20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yanvar - xalqımızın qəhrəmanlıq salnaməsidirAzərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 34 illik bir dövr keçir. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülmüş və 744 nəfər yaralanmışdır. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri də olub.
Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat vermişdir.
Tariximizin yaddaşına həkk olunmuş Ümummilli Lider Heydər Əliyevin dediyi sözləri "Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".
20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur.

Aynur Xəlilova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Südün təzə qalması üçün nə etməli?

Heç olub ki, soyuducunu açıb süd qabını götürmüsünüz və bir anlıq tərəddüd etmisiniz içim, ya içməyim? Bəzən cavab aydın olur: kəskin turş qoxu və ya qeyri-adi tekstura hər şeyi dərhal göstərir. Amma elə hallar da olur ki, şübhə qalır və belə vaxtlarda xarab olmanın əsl əlamətlərini bilmək vacibdir

20:00 168
.

Uçuş zamanı qulaq ağrısından necə qorunmaq olar?

Uçuş zamanı qulaqlarda ağrı və ya tutulma hissi sərnişinlər arasında ən çox rast gəlinən problemlərdən biridir. Bunun əsas səbəbi atmosfer təzyiqinin qəfil dəyişməsidir. Orqanizm bu dəyişikliklərə tez uyğunlaşa bilmədikdə, xüsusilə qalxma və eniş zamanı narahatlıq yaranır. xəbər verir ki, ən təsirl

19:15 180
.

Ölkəni ildırım zərbələri vurdu: çoxlu sayda insan öldü

Yerli hakimiyyət orqanları ildırım vurmasından zərər çəkənlərin çoxunun vəziyyətinin ağır olduğunu bildirir. Ekspertlər dağıdıcı fırtınanı geniş yayılmış meşələrin qırılması ilə əlaqələndirirlər. -ın xarici mediaya istinadən xəbərinə görə, Banqladeşdə mövsümi ildırım fırtınaları bir gündə ən azı 14 nəfəri

18:45 253
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

12:29 487
.

Sabah hava necə olacaq?

Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər

14:08 237
.

Elgiz efirə qayıtması iddialarına cavab verdi

Elgiz Əkbər efirə qayıtması haqqında iddiaları cavablandırıb. Bu barədə "Yeni Sabah"a danışan aparıcı bildirib:. "Hazırda çox məşğulam. İşlərim var. Mən elə söz demişəm. Xatırladaq ki, mediada bir müddət əvvəl tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin ARB-də yayımlana

20:15 208
.

İllərlə yararsız, son anda yararlı: Hərbi komissiyaların qərarları sual altında - ARAŞDIRMA

Son dövrlər hərbi xidmətə yararlılıqla bağlı tibbi yoxlamaların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə keçməsindən sonra ölkədə ciddi problemlər ortaya çıxıb. İllərlə həkim komissiyaları tərəfindən "yararsız" hesab edilən şəxslər, hərbi xidmətdən azad olunmağa az qalmı

13:27 1204
.

Kiçik görünüş, böyük sağlamlıq faydaları

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. Axşam.az xəbər verir ki, mütəxəssislər soğanın təbii dərman olduğunu sübut ediblər. Yaşıl soğan (Allium fistulosum

21:00 150
.

Bu şəxslər məcburi işdən çıxarılacaq

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Qaynarinfo xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən

15:53 310
.

TOP MP3