Hacıqabulda dəhşətli qəzanın TƏFƏRRÜATI: Maşın aşaraq 40 metr sürüşdü, iki uşaq öldü - YENİLƏNİB + FOTO/VİDEO
Ötən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır avtomobil qəzasının təfərrüatı məlum olub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü ilə əlaqədar 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu "Toyota Pirius" markalı avtomobilinə əyləşdirərək yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış.
Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə "Toyota Prius" aşmış halda 40 metr məsafəyədək sürüşüb.
Sürücünün oğlu Əliyar, eləcə də doğum günü olan Məhəmməd hadisə yerində ölüb.
Doqquz yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olublar.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
22:17
Hacıqabulun Abdulabad kəndində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.
"Report"un məlumatına görə, xəsarət alan üç nəfərdən biri - Abdulabad kənd sakini, 2010-cu il təvəllüdlü Əliyar Şirəliyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, bundan öncə Hacıqabulda avtomobilin aşması nəticəsində bir nəfərin öldüyü, üç nəfərin yaralandığı açıqlanmışdı.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
21:57
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alanlar var.
"Report"un məlumatına görə, hadisə rayonun Abdulyan kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 21 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayırıb
Avropa İttifaqı (Aİ) Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayıraraq bu çərçivədə yardımının ümumi həcmini 279 milyon avroya çatdırıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsind
08.08.2026 173 Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır. "Report" İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbua
10:00 103 Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib
Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi real nəticələrə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib. "Bi
08.08.2026 188 Bu tarixdən havalar dəyişir - İSTİLƏR BİTİR
Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir. Mövzu ilə bağlı -a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib. Onun sözlərinə görə, ayın 5-6-sı
00:13 305 Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı
Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibb
08.08.2026 288 Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə
08.08.2026 202 Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat
08.08.2026 173 Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər
Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"
08.08.2026 399 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb
Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə
08.08.2026 174