Yeni qaydaların tətbiqi taksi fəaliyyətinə necə təsir edəcək? - AÇIQLAMA

Yeni qaydaların tətbiqi taksi fəaliyyətinə necə təsir edəcək? - AÇIQLAMASon günlər sosial mediada və gündəlik həyatımızda müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qüvvəyə minən yeni tələblərdir.

Yeni tələblərə əsasən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər özlərinə buraxılış vəsiqəsi, istifadələrində olan nəqliyyat vasitəsinə buraxılış kartı almalıdırlar. Buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün də müəyyən tələblər var ki, taksi sürücüləri fəaliyyətlərinə davam etmək üçün bu tələbləri yerinə yetirməlidirlər. Bunlardan ən əsası sürücülərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alması, digəri isə istismar etdikləri avtomobillərin saz vəziyyətdə olmasıdır. Əks halda sürücü taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Doğrudur, bu tələblərin yanvarın 1-dən qüvvədə olacağı gözlənilsə də, hələlik qaydaların tam gücü ilə tətbiq olunmadığı göz qabağındadır. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var.

Bu gün taksilərdən nəqliyyat növü kimi istifadə edən sərnişinlərin də, taksi sürücülərinin də əsas müzakirə mövzusu bu məzmundadır - Taksi fəaliyyəti ilə bağlı tələblər tam gücü ilə işə düşəndən sonra taksi bazarındakı vəziyyət necə olacaq? Taksi qiymətləri yenidən qalxa bilərmi?

Bu məsələ ilə bağlı Oxu.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi qiymətlərinin artacağını gözləmir.

"Taksi ilə bağlı tələblər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Tələb ondan ibarətdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs, həm özünə, həm də istismar etdiyi avtomobilinə icazə vərəqəsi almalı olacaq. Bu, onlayn qaydada AYNA tərəfindən veriləcək. Sadəcə müəyyən nüanslar var ki, qurum tərəfindən həll edildikdən sonra, düşünürəm ki, yaxın zamanlarda, həmin o tələb tətbiq olunacaq və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar mütləq qaydada həmin icazə vərəqlərini almalı olacaqlar.

Qeyd etmək lazımdır ki, taksi qiymətlərinin formalaşması, müxtəlif amillərə bağlıdır. Bunlar amortizasiya xərcləri, yanacağa sərf olunan xərclər, taksi fəaliyyətinin olduğu şəhərdə ictimai nəqliyyatın qiymətidir. Taksi qiymətləri tarifi, hətta ilin mövsümlərinə görə də dəyişir - qışda bir, yayda başqa qiymətə, gecə başqa, gündüz başqa qiymətə ola bilir, hava şəraiti dəyişəndə - məsələn, güclü külək əsəndə, yağış, qar yağanda - fərqli qiymətə ola bilir və s. Yəni qiymətin dəyişmə amilləri özü özlüyündə çoxdur. Ona görə düşünürəm ki, bu tələblər tətbiq olunmağa başlayandan sonra da kəskin qiymət artımı deyə bir şey olmayacaq.

Əslində, bu gün bizdə taksi tarifləri heç də ucuz deyil, sadəcə əlçatandır. Bu gün taksi qiymətləri bir kilometrə görə, yüksəkdir. Çünki 2023-cü ilin yayında taksi şirkətləri sövdələşərək taksi qiymətlərinin minimumunu 1,50 manatdan 2,50 manata qaldırdılar. Əslində, bu artım qeyri-qanuni sayıla bilər.

Burada bir məqam da var - taksi şirkətlərinin təklif etdiyi əksər nəqliyyat vasitələri ekonom sinif nəqliyyat vasitələridir. Əgər digər sinif (komfort, lüks və s.) nəqliyyat vasitələri ilə xidmət göstərərlərsə, məlumdur ki, qiymət tam fərqli olur. Beynəlxalq taksi şirkətləri də taksi qiymətlərini məhz bu şəkildə təyin edirlər", - deyə E.Cəfərov bildirib.
Ekspert hesab edir ki, taksilərin sayının kəskin azalacağını düşünmür və hesab edir ki, taksilərin sayı azaldıqca, müəyyən bir balans yaranacaq, əvəzində ictimai nəqliyyatın sayı artacaq.

"Düşünmürəm ki, taksiyə tələb artandan sonra taksilərin sayı kəskin azalsın. Düzdür, tələblər tam şəkildə icra olunandan sonra taksi sayında müəyyən azalmalar olacaq. Bu da o deməkdir ki, lazım olan tələblərə cavab verməyənlər yavaş-yavaş bu sahədən uzaqlaşmalı olacaqlar.

