Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldü

Ad günündə dönər yeməyə gedən məktəblilər dəhşət yaşadı - İkisi öldüÖtən gecə Hacıqabul rayonunda iki məktəblinin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Rafail Şirəliyev idarə etdiyi "Toyota Pirius" markalı minik avtomobillə övladını və kirvəsi olduğu dostunun 2 oğlunu yaşadığı Abdulabad kəndindən yaxınlıqdakı Qarasu kəndinə dönər yeməyə aparırmış. Belə ki, ötən gün R.Şirəliyevin kirvəsi olduğu 2008-ci il təvəllüdlü Məhəmməd Şamo oğlu Abuşovun doğum günü imiş. Bununla əlaqədar o, 2010-cu il təvəllüdlü oğlu Əliyar Şirəliyevi, Məhəmmədi və onun kiçik qardaşı, 2014-cü il təvəllüdlü Pənah Abuşovu avtomobilə əyləşdirərək Bakı-Qazax yolu istiqamətində hərəkət edib.

Saat 21 radələrində avtomobil Abdulabad kəndindən Bakı-Qazax magistralına doğru hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə "Toyota Prius" aşmış halda 40 metr məsafəyədək yolu qət edib.

Sürücünün oğlu Əliyar, eləcə də ad günü olan Məhəmməd hadisə yerində ölüb.

9 yaşlı Pənah sol bud və bazu sümüklərinin sınığı, sürücü isə bütün bədənin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzaya düşən yeniyetmələr Abdulabad kənd orta məktəbinin şagirdləri olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1242   Tarix: 21 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Ukraynanın Enerji Sektoruna Dəstək Fonduna daha 30 milyon avro ayıraraq bu çərçivədə yardımının ümumi həcmini 279 milyon avroya çatdırıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "X" sosial şəbəkəsind

08.08.2026 173
.

Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır

İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındırlar, lakin onun açılışı digər şərtlərdən də asılıdır. "Report" İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə XİN rəhbəri Abbas Əraqçi avqustun 8-i keçirilən mətbua

10:00 103
.

Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib

Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi real nəticələrə gətirib çıxarıb. "Report" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib. "Bi

08.08.2026 188
.

Bu tarixdən havalar dəyişir - İSTİLƏR BİTİR

Azərbaycanda müşahidə olunan isti hava şəraitinin nə vaxt dəyişəcəyi ilə bağlı suallar davam edir. Mövzu ilə bağlı -a danışan AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev xalq arasında "yayın yarısı" kimi tanınan dövrə yaxınlaşıldığını bildirib. Onun sözlərinə görə, ayın 5-6-sı

00:13 305
.

Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı

Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibb

08.08.2026 288
.

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə

08.08.2026 202
.

Kuba üçün "Venesuela" planı hazırlanır?

ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat

08.08.2026 173
.

Azərbaycanda sürpriz: BU FƏSİL UZANACAQ - 5 ay davam edə bilər

Bu il Azərbaycanda yay istiləri əvvəlki illərlə müqayisədə daha gec hiss olundu. Hətta iyun ayı, demək olar, sərin və yağışlı keçdi. Bildirilir ki, belə olduğu halda yay mövsümü oktyabra qədər uzana bilər. Yay mövsümü uzanacaqmı? Yaxın aylarda hava durumu necə olacaq?. -a danışan "Səma və Eko"

08.08.2026 399
.

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb

Nizami rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən birinin avtomobilindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinə

08.08.2026 174
.

TOP MP3