Azərbaycanda bu şəxslər taksi kimi işləyə bilməyəcək - RƏSMİ AÇIQLAMA
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir".
Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib.
Onun sözlərinə görə, hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur. Artıq regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib:
"Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir".
Tural Orucov həmçinin deyib ki, təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər:
"Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1024 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26.10.2026 148 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
26.10.2026 258 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 205 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 297 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
26.10.2026 254 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 114 Zelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı
"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti
26.10.2026 185 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 244 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270