"Taksinin sayı azaldıqca ictimai nəqliyyatın balansı pozulacaq" məsələsinə gəlincə, hesab edirəm ki, taksinin sayı azaldıqca ictimai nəqliyyatın sayı artacaq və mütləq bir balans yaranacaq. Xırdalasaq - əgər taksi sayı azalırsa, avtobus sayı artacaq, yeni marşrutlara ehtiyac olacaq, marşrutların optimallaşdırılması prosesi gedəcək, metroda intervalların azaldılması və yeni qatarların gətirilməsinin təmin edilməsi üzərində iş aparılacaq. Bir sözlə, ictimai nəqliyyatın keyfiyyəti yüksəlmədən taksilərin kütləvi şəkildə azaldılması baş verməyəcək.

Doğrudur, qayda qüvvəyə minib amma hələ də bu qaydalara uyğun gəlməyən insanlar taksi fəaliyyəti ilə məşğul olurlar, həmçinin yararsız avtomobillər də var. Onlar hələ ona görə qalıblar ki, indiki halda qeydiyyatdan keçmə və müvafiq vərəqə alma məsələsi qalıb. Zənnimcə, o vərəqələrin verilməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən texniki parametrlərin təsdiq olunmaması ola bilər. Həmin parametrlər təsdiqləndikdən sonra icazə vərəqələri veriləcək. Amma biləsiniz ki, bu proses çox uzun çəkməyəcək. Bir daha vurğulamaq istərdim ki, taksi fəaliyyəti üçün istismar olunan köhnə avtomobillərin yığışdırılması real görünür, çünki icazə vərəqəsi almaq üçün tələbin həm də nəqliyyat vasitəsinə olması o deməkdir ki, həmin tələblərə uyğun gəlməyən nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək", - deyə ekspert vurğulayıb.

Ekspert hesab edir ki, bütün bu proseslər uzun görünsə də, bu ilin birinci yarısı həll olunacaq, gələn ilə qalmayacaq.

"Cəmiyyətdə belə bir yanlış fikir var ki, taksi ilə bağlı icazə vərəqələri qaldı. Heç kim buna görə cərimə olunmayacaq. Bu, heç də belə deyil. Yanvar ayının birində bu baş vermədisə, ola bilər, elə yanvar ayının sonunda, uzağı fevralın ortasında bu proses olsun.

Sonda fürsətdən istifadə edib, sürücülərin bir daha diqqətinə çatdırmaq istəyərdim ki, mütləq qaydada AYNA-nın təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alsınlar və mütləq qaydada hazır olsunlar ki, icazə vərəqələrini ala bilsinlər. Nəzərə alsınlar ki, əgər taksi fəaliyyəti göstərmək istəyirlərsə, istismar etdikləri avtomobilləri saz vəziyyətdə saxlamalı, özləri təcrübəli olmalı, qanunlara ciddi riayət etməlidirlər. Ən önəmlisi yaddan çıxarmasınlar - bütün bu proseslər cari ilin birinci yarısı olacaq, gələn ilə qalmayacaq", - deyə E.Cəfərov fikrini yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri

Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma

05.08.2026 360
.

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə satıldı

Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb. "Qafqazinfo" xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb. İlk dəfə 1 milyon manata təkli

17:07 1
.

Rusiya BMT-də Ukrayna ilə bağlı yeni iddialar səsləndirdi

Ukrayna Afrikada terror fəaliyyəti ilə məşğuldur və Kiyevə verilən silahlar yaraqlıların əlinə keçir. xəbər verir ki, bu iddianı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya missiyanın rəsmi internet səhifəsində yayımlanan açıqlamasında səsləndirib. Nebenzya bildirib ki, söhbət pilotsuz uçu

11:21 161
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 202
.

"Paxıllar, saxta profillə pis rəy yazanlar, aqressivliyiniz üzünüzə vurub"

Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:. "Məni izləmək məcburiyyətində deyilsiniz

10:23 187
.

Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham

ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ

12:05 171
.

Trampın müdaxiləsi: ABŞ sursat çatışmazlığını müzakirə edəcək

ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinin müavini Stiven Feynberqə şəxsən zəng etməsindən sonra Pentaqonda sursat çatışmazlığının aradan qaldırılması ilə bağlı təcili iclas keçiriləcək. xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Telekanalın məlumatına görə, Müdafiə Nazirliyinin ikinc

11:54 146
.

ABŞ vitse-prezidenti: İranla bağlı bütün vasitələrdən istifadə edəcəyik

ABŞ İranla münaqişənin Vaşinqtonun maraqlarına uyğun şəkildə başa çatması üçün bütün imkanlarından istifadə edəcək. xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti J.D. Vance Fox News telekanalına müsahibəsində bildirib. Vance qeyd edib ki, ABŞ nəticənin öz maraqları baxımından əlverişli olacağın

12:14 154
.

Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun

Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy

12:28 156
.

TOP MP3