30 ilin ən soyuq qışı - Qar və çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək.
Həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərədək yayıldıqda belə hava hadisəsi "arktika sıçrayışı" adlanır.
BiG.AZ xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib.
Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb.
Sabah hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir.
Lakin, həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.
Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar, 13-də səhər Naxçıvan MR-da, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlagədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur.
Hamını Bakıda qarın düşməsi maraqlandırır.
Yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək. Lakin, proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir.
Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir.
Ayın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir.
Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik.
Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7989 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya 4 nəhəng şirkəti cərimələdi - SƏBƏB
Rusiyada "Apple", "Google", "Telegram" və "Wikipedia"a 26,3 milyon rubl cərimə kəsilib. "Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi şirkət və təşkilatlara qarşı açılan işlər üzrə qərar qəbul edib. Məhkəməni
10.11.2026 282 ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli ilə bağlı təzyiq göstərir
ABŞ Avropaya Ukrayna münaqişəsinin həlli məsələsini regionun təhlükəsizlik arxitekturasının, o cümlədən NATO-nun rolunun daha geniş müstəvidə müzakirəsi ilə paralel şəkildə nəzərdən keçirməsi üçün təzyiq göstərir. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. "Kiyevin müttəfiqlər
10:20 103 PROFESSOR OLMADAN ƏVVƏL İNSANLIQ İMTAHANINDAN KEÇMƏK LAZIM DEYİLMİ?
Universitetlərdə akademik elmi adlara və vəzifələrə çatmağın müəyyən meyarları var. Dosent və ya professor olmaq üçün elmi nəşrlər, elmi tədqiqatlar, araşdırmalar və müxtəlif peşəkar tələblər irəli sürülür. Akademiklər bu meyarlara cavab vermək üçün illərlə əmək sərf edirlər. Bəs bütün bu akademik meyarlarl
00:58 221 Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb
Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir
10.11.2026 283 Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı
Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb
10.11.2026 342 Qarabağda gedən quruculuq işlərinin templəri artmaqdadır
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər
11:04 78 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi
Avropa İttifaqı (Aİ) Şurası Ukrayna üçün nəzərdə tutulan hərbi təlim missiyasının (European Union Military Assistance Mission for Ukraine -EUMAM Ukraine) müddətinin uzadılması qərarı fonunda ilk dəfə olaraq bu ölkədə rəsmi hərbi mövcudluğunu reallaşdıracağını bəyan edib. -ın TASS-a istinadən verdiy
10.11.2026 294 Uraloğlu: Ermənistanla sərhəd-keçid məntəqələrinin açılması üçün hazırlıqlar görülüb
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ermənistanla dəmir yolu və avtomobil sərhəd-keçid məntəqələrinin açılması istiqamətində hazırlıqların başa çatdığını bildirib. APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ermənistanın müvafiq naziri ilə bu məsələn
10.11.2026 300 Eyni vaxtda 8 dövlət işində çalışıb 350 min funt qazandı
Böyük Britaniyada 56 yaşlı Kaşim Çoudhuri üç il yarımdan çox müddətdə eyni vaxtda bir neçə dövlət qurumunda çalışaraq təxminən 350 min funt sterlinq maaş alıb. xəbər verir ki, kişi ümumilikdə səkkiz dövlət vəzifəsində işləyib. Bəzi dövrlərdə onun eyni vaxtda beş rəhbəri olub. Çoudhuri Daxili İşlər Nazirliyi
10.11.2026 298