Qəfil soyuyan havalarda nə edək? - HƏKİM MƏSLƏHƏTİ

Qəfil soyuyan havalarda nə edək? - HƏKİM MƏSLƏHƏTİHavanın anidən dəyişməsi, gah mülayim, gah soyuq keçməsi bəzi insanların səhhətinə mənfi təsir göstərir. Bəzi vətəndaşlar soyuq havalarda səhhətlərinə necə diqqət etmək lazım olduğunu, düzgün qidalanmanı bilmirlər.

Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskaya danışıb.

Onun sözlərinə görə, havanın kəskin dəyişməsi sağlam olan insanlara neqativ təsir göstərmir. Lakin müəyyən qrup insanlar var ki, onlarda narahatlıqlar yarada bilir:

"Müəyyən qrup dedikdə buraya uşaqlar, hamilə qadınlar, yaşlı və xroniki xəstəliyi olan insanlar aiddir. Bəzən insanlar hava qəfil soyuduqda isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür".

Həkim bildirir ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın kəskin dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar:

"Çünki insanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın qəfil dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir".

Könül Bənənyarskaya belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görür:

"Bir həkim kimi məsləhətimiz budur ki, dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etsinlər. Həmçinin çox tərləmədən qorunmalıdırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 865   Tarix: 11 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən -a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoj

26.10.2026 221
.

Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib. "Qafqazinfo" xəbər verir ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib. "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur

26.10.2026 234
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

26.10.2026 231
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

26.10.2026 254
.

Buzlaşma dövrü əvəzinə qlobal istiləşmə - Yeni araşdırma

Yer kürəsində təxminən 2 min il əvvəl başlayan təbii soyuma prosesi sənaye inqilabından sonra istiqamətini dəyişib. Alimlərin fikrincə, insan fəaliyyəti nəticəsində atmosferdə istixana qazlarının artması planetin uzunmüddətli iqlim dövrlərinə təsir göstərərək buzlaqların genişlənməsini dayandırıb. Qaynarinf

26.10.2026 161
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

26.10.2026 252
.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 224
.

Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb. Qanuna əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıql

26.10.2026 248
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

26.10.2026 205
.