Sibel Can bəstəkarımızın mahnısını oğurladı: Ailəsi müğənnidən təzminat alacaq? - VİDEO
Türkiyəli müğənni Sibel Canın öz mahnısı kimi oxuduğu "Tamam o zaman" bəstəsi plagiat çıxıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən bəstə aranjeman edilərək qismən dəyişdirilsə də, azərbaycanlı bəstəkar Tahir Əkbərin "Gülüb getdi" mahnısının plagiatıdır.
Qeyd edək ki, Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Sibel Can isə bundan 28 il sonra Ayman Bahqat Amar və Tamer Alinin bəstələdiyi deyilən həmin ifanı səsləndirib.
Maraqlıdır, mərhum bəstəkar Tahir Əkbərin ailəsi Sibel Candan təzminat alacaqmı?
Mərhum bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər Bizim.Media-ya açıqlamasında heç bir quruma müraciət etmək fikrində olmadıqlarını deyib:
"Həmin mahnını dinlədim, bütün nəqarət hissəsi oğurlanıb. Heç bir quruma müraciət etmək fikrində deyiləm. Bilirəm ki, şikayət etsək belə, Müəllif Hüquqları Agentliyindən heç bir reaksiya olmayacaq. Ona görə ki, bundan əvvəl də türkiyəli kanon ifaçısı Halil Karadumanın "Rüyalarda buluşuruz" mahnısı Tahir Əkbərin "Əzizim" bəstəsinin notbanot plagiatı idi.
Tahir müəllim "Əzizim" mahnısını 1989-cu ildə ərsəyə gətirib və Nisə Qasımova onu ifa edib. Tahir müəllim hələ sağ idi, bu məsələ ilə bağlı hətta Türkiyə səfirliyi ilə görüşdü, notlarını göstərdi, səfirin həyat yoldaşı Məltəm xanım öz ölkəsinə zəng etdi ki, türk xalqına dələduzluq etmək olmaz. Bununla bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik, lakin heç kim reaksiya vermədi. Üstəlik bizə deyildi ki, Azərbaycanda bu mahnı Tahir Əkbərin adına olsun, Türkiyədə də onların…"
Aybəniz Əkbər qeyd edib ki, Tahir Əkbər sıradan bəstəkar olmayıb, Azərbaycanı bir neçə dəfə xaricdə təmsil edib:
"2008-ci ildə Briliant Dadaşovanın ifasında Tahir Əkbərin "Amin" bəstəsi qızıl diskə salınıb. Avropanın 20 ölkəsində səslənib. Bundan başqa, onun "El oğlu, hay ver" əsəri Şanxayda keçirilən yarışmada 30 ölkə içində Azərbaycana birincilik gətirib. Kim harada istəyir, Tahir müəllimin əsərlərindən istifadə edir və az qala deyirlər ki, "biz yazmışıq".
Qeyd etdiyim kimi, Sibel Canın mahnısının Tahir Əkbərin bəstəsinin plagiatlığı ilə bağlı heç bir quruma müraciət etmək istəmirəm. Tahir Əkbər beyin əməliyyatı keçirmişdi və əsəbdən öldü. Mənim bir qızım var və tez ölmək istəmirəm".
Məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinə də müraciət etdik. Qurumdan hələ ki sorğumuza cavab verilməyib./BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1445 Tarix: 12 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünya kritik iqlim həddini əldən verdi: BMT-dən yeni xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) qlobal temperatur artımını sənaye öncəsi dövrlə müqayisədə 1,5 dərəcədə saxlamaq məqsədinin mövcud şərtlərdə real olmadığını açıqlayıb. Qurumun hesablamalarına görə, kifayət qədər tədbir görülməzsə, temperatur artımı əsrin sonuna qədər 2,
26.10.2026 148 Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ
Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz
26.10.2026 258 Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin
26.10.2026 205 "Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26.10.2026 297 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
26.10.2026 254 Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video
Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu
26.10.2026 114 Zelenski ABŞ-nin müharibə nazirini "Patriot" raketlərinin tədarükünü gecikdirməkdə günahlandırdı
"Ukrayna təxminən bir aydır ABŞ-nin müharibə naziri Pit Heqsetin "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı imzasını gözləyir". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Artıq təxminən bir aydır cənab Heqseti
26.10.2026 185 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
26.10.2026 244 İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi
26.10.2026 270