Mingəçevir əhalisinin seçimi bəllidir: BİR DAHA İLHAM ƏLİYEV
"Mingəçevir əhalisi hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olubdur."
Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert, Mingəçevir şəhər ziyalısı Səbuhi Abbasov deyib: "Mingəçevir şəhərinin əhalisi hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olubdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra şəhərimizə diqqət, qayğı artmış, inkişafı üçün müxtəlif proqramlar qəbul edilmişdir. Dünyanın ən gözəl şəhərinə olan bu xoş münasibət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Məhz cənab Prezidentin tapşırıqları, sərəncamları nəticəsində şəhərimiz ölkənin sənaye, turizm və idman mərkəzinə çevrilməkdədir. Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovun Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına rəhbər təyin edilməsi bu sahədə olduqca ciddi canlanmaya səbəb oldu. Mingəçevir şəhəri yenidən idman, ələxsus da avarçəkmə üzrə imicini özünə qaytardı. Mingəçevir şəhəri həm də qəhrəmanlar diyarıdır. Həm aprel, həm 44 günlük, həm 1 günlük qələbə savaşlarında şəhərimizin yetmişə yaxın igid oğlu şəhidlik zirvəsinə, onlarla igidimiz qazilik məqamına ucalmışdılar. Ali Baş Komandanın verdiyi əmrləri icra etmək Mingəçevir gəncləri üçün hər zaman şərəf, ləyaqət etalonu olubdur. Mən qətiyyətlə deyə bilərəm ki, bu seçkilərdə də Mingəçevir əhalisi birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyəcəklər. İnsanlar öz aralarında deyirlər ki, bu seçkilər həm də Ali Baş Komandana təşəkkür imkanıdır. Bəli, bu, dünya ilə üz-üzə gələrək Qarabağı azad edən bir liderə, Ali Baş Komandana təşəkkür, ehtiram, sədaqət göstərmək imkanıdır. Cənab Prezident bu seçkilərdə qələbə qazanacaq və şəhərimizə olan diqqət və qayğını bundan sonra da davam etdirəcəkdir. Hər kəs gözəl bilir ki, bu gün Mingəçevir şəhərinin ən böyük problemləri işsizlik, istismar müddəti bitmiş binalar və istilik məsələləridir. Əminəm ki, 2024-cü il şəhərimiz bu problemlərdən də azad olacaq və Cənab Prezidentlə birlikdə Kürün sahilində yaradılacaq "Zəfər seyrangahı"nın açılışında iştirak edəcəyik."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 935 Tarix: 24 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
16:18 61 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
13:00 177 Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 253 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
15:52 102 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
12:37 218 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
16:11 75 Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
12:43 179 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 191 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 347