Azərbaycan – Litva əməkdaşlığında yeni mərhələ
Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində faydalı əməkdaşlıq və uğurlu tərəfdaşlıq siyasəti yürüdən fəal dövlətlər sırasındadır. Xüsusən, postpandemiya dövründə Prezident İlham Əliyevin fəallığı və irəli sürdüyü regional layihələrlə bağlı təşəbbüsləri nəticəsində Azərbaycan Respublikasının müxtəlif dövlətlərlə ikitərəfli əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Litvaya səfəri dövlətlərarası tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olması baxımdan mühüm rol oynayır. Son iki ildə prezidentlərin 3 dəfə görüşünün baş tutması təmasların hansı səviyyədə olmasından xəbər verir.
Bu görüşlərin ikisi qarşılıqlı səfərlər çərçivəsində baş tutub. Keçən il Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfər edib. Bu il isə Prezident İlham Əliyev Litvada rəsmi səfərdə oldu. Qarşılıqlı səfərlər isə əməkdaşlıq baxımından uzunmüddətli və strateji hədəfləri özündə ehtiva edir. Bu ilin əvvəlində Davosdakı görüş də, eyni zamanda, ona işarədir ki, hər iki ölkənin prezidentləri beynəlxalq platformalarda da bir–birilərini dəstəklədiklərini nümayiş etdirirlər. Litva ilə əlaqələri, eyni zamanda, bu ölkəni Avropa İttifaqının və NATO-nun üzvü olması kontekstindən də nəzərə almaq vacibdir.
Siyasi əlaqələrin və beynəlxalq arenada tərəfdaşlığın uzunmüddətli olması üçün dövlətlərin bir–biri ilə müxtəlif sahədə əməkdaşlığı əsas amildir. Buna görə Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunu iqtisadi əlaqələr üçün yeni üfüq də adlandıra bilərik. Biznes forumda hər iki prezidentin iştirakı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün maraqları açıq-aydın ifadə edir. Xüsusən Azərbaycanın valyutasının sabitliyi, xarici borcumuzun aşağı səviyyədə olması litvalı biznes dairələri üçün cəlbedici olacaqdır. Eyni zamanda, Azərbaycanda olan sabitlik, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması da özəl sektor üçün əlavə stimuldur.
Hər iki ölkənin yaşıl enerji siyasəti birgə əməkdaşlıq və mübadilə üçün də imkan yaradır. Azərbaycan-Litva münasibətləri kifayət qədər yüksək səviyyədədir. Bu gün Litvanın Mərkəzi və Şərqi Avropada oynadığı vacib rol hamıya bəllidir. Eyni zamanda, Litva Avropa ilə Asiya arasında vacib bir nöqtədə yerləşir və gələcək kommunikasiya, nəqliyyat, logistika və sair layihələrdə özünəməxsus yeri olacaq.
Azərbaycanın Litva ilə sıx iş birliyi var. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyində Litvanın sabiq prezidentləri və rəhbərləri təmsil olunurlar. Bakıda keçirilən 10-cu Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə gələn Litvanın indiki və keçmiş rəhbərləri Azərbaycan-Litva münasibətlərinin gələcəyi ilə bağlı öz müsbət fikirlərini bildiriblər.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 807 Tarix: 24 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDörd yaşlı uşağın quduzluğa yoluxması həyəcan yaratdı: Həkimdən ciddi XƏBƏRDARLIQ - VİDEO
Türkiyənin Diyarbəkir şəhərində 4 yaşlı qız küçə pişiyi tərəfindən dişləndikdən dörd ay sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra xəstəxanaya aparılan azyaşlı müayinə edildikdən sonra evə buraxılsa da, aylar sonra vəziyyəti kəskin pisləşib. Uşaqda quduzluq virusu təsdiqləni
16.08.2026 323 Parkda kütləvi atışma: ölən və yaralananlar var
ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərində yerləşən Çarlz Yanq parkında kütləvi atışma baş verib. xəbər verir ki, bu barədə yerli WKYT telekanalı məlumat yayıb. Leksinqton polisi bildirib ki, hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetm
12:01 49 "Hələ çox illəri deyə-gülə yola salacağıq"
Aparıcı Leyla Quliyeva həmkarı Tural Əsədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında Tural Əsədovla fotosunu paylaşaraq onu ad günü münasibətilə təbrik edib: . "Nə qədər ki, gülməyə zarafatımız, danışmağa söhbətimiz, qırmağa qeybətimiz, kövrəlməyə səmimiyyətimi
12:02 55 Beş qadın və keçmiş gözəllik kraliçası insan alverçilərindən xilas edildi
Filippində insan alveri şəbəkəsinin qurbanı olan beş rusiyalı qadın və keçmiş gözəllik müsabiqəsi qalibinin xilas edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Cebu Daily News" Milli İstintaq Bürosuna istinadən məlumat yayıb. Qəzetin məlumatına görə, qadınları kommersiya məqsədli cinsi istismar
11:31 94 Qadın hələ doğulmamış uşağını satışa çıxardı
Hamilə qazaxıstanlı qadın uşağını 800 00 tenqəyə (2916 manat) satmaqla qazanc əldə etmək qərarına gəlib. xarici mediaya istinadən xəbər verir ki, Türküstan şəhərinin 24 yaşlı sakini maddi çətinliklər yaşayırmış. O, hələ hamiləlik dövründə gələcək uşağını satmaq qərarına gəlib. Bunun üçün o, sosial şəbək
16.08.2026 265 Saakaşvili: Gürcüstan Qərb əleyhinə pakt yarada bilər
Gürcüstanın yaxın gələcəkdə Rusiya ilə diplomatik münasibətləri bərpa etməyi və Abxaziya ilə güc tətbiq etməmək barədə müqavilə imzalamağı planlaşdırdığı iddia edilir. xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu barədə "Facebook" səhifəsində məlumat verib. "Rusiy
11:07 111 Rumıniyada pilotsuz təyyarə həyəcanı - F-18 havaya qalxdı
Mənşəyi məlum olmayan pilotsuz uçuş aparatı Rumıniyanın şərqində vurulub. xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Rumıniya Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Müdafiə Nazirliyinin müşahidə sistemləri Qalatsidən təxminən 24 kilometr şimalda, Moldova Respublikasından milli hav
11:49 78 Bakıda axşam konsertləri davam edir - Fotolar
Ötən həftədən etibarən Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. BİG.AZ xəbər verir ki, ötən gün yenidən paytaxtın dörd rayonunda sakinlərimizin və şəhəri
10:26 123 İran Fransa diplomatlarını Tehranda gizli fəaliyyətdə ittiham edib
İran Kəşfiyyat Nazirliyi iyul ayında Tehranda saxlanılan iki Fransa diplomatının ölkə vətəndaşları ilə gizli təmaslar qurduğunu bildirib. xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb. Qurumun versiyasına görə, ələ keçirilən sənədlər Fransanın İran daxilində və xaricind
16.08.2026 300