"Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin"

"Kimin vicdanı varsa, toppuş xanımları şikəst etməsin""Xanımlar, dəyərinizi bilin. Yeyib-içib kökəlib, sonra da bıçağı verirsiz cərraha ki, "al, mənim mədəmi kəs tulla, al, bu da üstündə neçə min pul". Pulu veririk ki, mədəmizi kəsdirib özümüzü yarımcan edək".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında həkim Aytən İsmayılzadə bildirib.

O, sağlam orqanı bu cür əməliyyat etdirməyi intihar kimi dəyərləndirib: "İndi kimlərsə fikir bildirə bilər ki, "mən yarımcan filan deyiləm, əlləri qızıl doktorum məni fit qız eləyib". Elə deyil, bu, cahillikdən başqa şey deyil. Elə intihar kimi bir şeydir öz kefimizdən sağlamlığa cavabdeh olan bir yerimizi kəsdirib tullamaq... Siz elə başa düşürsüz ki, problem mədənin böyük olmasındadır ki, bədən kökəlib?! Xeyr. Problem bizim zehnimizdədir. Hər nədən ötrü, əsəbdən, zövqdən və s. ötrü yemək... O zehinlə ki, özümüzü kiçik görürük. Heç bircə hüceyrə yarada bilmədiyimiz halda, o boyda vacib orqanı tikə-para edib atırıq zibilə... Niyə? Az yeyək deyəmi? Bəs dəyərmi? Az yeyək deyə, sadəcə, az yeyib arıqlayaq deyə bu cür nizamlı balansı pozmaq olarmı? Günah deyilmi? Əbəttə, günahdır! Bunu edənə də, etdirənə də günahdır. Mən sizinlə tam səmimiyəm, xanımlar, dəyərinizi bilin.

Fiziki bədən ruhun evidir. Onu düzgün bəsləmək lazımdır. Onu istədiyiniz kimi zədə verərək düzəltməyə ixtiyarınız yoxdur. Biz bizə məxsus deyilik. Biz özümüzü yaratmadıq. Necə ki bir ana uşağının barmağına iynə batsın istəməz, o cür də özünüzə yanaşın. Qoruyucu və sevərək!"

Həkimin sözlərinə görə, mədə bir orqan olaraq sadəcə yemək kisəsi deyil ki, dibi kəsilib tikilsin: "Mədənin hissələri bir birini təkrar etmir və hər tərəfi müəyyən hormon maddələr və buraxır. Mədənin cismi, dibi, girişi, çıxışı, əyrilikləri fərqlidir. Bağırsaq təkrarlana bilir, onun kəsilib tikilməsi ilə mədə bir deyil. Əməliyyatın adı isə mədəkiçiltmə yox, "mədəkəsilmə" olmalıdır. Çünki sadəcə mədə kiçilmir, mədə kəsilərək dəyişir. Və bu dəyişən orqan artıq mədə olmur. Biz mədəmizi ancaq onu və özümüzü qorumaq məqsədilə kəsdirə bilərik. Məsələn, mədə xərçəngi zamanı. Öz görünüşümüzə görə deyil".

O, həmçinin bədəninin bir hissəsini yalnız görüntüyə görə kəsdirən xanımlarla bərabər toppuş qızların mədəsini kəsən həkimləri də günahkar bilib: "Bu ki faciədir! Buna aid instaqramda çoxsayda reklam şəkilləri var, öncə və sonrası çox da fərqlənməyən şəkillər. Sadəcə dəhşətdir. Heç bir səhiyyə sistemindən insan isə çıxıb "dur" demir. Belə işlərə görə o cür həkimlərə, ümümiyyətlə, əməliyyat etməyi qadağan etməlidirlər. Lakin bu, bugünkü dünyada mümkun deyil.

Bu əməliyyatı icra edənlər deyə bilər ki, artıq çəki, dizlər, ürək, təzyiq, şəkər və s. bu problemlərə gətirir. Tamam, artıq çəki özü bir problemdir. Ancaq pozulmuş sistemin nəticəsi olaraq bir problemdir. Məgər mədə kəsiləndə pozulmuş sistem qaydaya düşür? Lap da pisləşmirmi? Mədə kəsilibsə, bir çox minerallar sorula bilmir, zülal yaxşı həzm olmur, kimdəsə öyümə, qusma olur, insan normal həcmdə qidalana bilmir. Bu günə qədər olan orqanizm isə əvvəlki kimi tələb edir. Balans pozulması dərinləşir. Ruhun qocalması sürətlənir. Bu gedişlə hər cür xəstəliyin sürətlənməsi gözlənilir. Bədən iflas edir...

Kimin ki vicdanı var, toppuş xanımları şikəst etməsin. Hər kəs ki, bu işdə peşman olubsa, ətrafına bunu bildirsin. Video çəkib, paylaşsın. Heç kim heç kimin kopiyası olmalı deyil. Həyatımızın hər dövründə də eyni olmalı deyilik. Buna məcbur deyilik. Bizi buna məcbur edən yenə zehnimizdir. Sosial şəbəkələrdən, ətrafdan hərənin bir daş atdığı zehnimiz.

Və peşiman olan xanımlar bunu bir xəstəlik üçün etdiyinə özünü inandırsın. Özümüzü buna inandıraq ki, ruhumuz bizdən əvəz çıxmasın. Ola bilər, bu yazım kimlərisə demotivə edər, həyat davam edir, özünüzdən üzr istəyin və ola biləcək ən gözəl şəkildə bədəninizi qorumağa, sağlam tutmağa davam edin. Ona görə yazdım ki, bu yola getmək istəyən xanımlar bir daha düşünsün, doğru yol seçsinlər. Yeyəndə də, yeməyəndə də özümüzə zərər vurmamalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 899   Tarix: 24 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sülh sazişi tək kağız üzərində olmamalıdır"

"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"

16:18 61
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

13:00 177
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

10:28 253
.

Hüceyrələrimizdə gizlənən "zombi" problemi

İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə

15:52 102
.

Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!

Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər

12:37 218
.

İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?

Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?

16:11 75
.

Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan

12:43 179
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 191
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 347
.