"Heç kəs bizə "tərbiyəli ol!" deməyib" - Misir Mərdanov
Bu gün Gəncədə 11-ci sinif şagirdinin bıçaqlanması Azərbaycanda məktəblilər arasında törədilən ilk cinayət hadisəsi deyil. Buna qədər xırda xuliqanlıqdan tutmuş ölümlə bitən bıçaqlanmaya qədər neçə-neçə oxşar hadisə baş verib və bu, valideynləri narahat etməyə bilməz.
Sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov "Yeni Sabah"a açıqlamasında orta təhsil müəssisələrinin de-kriminallaşmasında ata və ana rolunu vacib sayıb:
"Valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmalıdırlar. Çünki uşaqlar məktəbdə günün bir neçə saatını olur, vaxtın əksəriyyətini isə evdə keçirirlər. Buna görə məsuliyyət birinci olaraq valideynlərin, daha sonra müəllimlərin öhdəsinə düşür.
Şagirdin tərbiyəsi və nizam-intizamında ata-ana mühüm rol oynayır. Onlar öz davranış və münasibətləri ilə uşağa nümunə olurlar. Bütün bunlar elə tənzimlənməlidir ki, şagirdlər arasında hər hansı xoşagəlməz hal baş verməsin.
Uşaqlıq dövrümüzdə heç kəs bizə "tərbiyəli ol" deməyib. Biz ətrafımıza, ilk növbədə, valideynimizin davranışlarına uyğun böyüyüb boya-başa çatmışıq.
Fikrimcə, bütün bu nüanslar çox önəmlidir. Sözügedən məsələdə əsas güc və ağırlıq birinci ananın, daha sonra atanın üzərindədir".
M. Mərdanov qeyd edib ki, məktəb psixoloqları və telekanallar bu halların qarşısını almaq üçün bir sıra ciddi addım atmalıdır:
"Əvvəllər sosial şəbəkələr geniş yayılmadığından belə hadisələr ard-arda baş vermirdi. İndi daha çox nəzərə çarpır. Ancaq son zamanlar analoji hadisələrin sayında artım hiss olunur və qarşısını almaq üçün müəyyən addımlar atılmalıdır. Valideynlər, müəllimlər, xüsusən, məktəblərdə fəaliyyət göstərən psixoloqlardan çox şey asılıdır.
Bundan əlavə, telekanalların da üzərinə çox ciddi vəzifələr düşür. Efirlərdə sözügedən istiqamətdə tərbiyə yönümlü tədbirlər, verilişlər hazırlanıb yayımlanmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 892 Tarix: 23 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları
Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir
05.08.2026 161 Bu klubların adları dəyişdirildi
I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib. Peşəkar Futbol Liqasından "Qafqazinfo"ya verilən məlumata görə, "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altınd
05.08.2026 176 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur. "Qafqazinfo" xəbər verir ki, bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır. Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizli
05.08.2026 107 Beynəlxalq Kosmik Stansiyanın gələcəyi ilə bağlı yeni açıqlama
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Beynəlxalq Kosmik Stansiyanın (BKS) istismar müddətinin texniki baxımdan uzadıla biləcəyini açıqlayıb. xəbər verir ki, bu barədə NASA-nın Yerin aşağı orbit proqramına rəhbərlik edən Dana Vayqel TASS agentliyinə müsahibəsində danışıb
05.08.2026 190 Ürək xəstəliyini aşkar edən "ağıllı" tualet oturacağı
Almaniyalı alimlər ürək ritminin təhlükəli pozuntularından biri olan qulaqcıqların fibrilasiyasını (səyrimə aritmiyasını) tualetdən istifadə zamanı aşkar edə bilən qeyri-adi cihaz hazırlayıblar. xarici mediaya istinadla xəbər verir ki, söhbət elektrokardioqram (EKQ) sensorları ilə təchiz edilmiş "ağıllı"
05.08.2026 156 Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm
05.08.2026 140 Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR
Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"
05.08.2026 145 Bir gündə 13 nəfəri ildırım vurub öldürdü
Hindistanın Carxand ştatında ildırım vurması nəticəsində azı 13 nəfər həyatını itirib. xarici mediaya istinadla bildirir ki, həlak olanlardan 8-i Giridih, 3-ü Dumka, daha 2-si isə Latehar dairəsində qeydə alınıb. Hadisələr güclü leysan və ildırımla müşayiət olunan bir gündə baş verib. Bölgə rəhbərliy
05.08.2026 162 Niyə kiçik itlər daha aqressiv olur?
Bir çoxları müşahidə edib ki, kiçik cins itlər iri itlərlə müqayisədə daha çox hürür, daha tez qıcıqlanır və insanlara və ya digər heyvanlara qarşı aqressiv davranış nümayiş etdirirlər. Baytarlar bildirirlər ki, bunun arxasında bir neçə mühüm səbəb dayanır. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar
05.08.2026 163