Oliqarx övladlarının "Sea Breeze"dəki kütləvi davasında kimlər iştirak edib?

Oliqarx övladlarının "Sea Breeze"dəki kütləvi davasında kimlər iştirak edib?Sabunçu Rayon Məhkəməsinə bu ilin yayında "Sea Breeze"də oliqarx övladlarının iştirakı ilə baş verən kütləvi davayla bağlı cinayət dosyesi daxil olub.

BiG.AZ musavat.com-a istinadən bildirir ki, hakim qarşısına təqsirləndirilən şəxs qismində 4 nəfər - Peyman Rəhman oğlu Vəlizadə, Elmir Üzeyir oğlu İsmayılov, Məhəmməd Natiq oğlu Həsənzadə və Murad Məzahir oğlu Əhmədli çıxarılır. Bu şəxslər xuliqanlıqda ittiham olunurlar.

İş üzrə iki zərərçəkən var - Cavad Vahid oğlu Muradov və Elnur Leysan oğlu Məmmədov.

Bu ilin yayında baş verən hadisə ilə bağlı həmin zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, iyunun 12-də "Sea Breeze Resort" istirahət mərkəzində kütləvi dava baş verib. 1 gün sonra xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Rəsmi məlumatda saxlanılanların kimliyi, dava tərəfləri haqda isə hər hansı bir bilgi verilməyib. Kütləvi davanın əsas tərəfləri kimi sabiq nazir Yavər Camalovun qardaşı oğlu Elmir Camalov və oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədov qeyd edilirdi.

Bildirilirdi ki, həmin axşam ərazidə Jah Khalib-in konserti və Çempionlar Liqasının onlayn translyasiyası keçirilib. Olay zamanı hətta Elmir Camalovun bıçaq xəsarəti alması xəbəri də vardı. Olaydan sonra bu iki şəxs də daxil olmaqla, 8 nəfər saxlanılmışdı.

Məhkəmə qarşısına çıxarılan təqsirləndirilən və zərərçəkənlər arasında Elmir Camalov yoxdur. Amma Camalovlarla qohumluq əlaqəsində olan Elmir İsmayılov təqsirləndirilən şəxs statusundadır. Elmir İsmayılov Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri olmuş Üzeyir Ərəstun oğlu İsmayılovun oğludur. Üzeyir İsmayılov sabiq nazir Yavər Camalovun qardaşı, iş adamı Əlikram Camalovun kürəkənidir. Elmir İsmayılovun adı mətbuatda əvvəllər də hallanıb. 2020-ci ilin iyununda mətbuatda "Bakıda iki cangüdənlə gəzən tələbə kimdir?" sərlöhvəli yazı tirajlanmışdı. Həmin yazıda Elmir İsmayılovdan bəhs olunurdu. Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan və 2 maşın cangüdənlə gəzən Elmir İsmayılovun bahalı maşın həvəskarı olduğu, hətta Bakı küçələrində sürətlə avtomobil sürməkdə ad çıxardığı iddia edilirdi.

Bloger Həbib Müntəzir məmur oğlunun avtomobil kolleksiyasına daxil olan maşınların bir neçəsinin marka və dövlət qeydiyyat nişanları haqda da məlumat yaymışdı.

- "Mercedes GL-Class 63" markalı, 90-ZZ-009 avtomobil
- "Porsche Panamera" markalı, 90-ZZ-009 nömrəli avtomobil
- "Toyota Camry" markalı, 10-AD-011 nömrəli avtomobil
- "Mercedes S63 AMG" markalı, 90-ZZ-009 nömrəli avtomobil
- "Mercedes-Benz Gelandewagen" markalı, 90-OZ-009 nömrəli avtomobil.

Blogerin yazdığına görə, Elmirin əmisi Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir:

"Ölkədə mərmər monopoliyasına nəzarət edir. Üveysi İsmayılov Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 a saylı binanın yaxınlığında 3 mərtəbəli 260 kvadratmetrlik kommersiya obyekti tikdirib. O, keçmiş baş prokurorun müavini Rüstəm Usubovun kürəkənidir".

İş üzrə iki zərərçəkəndən biri olan Elnur Məmmədovun nə işlə məşğul olması barədə məlumat olmasa da, atası Leysan Məmmədovun son iş yeri Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini postu olub. Leysan Məmmədov bu ilin aprelində vəzifəsindən ayrılıb.

Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub. O, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Oliqarx övladlarının noyabrın 21-nə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb. Cinayət dosyesini araşdıran hakim Mirheydər Zeynalovun sədrlik etdiyi proses dövlət ittihamçısının qatılmaması səbəbindən təxirə salınıb.

Oliqarx övladlarının "Sea Breeze"dəki kütləvi davasında kimlər iştirak edib?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3039   Tarix: 22 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib

ABŞ Prezidenti Donald Tramp sülh prosesində Azərbaycan Prezidenti İlham Əliyevin rolunu yüksək qiymətləndirib. "Report" xəbər verir ki, ABŞ Prezidenti bu barədə Azərbaycan lideri ilə telefon danışığı zamanı bildirib. Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş v

08.08.2026 202
.

Təbii qazın qiyməti bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin sentyabrında çatdırılma şərti ilə təbii qaz üzrə fyuçerslərin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 0,83% artaraq 2,66 ABŞ dollarına çatıb

08.08.2026 183
.

"Arzum" ilə bağlı YENİ XƏBƏR - Məhkəmədən sonra…

Xəbər verdiyimiz kimi, bloger İlduzə Hacıyeva (Arzum) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Məhkəmədən sonra bloger bütün sosial şəbəkə paylaşımını silib. O, 818 mindən çox izləyicisi olan səhifəsində videoları yığışdırıb. Məhkəmə qərarı ilə ona sosial şəbəkədən istifadə qadağas

08.08.2026 445
.

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri (HDQ) Qara dəniz akvatoriyasında Qolitsın qaz-kondensat yatağında yerləşən "Sivaş" qazma qurğusunda Rusiyaya məxsus obyektlərin məhv edildiyini bəyan edib. "Report" Ukrayna Silahlı Qüvvələri HDQ-nin teleqram kanalına istinadən xəbə

08.08.2026 200
.

8 gün iş OLMAYACAQ - TƏQVİM

2026-cı ilin sentyabr ayında Azərbaycanda çalışanlar üçün 8 qeyri-iş günü nəzərdə tutulur. Sentyabr ayının 6, 13, 20 və 27-si bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-c

00:07 273
.

İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı

Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

08.08.2026 179
.

FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib. "Report" xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb. "Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hav

08.08.2026 181
.

Əməliyyatdan 12 gün sonra ölən Adillə bağlı cinayət işi açıldı

Bakı şəhər sakini 33 yaşlı Adil Rzayevin bu ilin 23 mart tarixində - keçirdiyi cərrahi əməliyyatdan 12 gün sonra vəfat etməsi ilə bağlı cinayət işi açılıb. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, onun ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 142.4-cü (Tibb

08.08.2026 281
.

Azərbaycanda kişilər üçün pensiya yaşı YENİDƏN ARTIRILA BİLƏR? - 67-yə qədər...

Qadınlar üçün də pensiya yaşının 65-ə çatdırılması ilə Azərbaycanda pensiya yaşının mərhələli şəkildə artırılması prosesi başa çatıb. Bununla belə, demoqrafik və iqtisadi göstəricilər fonunda gələcəkdə, xüsusilə də kişilər üçün pensiya yaşının yenidən artırılıb-artırılmayacağı müzakirə mövzusu olara

00:19 246
.

TOP MP3