Bakıda əri tərəfindən bıçaqlanan qadın özünü günahkar bildi: "Söyməsəydim, etməzdi..."

Bakıda əri tərəfindən bıçaqlanan qadın özünü günahkar bildi: "Söyməsəydim, etməzdi..."Bakıda yerləşən şadlıq saraylarından birinin həyətində arvadını bıçaqlayan kişiyə hökm oxunub.

"Qaynarinfo"nun məlumatına görə, 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş Ceyhun Səlimov (soyad şərti - red.) 9 may 2023-cü il tarixdə, saat 23:00 radələrində şadlıq sarayının arxasında rəsmi nikahda olduğu həyat yoldaşı Vüsaləni sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə aralarında yaranmış mübahisə zamanı bıçaqlayıb.

Belə ki, Ceyhun arvadı Vüsaləyə bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirib. Buna görə də o, Vüsalənin mobil telefonunu əlindən alıb. Vüsalə evdən qaçaraq şadlıq sarayında qabyuyan işləyib.

Ceyhun uzun müddət axtarışlardan sonra arvadını şadlıq sarayında tapıb və onunla söhbət edib. Söhbət zamanı aralarında mübahisə yaranıb və kişi arvadını bıçaqlayıb.
Məhkəmədə Ceyhun törətdiyi əməldən peşman olduğunu desə də, arvadı Vüsalə özünü günahkar görüb. Zərərçəkmiş şəxs bildirib ki, o, əri Ceyhunu söyüb təhqir etməsəydi, ona xəsarət yetirməzdi. Vüsalə hadisənin səbəbkarının özü olduğunu bildirib. Əri Ceyhunla barışdığını, ər-arvad kimi birlikdə yaşadıqlarını deyən qadının sözlərinə görə, barışığın əldə edilməsi üçün ona heç kəs təzyiq göstərməyib, əksinə öz iradəsi ilə təqsirləndirilən şəxslə barışıb, habelə bununla bağlı məhkəməyə ərizə ilə də müraciət etməyib. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin hökmü ilə Ceyhun Səlimov Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 3 il 6 ay müddətinə şərti azadlıqdan məhrum etmə cəzası təyin olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1020   Tarix: 05 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano

06.08.2026 160
.

David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"

Hörmətli Çingiz Qənizadə!. Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir. Azərbayca

06.08.2026 190
.

Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - Kamera GÖRÜNTÜLƏRİ

Bakının Nizami rayonunda yeniyetməyə qarşı soyğunçuluq edilib. xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərl

06.08.2026 181
.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - Tarix açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. BİG.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 sayl

06.08.2026 174
.

Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri

"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətd

06.08.2026 185
.

Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video

Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c

06.08.2026 272
.

Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı

Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi

06.08.2026 142
.

Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi

Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüst

06.08.2026 147
.

Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir

"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır". Bunu BİG.AZ-a açıqlamasınd

06.08.2026 185
.

TOP MP3