Husilərin hücumundan sonra "Maersk" Qırmızı dənizdə gəmiçilik əməliyyatlarını dayandırıb
Danimarkanın gəmiçilik şirkəti "Maersk" dekabrın 30-da gəmilərindən birinin husilərin hücumuna məruz qalmasından sonra Qırmızı dənizdəki gəmiçilik əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə "Maersk" şirkəti açıqlama yayıb.
Açıqlamada "Maersk Hangzhou" gəmisinə edilən hücumdan sonra şirkətin Qırmızı dəniz və Ədən körfəzindən keçən bütün keçidləri növbəti xəbərdarlığa qədər dayandırmağa qərar verdiyi bildirilib. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi və şirkətin vəziyyəti ətraflı şəkildə qiymətləndirmək üçün bölgədəki bütün yük əməliyyatlarını dayandırmağa davam edəcəyi vurğulanıb.
Həmçinin "Maersk" müştəriləri üçün gəmilərin marşrutunun dəyişdiriləcəyi və səfərlərin Ümid burnu ətrafında davam edəcəyi bildirilib. "Bu qərar dənizçilərimizin təhlükəsizliyini təmin etmək üçün verildi və gəmilərimizdəki yüklər bizim əsas prioritetimizdir", - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Danimarka tərəfindən idarə olunan və Sinqapur bayrağı altında üzən "Maersk Hangzhou" adlı kommersiya yük gəmisi dekabrın 30-da Qırmızı dənizin cənubundan keçərkən raketlə vurulduğunu bildirib və kömək istəyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkə hesabında sözügedən hərəkətin Husilərin 2023-cü il noyabrın 19-dan bəri beynəlxalq gəmiçiliyə qarşı 23-cü hücumu olduğu qeyd edilib.
Husilərin son hücumundan sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Pentaqon dekabrın 6-da Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq "Dəniz İşçi Qrupu" yaratmaq üçün danışıqlar apardıqlarını və dekabrın 18-də "Rifah Mühafizə Əməliyyatı" adlı çoxmillətli bir missiyanın yaradıldığını elan etmişdi.
Onu da qeyd edək ki, Husilərin hücumları Aralıq dənizini Qırmızı dənizə birləşdirən, Avropa və Asiya arasında ən qısa marşrutu təklif edən və qlobal ticarətin təxminən yüzdə 12-nin həyata keçirildiyi Süveyş kanalından keçidi təhlükə altına alıb. Qırmızı dənizdə ticarət gəmilərinə hücumların davam etməsi və şirkətlər tərəfindən verilən ardıcıl qərarlar qlobal iqtisadiyyatda yeni bir "təchizat zənciri böhranı"nın başlayacağına dair narahatlıqları artırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 485 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın yaşamaq üçün ən əlverişli şəhərləri - Reytinq açıqlandı
Danimarkanın paytaxtı Kopenhagen ardıcıl ikinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, bu barədə Economist Intelligence Unit tərəfindən hazırlanan 2026-cı il üzrə Qlobal Yaşanabilirlik İndeksində qeyd olunub. Reytinqə əsasən, Kopenhagen 173 şəhər arasında sabitlik
06.08.2026 137 Düyü haqqında maraqlı fakt: dünya əhalisinin yarısı üçün əsas qidadır
Heç düşünmüsünüzmü ki, dünyada neçə milyard insan hər gün səhər, günorta və axşam eyni məhsulu yeyir?. Düyü sadəcə qarnir deyil. O, planetdə yaşayan milyardlarla insan üçün əsas qida mənbəyidir. Təsadüfi deyil ki, onu Asiyanın "çörəyi" adlandırırlar. xarici mediaya istinadən xəbər verir ki
06.08.2026 164 Sabah 39 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti
06.08.2026 243 Ailəsi ilə şəlaləyə gedən yeniyetmə faciəvi şəkildə öldü
Türkiyədə yeniyetmə şəlalədə faciəvi şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri rayonunun, Yəhyalı qəsəbəsində baş verib. Məlumata görə, ailəsi ilə birlikdə rayon ərazisində yerləşən Kapuzbaşı şəlalələrinə gedən 14 yaşlı Ela Nur Ç. Cənub Şəlaləsində tarazlığını itirərək suya düşüb
06.08.2026 191 Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb
06.08.2026 130 Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
06.08.2026 294 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüst
06.08.2026 171 Ətirinizin qoxusu günlərlə qalacaq - Satıcıların demədiyi sadə üsul
Bir çox insan bahalı ətirlərin belə bir neçə saatdan sonra demək olar ki, hiss olunmadığını müşahidə edir. Çox vaxt bunun səbəbinin ətirin keyfiyyəti və ya istehsalçısı olduğu düşünülür. Halbuki parfümeriya sahəsinin mütəxəssisləri bildirirlər ki, qoxunun qalıcılığı böyük ölçüdə onun necə tətbiq edilməsində
06.08.2026 190 Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl
06.08.2026 350