Sudandakı Çevik Dəstək Qüvvələri döyüşləri şərtsiz dayandırmağa hazır olduğunu bildirib
Sudan Demokratik Mülki Qüvvələr Koordinasiyasının (DSGK) sədri, Sudanın keçmiş Baş naziri Abdullah Hamduk və Çevik Dəstək Qüvvələrinin (HDK) komandiri Muhammed Hamdan Dagalu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə iki günlük görüşdən sonra mətbuat konfransı keçirərək birgə bəyanat imzalayıblar.
"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bəyannamədə hərbi əməliyyatların dayandırılması, humanitar yardımların çatdırılması, mülki əhalinin müdafiəsi, müharibənin yekunlaşdırılması və dövlətin qurulması kimi məsələlər öz əksini tapıb.
Bəyannamədə DSGK və HDK-nın müharibəni bitirməkdə qərarlı olduğu vurğulanıb və HDK-nın ordu ilə birbaşa danışıqlar vasitəsilə dərhal və qeyd-şərtsiz döyüşləri dayandırmağa tam hazır olduğu ifadə edilib.
Həmçinin HDK xoşməramlılıq əlaməti olaraq 451 məhbusu azad edəcəyini və nəzarəti altında olan bölgələrdə mülki şəxslər üçün təhlükəsiz dəhlizlər açacağını vəd edib.
Ölkədəki bütün pozuntulara nəzarət edəcək və məsuliyyət daşıyanları müəyyənləşdirəcək müstəqil milli komitənin yaradılmasını nəzərdə tutan bəyannamədə devrilmiş prezident Ömər əl-Bəşirin partiyası və İslam Hərəkatı Milli Konqresindən başqa, geniş iştirakla mülki şəxslərin rəhbərlik etdiyi siyasi prosesin başlanması da yer alıb. DSGK-nın bəyannamənin maddələrini sülh yolu ilə həllə nail olmaq üçün əsas kimi ordu komandanlığına təqdim edəcəyi bildirilib.
Siyasi partiyaların və vətəndaş təşkilatlarının daxil olduğu DSGK ölkədə davam edən müharibəyə son qoymaq üçün mülki vətəndaşları birləşdirmək üçün yaradılıb.
Ordu komandanı general Əbdülfəttah əl-Burhan və HDK komandiri Dagalunun Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın (IGAD) vasitəçiliyi ilə yanvarın 4-də Cibutidə görüşəcəyi gözlənilir.
Xatırladaq ki, ötən ilin aprel ayında Suveren Şuranın sədri olan ordu başçısı Əbdülfəttah əl-Burhan ilə HDK komandiri Muhammed Hamdan Dagalu arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması vaxtı və ordunun baş komandanının kim olacağı ilə bağlıdır. Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə zamanı 12,5 mindən çox insan ölüb, 24,7 milyon nəfər humanitar böhranla üzləşib, 1,45 milyondan çox sudanlı isə ölkəni tərk etmək məcburiyyətində qalıb.
Tərəflər Ciddədə bir sıra məsləhətləşmələr keçirib. Ordu ilə xüsusi təyinatlılar arasında bir neçə dəfə atəşkəs elan edilsə də, əldə olunan razılaşmalar tam yerinə yetirilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 541 Tarix: 03 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 114 Heyvanların müdafiəsi: Qanunvericilik nə deyir?
"Heyvanlarla rəhmsiz rəftar edilməsi qanunvericiliyə əsasən inzibati məsuliyyətə səbəb olur. Heyvanlara qarşı zorakılıq göstərilməsi, onların şikəst edilməsinə və ya tələf olmasına səbəb olan hərəkətlər qanunla müəyyən edilmiş qaydada cəzalandırılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını
26.10.2026 240 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270 Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı
Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə
26.10.2026 148 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 297 Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı
26.10.2026 233 Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI
46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu
26.10.2026 246 Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 134 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
26.10.2026 254