Deputat: "Heydər Əliyev Aygün Bəyləri dinləyəndə kövrəlirdi"
"Aygün Bəyləri itirdik... Adam bilmir ki, nə desin. Çox təəssüfləndim. Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir".
Bunu "Qaynarinfo"ya açıqlamasında Milli Məclisin deputatı Ziyad Səmədzadə Xalq artisti Aygün Bəylərin ölümündən danışarkən deyib.
Deputat Aygün Bəylərin ölümünə çox təəssüfləndiyini bildirib:
"Aygün Bəylər gənc yaşlarından Azərbaycan musiqi sənətinin inkişafına xidmət edib, onun ifaçılıq mədəniyyəti çox yüksək idi. Ailəmizin onunla tanışlığının 25 ildən çox tarixi var. Qızım Aygün xanım "Tut ağacı" mahnısını bəstələyəndən sonra qəti qərara gəldi ki, bunu ancaq Aygün Bəylər ifa edə bilər. Yay vaxtları idi. Klip çəkilişləri ilə bağlı Aygün Bəylər tez-tez Buzovnaya gəlirdi. Bu klip çox çətinliklərlə ərsəyə gəldi. Aygünün "Tut ağacı" mahnısı əbədiyaşar bir ifadır".
Ziyad Səmədzadə deyib ki, "Tut ağacı"dan sonra bütövlükdə Azərbaycan cəmiyyətində təbiətə bir maraq yarandı:
"Təbiətin gözəlliyi, onun qorunması və eləcə də Bakının digər rayonlarında tut ağacları əkildi. Buzovnada nə qədər tut ağacları əkdilər. Günü bu gün də tut ağacları əkilir. Aygün bizim evdə çox olub. Konservatoriyanı bitirəndə yanıma gəlmişdi, çox sevinirdi. Ulu öndər Heydər Əliyev də Aygün Bəylərin "Tut ağacı" mahnısını dinləyəndə kövrəlirdi. Elə bir adam tapılmaz ki, tut ağacının altında istirahət etməsin. Hər dəfə tut yetişəndə, dəriləndə Aygün Bəylərin bu ifası yada düşəcək".
Ziyad Səmədzadə Aygün Bəylərin çox əziyyətlər çəkdiyini vurğulayıb:
"Onu öz övladım kimi sevirdim. Qeyri-adi səhnə mədəniyyəti vardı. O vaxt onu geyiminə görə tənqid də edirdilər. Dedim insafınız olsun, bu, əsl xalqın qızıdır, tərbiyəsi, mədəniyyəti, musiqiyə olan istedadı göz önündədir. Siz onun ürəyinə baxın, xəstə halı isə bu yaxınlarda solokonsert verdi. Həmin konsertindən əldə olunan vəsaiti "YAŞAT" Fonduna keçirdi. Belə insanlar azdır. Çox heyif ki, belə bir sənət adamını itirdik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1872 Tarix: 07 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26.10.2026 409 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 205 Bakıda uşaq arabası ilə keçilməyən yollar - anaların BÖYÜK DƏRDİ
Bakıda körpəsini uşaq arabasına qoyub gəzintiyə çıxan ana bəzən istirahət etmək əvəzinə, əsl maneələr zolağından keçməli olur. Bir tərəfdə səkiləri zəbt edən avtomobillər, digər tərəfdə hündür bordürlər, pilləkənlər, dar keçidlər və yararsız panduslar. Şəhərdə adi gəzinti belə fiziki güc və səbir tələ
26.10.2026 197 Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI
Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl
26.10.2026 224 Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond
26.10.2026 242 İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL
İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard
26.10.2026 203 Dünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26.10.2026 148 Rusiya minlərlə afrikalını müharibəyə göndərir
Rusiya Ukraynada verdiyi ağır itkiləri kompensasiya etmək və canlı qüvvə çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrikanın ən yoxsul ölkələrindən bəzilərində hərbi xidmətə cəlbetmə fəaliyyətini genişləndirir. xəbər verir ki, bu barədə "Blumberq" Ukrayna kəşfiyyatının hesabatına istinadl
26.10.2026 183 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət
26.10.2026 225