağır keçir və hər hansı xroniki xəstəliyi olan, xüsusən də ağciyər problemi olan uşaqlarda.
- Ümumiyyətlə, uşaqlar arasında COVID-19-a yoluxma hallarına sıx rast gəlinirmi?
- Bir müddət əvvəl daha çox idi. Hətta deyərdim ki, indi çox azalıb, lakin omikron ştamı yayılmağa başlayarsa, artım ola bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 5026 Tarix: 09 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?
Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə
18.10.2026 858 Valideynlərin rotavirus narahatlığı: Uşaqlar əsasən harada və necə yoluxurlar?
Son günlər uşaqlar arasında rotavirus infeksiyası ilə bağlı narahatlıqlar artır. xəbər verir ki, bu barədə sosial şəbəkədə müzakirələr aparılıb. Valideynlər övladlarında qusma, ishal və yüksək hərarətlə müşayiət olunan bu virus xüsusilə azyaşlı uşaqlar üçün ciddi təhlükə yaradacağından narahatlıqların
01.11.2026 708 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 910 Protein niyə lazımdır?
Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır
01.11.2026 517 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 820 Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24.10.2026 724 Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17.10.2026 833 Səhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10.11.2026 222 Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?
07.11.2026 322