Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?

Azərbaycanda süni intellektin inkişafı üçün nə çatışmır?Bu gün Azərbaycanda süni intellekt sahəsində mühüm addımlar atılır və bu istiqamətdə müsbət irəliləyişlər müşahidə olunur. Lakin etiraf etməliyik ki, biz hələ daha çox süni intellektdən istifadə edən ölkələr sırasındayıq, onu inkişaf etdirən və qlobal bazara çıxaran ölkələr arasında isə hələ təmsil olunmuruq.
Hazırda həm dövlət qurumlarında, həm də özəl sektorda süni intellekt həllərinin tətbiqinin genişləndiyini görürük. Elektron xidmətlərdə, bank sektorunda, kibertəhlükəsizlik sahəsində, müştəri xidmətlərində və bir sıra dövlət layihələrində süni intellektdən istifadə olunur. Əlbəttə, bu, sevindirici haldır. Lakin texnologiyadan istifadə etməklə onu yaratmaq arasında ciddi fərq var.
Məncə, Azərbaycanda əsas prioritet artıq hazır süni intellekt platformalarından istifadəni artırmaq deyil, yerli mütəxəssislərin yetişdirilməsinə və milli texnologiyaların inkişafına investisiya qoymaq olmalıdır. Çünki gələcəkdə rəqabət yalnız süni intellekt texnologiyalarından istifadə edən ölkələr arasında deyil, onları istehsal edən və qlobal bazara təqdim edən ölkələr arasında gedəcək.
Bunun üçün isə təkcə proqramçıların olması kifayət deyil. Süni intellektin inkişafı böyük həcmdə keyfiyyətli məlumat bazalarını, güclü server infrastrukturunu, yüksək məhsuldarlıqlı hesablama sistemlərini və elmi əməkdaşlığı tələb edir. Əgər bu ekosistem formalaşdırılmasa, ən peşəkar proqramçılarımız belə xarici texnoloji platformalardan asılı vəziyyətdə qalacaqlar.
Digər mühüm məsələ isə Azərbaycan dilidir. Dünyada mövcud olan böyük süni intellekt modellərinin əksəriyyəti ingilis dili üçün optimallaşdırılıb. Bu baxımdan, Azərbaycan dilində yüksək keyfiyyətli süni intellekt sistemlərinin yaradılması, yerli məlumat bazalarının formalaşdırılması və milli texnoloji həllərin hazırlanması gələcək inkişafın əsas istiqamətlərindən biri olmalıdır.

Elvin Həsənov-İKT üzrə mütəxəssis


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 70   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə "Qafqazinfo"ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən d

12:23 167
.

Məşhurlar səhərlər nə içirlər? - Limonlu su, göbələkli qəhvə və...

Dünya ulduzları günə enerjili başlamaq üçün müxtəlif içkilərə üstünlük verirlər. Bəziləri limonlu su, digərləri göbələkli qəhvə, yaşıl çay və tərəvəz smuziləri seçirlər. xarici mediaya istinadən bəzi məşhurların qəbul etdikləri içkiləri təqdim edir. Cennifer Eniston səhərlər acqarına bir stəkan ilı

12.11.2026 322
.

İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - Video

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il avqustun 8-d

12.11.2026 323
.

Bakıda məşhur restoranda yoxlama: Kababda bakteriyalar aşkarlandı - Foto

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar yekunlaşıb. xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşları tərəfində

12.11.2026 371
.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

11:02 186
.

Eni 92 santimetr olan ev - İçərisində mətbəx və yataq otağı da var

Polşanın paytaxtı Varşavada iki çoxmənzilli binanın arasında yerləşən qeyri-adi ev diqqət çəkir. Ən dar hissəsinin eni cəmi 92 santimetr olan tikilidə mətbəx, yataq otağı və hamam yerləşir. xarici mediaya istinadən xəbər verir ki, Keret evi adlanan tikilini memar Yakub Şçensnı layihələndirib. Ümumi sahəs

12.11.2026 390
.

Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı

Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfərin ölümünə, dörd nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olmaqda təqsirli bilinən şəxsin barəsində çıxarılmış hökmdən verilən apellyasiya şikayətlərinə baxılıb. -ın məlumatına görə, işin halların

12.11.2026 354
.

Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbayca

10:39 185
.

Başqasının adına olan evdə yaşayan şəxsin hüquqları nələrdir?

Mülkiyyət hüququ şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini ifadə edir. İstifadə hüququ isə müəyyən hüquqi əsaslar olduqda başqa şəxsə məxsus yaşayış sahəsində yaşamaq və həmin əmlakdan qanuni qaydada faydalanmaq imkanı yaradır. Bu iki hüquq eyn

11:39 194
.