Azər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEO

Azər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEOAzərbaycanın tanınmış aktyoru və ssenaristi, "Əqrəb mövsümü" serialının ulduzu Azər Aydəmir 11 əl əvvəl Nicat Xəlilov tərəfindən təsis edilmiş və aparıcı Azərbaycan və beynəlxalq şirkətlərlə əməkdaşlıq edən "ArtBakers" reklam agentliyinin baş direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, idarəetmə sahəsində uğurlu təcrübəyə malik olan Azər Aydəmir uzun müddət Azərbaycanda bir sıra avtomobil brendlərinin idarəedici direktoru olub, həmçinin restoran və mehmanxana sferasında sahibkarlıq fəaliyyəti ilə məşğul olub və ondan sonra həyatını kinoya bağlayıb.

"Reklam və yaradıcılıq mənə çox yaxın olduğu və əsas fəaliyyətim olan kino ilə bu və ya digər şəkildə kəsişdiyi üçün, dostum Nicat Xəlilovdan "ArtBakers"ə rəhbərlik etmək təklifi aldım", – deyə Azər Aydəmir bu gün Azərbaycanın reklam bazarındakı vəziyyətdən narazı olduğunu bildirərək, "ArtBakers" komandası ilə birgə müəyyən şablon və stereotiplərdən uzaqlaşmaq və reklam biznesində inqilab etmək niyyətində olduğunu qeyd edir.

"Belə deyək, mən bir tamaşaçı kimi ekranda eyni şeyləri görməkdən yoruldum – reklam sferasında yeni səviyyəyə çıxmağın zamanı yetişib və mən artıq "ArtBakers"in baş direktoru olaraq, öz yaradıcı komandamla birlikdə bunu etmək niyyətindəyəm. Planlarımız böyükdür, çünki biz kreativlə yanaşı, müasir Azərbaycan reklamına VFX, CGİ, Aİ və s. kimi texnoloji həll yolları və innovasiyalar gətirməyi və beləliklə reklam kontentini həqiqətən fantastik etməyi düşünürük", – deyə Azər Aydəmir davam edərək, rəhbərlik etdiyi agentliyin təkcə reklam yaradılması ilə deyil, həm də onun yerləşdirilməsi ilə məşğul olduğunu qeyd edir.

A.Aydəmirin "ArtBakers"in baş direktoru vəzifəsinə gəlişi ilə agentlik, yuxarıda qeyd olunduğu kimi, daha kreativ və innovativ xarakter daşıyacaq reklam sahəsində fəaliyyətini davam etdirməklə yanaşı, kinofilmlərin çəkilişinə də müəyyən diqqət yetirəcək. Onu da xüsusi olaraq vurğulayaq ki, "ArtBakers" və Azər Aydəmirin əməkdaşlığı çərçivəsində artıq böyük rezonans doğuran və agentliyin ilk kinematoqrafik vizit kartına çevrilmiş "Viktoriya" filmi çəkilmişdir. Təfərrüatları yaxın gələcəkdə açıqlanacaq böyük bir film layihəsi üzərində artıq işlərə başlanılıb.

Həmçinin "ArtBakers" genişmiqyaslı tədbirlərin planlaşdırılmasını və təşkilini davam etdirəcək və bu yaxınlarda Laçında 8 noyabr Zəfər Gününün möhtəşəm qeyd olunması çərçivəsində Bayraq Marşı və Dekabr Yeni İl yarmarkası keçirilmişdir. Xüsusi olaraq vurğulayaq ki, erməni işğalından azad edilmiş Laçında ilk yeni il tədbirinin keçirilməsi məhz A.Aydəmirin rəhbərliyi altında "ArtBakers" komandasına həvalə edilmişdi.

"Biz "Artbakers"in yaxın keçmişdə Laçında baş tutan tədbirləri həyata keçirməsi ilə fəxr edirik – böyük uğur qazanmış bu bayram tədbirlərinin bir hissəsi olmaqdan şərəf duyuruq. Bundan sonra da ölkə boyu səyyar mini-yarmarkaların və ümumiyyətlə, istənilən mürəkkəblikdə tədbirlərin keçirilməsini planlaşdırırıq", – deyə A.Aydəmir Laçındakı event’lərin onun və "ArtBakers" komandası üçün böyük və qiymətli təcrübə olduğunu söyləyərək vurğulayır.

"Biz qarşıya qoyulan bütün məqsəd və planlarımızın öhdəsindən gələcək, inkişaf edəcək və reklam, kino, tədbirlərin təşkilatı və keçirilməsi sahələrində yeni üfüqlər fəth edərək, hər kəsi işimizlə xoş təəccübləndirəcəyik", – deyə A.Aydəmir sözünü yekunlaşdırır.

Həmçinin "ArtBakers" reklam agentliyi loqotipini tamamilə yeniləyərək, uğurla rebrendiq etdi ki, bu da brendə yeni üslublu və aktual görünüş bəxş etməklə yanaşı, vizual bütövlüyünü gücləndirdi və yaradıcılığa innovativ yanaşmasını vurğulamış oldu.

Azər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEOAzər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEOAzər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEOAzər Aydəmir vəzifəyə təyin olundu – FOTO – VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1863   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 261
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 207
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 177
.

CNN: Vaşinqton-Kiyev fikir ayrılıqları Moskvanın xeyrinə nəticələnə bilər

Yeni Avrasiya Strategiyaları Mərkəzinin beynəlxalq tərəfdaşlıq rəhbəri Con Lofun sözlərinə görə, Ukraynanın Rusiyanın neft emalı zavodlarına davamlı hücumları ABŞ Prezidenti Donald Tramp üçün "öküzə qırmızı parça göstərmək kimidir". xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Telekanalın analitiklər

10:32 177
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır

Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır. "Report" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsind

25.10.2026 338
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 145
.