Bakıda yanvar sürprizi: Son 20 ilin rekordu təkrarlanacaq? - FOTO + AÇIQLAMA
Bakıda 2024-cü il başlayandan günəşli keçən günləri yanvarın 6-da soyuq, sərt küləkli hava şəraiti əvəzləyib. Belə temperatur amplitudu qonşu ölkələrdə də müşahidə olunur: proqnoza görə, Türkiyə və Gürcüstanda hava şəraiti qarşıdakı günlərdə kəskin dəyişəcək, dolu, qar və intensiv yağış yağacaq.
Bunun təsirini ölkəmizdə də hiss edəcəyikmi? Azərbaycan üçün ən soyuq qış hansı ilə təsadüf edib?
Oxu.Az-ın bu və digər suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov cavablandırıb.
Onun sözlərinə görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir:
"Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir. Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Küləyin maksimal sürəti 15-20 m/s olacaq, gecə və səhər saatlarında arabir 27-32 m/s-yə çatacaq. Günün ikinci yarısından zəifləyəcək.
Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddi günlük dövrü əhatə edir".
Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə, N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək:
"Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin 15-20 m/s, 6-sı səhər arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb".
Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub:
"Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1360 Tarix: 06 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtın bu ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi yerlərində qaz kəsiləcək. BİG.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxano
06.08.2026 160 David Seliverstova Çingiz Qənizadəyə CAVAB: "Hüquqi müzakirələr qanun üzərində qurulmalıdır"
Hörmətli Çingiz Qənizadə!. Siz uzun illərdir hüquq müdafiəçisi kimi çıxış edir, ictimaiyyət qarşısında hüququn aliliyini, qanunçuluğu və Konstitusiyanın prinsiplərini müdafiə etdiyinizi bəyan edirsiniz. Məhz buna görə də cəmiyyət sizdən hər bir məsələyə hüquqi meyarlarla yanaşmağı gözləyir. Azərbayca
06.08.2026 190 Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - Kamera GÖRÜNTÜLƏRİ
Bakının Nizami rayonunda yeniyetməyə qarşı soyğunçuluq edilib. xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərl
06.08.2026 181 Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək - Tarix açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 9 avqust 2026-cı il tarixində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsini keçirəcək. BİG.AZ xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Naxçıvan şəhəri 4 sayl
06.08.2026 174 Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri
"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətd
06.08.2026 185 Yeniyetmənin "iPhone"unu əlindən alıb 20 Yanvarda satdı - Video
Paytaxtın Nizami rayonunda yetkinlik yaşına çatmayan bir nəfərə qarşı soyğunçuluq edilib. "Qafqazinfo" xəbər verir ki, naməlum şəxs zərərçəkənin əlində olan, dəyəri 1750 manat təşkil edən "iPhone 16" mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb. Nizami Rayon Polis İdarəsinin 24-c
06.08.2026 272 Antarktikadakı Qan Şəlaləsi yaxınlığında canlıların izləri tapıldı
Alimlər Antarktika qitəsi yaxınlığındakı Qan Şəlaləsində araşdırma aparıblar. Nəticədə mikroskopik evakariot canlılardan ibarət bir topluluğun molekulyar sübutları kəşf edilib. Tədqiqatçılar bu tapıntının dəniz suyunun Antarktikanın qədim dövrlərində dərəyə daxil olmuş və buzlaq altında hapsola bilmi
06.08.2026 142 Bəzi marşrutların hərəkət istiqamətləri dəyişdi
Bakının Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüst
06.08.2026 147 Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir
"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır". Bunu BİG.AZ-a açıqlamasınd
06.08.2026 185