Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTO
16 avqust 2020-ci il tarixdə Samux rayonunda iki polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət yekunlaşıb.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədə iştirak edən "NEW Holland TC-5050" markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pzoma - 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il həbs cəzası verilib.
Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü "Mercedes" markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.
Mərhum L.Süleymanzadənin atası qızının Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə Asan Xidmət Mərkəzində kiçik inspektor vəzifəsində işlədiyini bildirib. O, həmin gün qızını özünün işə apardığını və işdən onun qanunsuz olaraq digər idarəyə göndərildiyini deyib: "Əvvəllər qızımla söhbət əsnasında mənə bildirmişdi ki, ola bilsin ki, bəzən pasportların BPMQİ-dən götürülərək Gəncə Asan Xidmət Mərkəzinə gətirilməsi ona həvalə edilə bilər.
Lakin daha əvvəl ora gedib-getməməsi barədə mənə heç vaxt məlumat verməyib. Mən Ləmana bildirmişdim ki, ona belə tapşırıq verildiyi halda mənə məlumat versin, özüm onu aparıb-gətirim. Qızımın olduğu maşının sürücüsü Gəncə şəhəri Nizami rayon polis İdarəsinin əməkdaşı olmuş Elnur Çağırqanovu tanımamışam. Kombaynın hərəkətdə olduğu yolun eni 3 m, kombaynın qabaq tərəfdən eni isə 4 metrdir. Qanuna görə bu texnika bıçağı texnikadan sökülüb ayrılaraq başqa texniki vasitə ilə bir məntəqədən digər məntəqəyə aparılır, kombaynın özü isə müvafiq dövlət qurumlarının əməkdaşlarının müşahidəsi altında hərəkət edir. Hətta bu texnikanın əyləc sistemi olmadığından onun avtomobil yoluna çıxması qadağan olunub. Eyni zamanda 17 avqust 2020-ci il tarixdə hadisənin baş verdiyi yerə getdikdə, orada kombaynın təkərlərinin izindən müəyyən etdik ki, hadisə vaxtı kombayn dönmə əməliyyatı edib.
Həmin gün 09:30 radələrində qrup rəhbəri qızıma BPQMİ-nin Gəncə regional bölməsinə ümumvətəndaş pasportlarının gətirilməsi üçün göstəriş verib. Qızım isə yuxularını qarışdırdığını, özünü pis hiss etdiyini, ağrıdığını rəhbəri Pərvin xanıma bildirib. Bu sözləri mənə onların özü deyib. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq qanunazidd hərəkətlərə və ya hərəkətsizliyə görə cavabdeh olan şəxslərin səhlənkarlıqları ucbatından, işdə ciddi nöqsanlarına görə qızım Ləman Süleymanzadənin ölümünə səbəb olan bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalanmalarını tələb etmişəm".
L.Süleymanzadənin atası bir müddət sonra məhkəməyə ərizə təqdim edərək şikayət və tələbinin olmadığını bildirib.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2668 Tarix: 27 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü
ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb. xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb
13.11.2026 290 Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?
Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq
13.11.2026 282 5 il əvvəl çıxdığı işə qayıdır?
Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c
13.11.2026 394 "Şəxsi maraqlar ailə öhdəliklərinin kölgəsində qalır"
Erkən nikahlarla mübarizə dövlət səviyyəsində diqqət mərkəzində qalmaqdadır. 2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır. xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Musa Qasıml
13.11.2026 247 Evdə bişən "zəhər": Nələrə diqqət etməliyik?
Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin qidadan zəhərlənməsi ev şəraitində hazırlanan yeməklərin və konserv məhsullarının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin araşdırma zamanı ailə üzvlərinin plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdiklər
13.11.2026 409 "Müəllimlərin maaşı 2 min manat ola bilər"
Müəllimlərin əməkhaqqı məsələsi Azərbaycanda təhsil sahəsində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Son illərdə bu sahədə maaşların artırıldığı bildirilib. "2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə
13.11.2026 397 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 328 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 295 Ermənistanın Rusiyadakı səfiri Moskvadan getməyə hazırlaşır
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın qeyri-rəsmi olaraq vəzifəsindən və Moskvadan yaxın vaxtlarda ayrılmağa hazırlaşdığı iddia olunur. xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti mənbələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, Arsenyanın yaxın dostlarından əld
13.11.2026 274