Taxta qiymətləri artacaq? - AÇIQLAMA

Taxta qiymətləri artacaq? - AÇIQLAMARusiya Federasiyası Azərbaycana tikinti məqsədi üçün nəzərdə tutulan taxta materiallarını pandemiya öncəsindən iki dəfəyə yaxın baha satır.

Belə ki, ölkəmiz Rusiyadan ən çox idxal etdiyi şam ağacının hər kubmetrini 2019-cu ildə 133 ABŞ dollarına (226 manat), 2020-ci ildə 117 dollara (199 manat), 2021-ci ildə 135 dollara (230 manat), 2022-ci ildə isə 203 dollara (345 manat) almışdı. 2023-cü ildə isə bu rəqəm artıq 213 dolları (362 manat) ötüb. Qiymətlər bu material üzrə son bir ildə 5 faiz artdığı halda, pandemiyadan əvvəlki dövrlə müqayisədə 60-70% daha bahadır.

Bəs, idxal qiymətlərinin artması daxili bazara necə təsir edəcək?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə hazırda daxili bazarda taxtanın qiymətinin sabit olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda heç bir bahalaşma müşahidə olunmur:

"Belə ki, bir kubmetr taxta materialının qiyməti 250 manata qədərdir. Ən keyfiyyətli, döşəmə üçün nəzərdə tutulan materiallar isə 280 manatdan baha deyil. Preslənmiş taxta materialının da qiyməti sabitdir və 22-24 manat arasında dəyişir. Qış aylarında isə taxta materiallarına tələbat aşağı düşdüyü üçün qiymət artımı olmur. Buna görə də bazarda dəyəri 230 manata qədər düşə bilir.

Yuxarıdakı göstəricilər də ola bilsin ki, orta qiymət nisbətində də götürülüb. Ona görə ki, müəyyən dövrlərdə bazarda qıtlıq olanda materialların qiymətində artım baş verə bilir".
Müsahibimin fikrincə, yaxın vaxtlarda taxta qiymətlərində bahalaşmanı müşahidə edə biləcəyik:

"Əvvəllər də belə olub. Rusiyadan idxal olunan materiallarda müəyyən qiymət dəyişiklikləri baş verib. İndi də belə olacaq. Bununla belə, bəzi hallarda sahibkarlar tələb və təkliflərdən asılı olaraq tənzimləmələrə gediblər. Belə ki, təklif çox olan zaman ucuzlaşma, tələb çox olduqda isə bahalaşma baş verib".

Bəs, Rusiyadan gələn taxta məhsullarının qiyməti niyə bahalaşıb?

"Bəzi dövrlərdə bu ölkənin gömrük tariflərində müəyyən qiymət dəyişiklikləri baş verir. Son vaxtlar kütləvi sanksiyalar tətbiq edildiyi üçün ixrac həyata keçirdiyi ölkələrə gömrük güzəştləri etməyə məcbur olub. Çünki həmin ölkələrin çoxu sanksiyalara görə idxal və ixracı dayandırıb ki, onların da əksəriyyəti Avropa ölkələrdir.

Eyni zamanda, Qərb şirkətlərinin çoxu Rusiya bazarını tərk etdiyi üçün böyük bir boşluq yaranıb. Ancaq son vaxtlar əksəriyyətinin müxtəlif brendlər adı ilə geri qayıtması ilə bağlı məlumatlar dolaşmaqdadır. İkinci səbəb rublun möhkəmlənməsi və qorunması üçün atılan addımlarla bağlı ola bilər", - ekspert qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 718   Tarix: 23 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elm və Təhsil Nazirliyi: "İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi açıqlama yayıb:. "Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanı

12:33 200
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

Bu ərazilərdə işıq olmayacaq

Paytaxtın Yasamal rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki,elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmas

10:00 187
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

15:52 137
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 356
.

Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar

"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını

10:42 187
.

İlham Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Prezident İlham Əliyev BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi

14:49 175
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 158
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

16:06 163
.