Naxçıvanda məktəbin tavanın bir hissəsi uçdu, müəllim xəsarət aldı (VİDEO)
Sosial şəbəkələrdə Naxçıvanın Babək rayonu Cəhri qəsəbəsində 2 nömrəli tam orta məktəbdə müəllimlər otağının tavanının qopması ilə bağlı məlumat yayılıb.
Qopan tavanın tarix müəlliminin başına düşdüyü, nəticədə müəllimin ağır kəllə-beyin travması aldığı iddia olunur.
Qafqazinfo hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.
Təhsil şöbəsinin müdiri Elşən Qəbulov sorğumuza cavabında tavanın deyil, yalnız suvaq hissəsinin qopduğunu, hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib:
"Həmin hadisə yanvar ayının 19-da olub. Həmin gün 30 şagird, 20 müəllimin iştirakı ilə 20 Yanvar hadisələrinin Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Bu vaxt tavanın 3 kvadratmetr hissəsində suvaq qoparaq tökülüb. Tavan çökməyib, qopan suvaqdır və onun da qalınlığı təxminən 3 santimetrdir. Nəticədə ixtisasca tarix müəllimi olan, məktəbdə laborant kimi çalışan Mahnurə Hüseynovanın qoluna düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb".
Şöbə müdiri həmçinin əlavə edib ki, faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və dəyərləndirilmədən sonra tavan bərpa ediləcək.
E.Qəbulovun sözlərinə görə, sözügedən təhsil müəssisəsi 2007-ci ildə inşa olunub və məktəbdə 500-dən çox şagird təhsil alır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPomidorun qabığı niyə qalın olur? - Bağbanlardan sadə həll yolları
Bağda yetişdirilən pomidorların qabığının qalın və sərt olması çox vaxt isti hava, su çatışmazlığı və ya sort xüsusiyyətləri ilə bağlı olur. -ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər bildirirlər ki, düzgün qulluq etməklə bu problemin qarşısını almaq mümkündür. Ən əsas səbəblərdən bir
05.08.2026 161 Yaşa görə sosial şəbəkə tələbləri ilə bağlı CƏRİMƏLƏR
Sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında"
05.08.2026 145 Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır. Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş verm
05.08.2026 140 İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri
Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma
05.08.2026 134 Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - "Bacımı torpağın altına qoydu..."
"Mən bilmirəm "National Prime Hospital"ın estetik cərrahı Nicat Həsənov qarın kəsir, yoxsa burun? Onu bilirəm ki, bu həkim 35 yaşlı bir qadını torpağın altına qoydu. Bu iddialarla "Qafqazinfo"ya adıçəkilən həkim tərəfindən icra olunan əməliyyatdan sonra vəfat edən Nərmin Zeynalovanı
05.08.2026 421 Peşə təhsilini ikinci seçim olmaqdan çıxarmağın vaxtıdır
"Cəmiyyətimizin uzun illərdir daşıdığı ən böyük psixoloji yüklərdən biri ali təhsil diplomunu uğurun yeganə açarı hesab etməsidir. "Ali təhsili olsun, ixtisasının fərqi yoxdur" düşüncəsi minlərlə gəncin real bacarıq və potensialını kölgədə qoymaqla yanaşı, əmək bazarında da ciddi disbalan
05.08.2026 194 "Bakı İstanbuldan gözəldir"
Türkiyəli jurnalist və aparıcı Fülya Öztürk Bakıya gəlib. Axşam.az xəbər verir ki, aparıcı paytaxtda gəzərkən insanlarla söhbət edib və təəssüratlarını bölüşüb. O, Bakı haqqında xoş sözlər deyərək sakinlərə müraciət edib:. "İstanbuldan daha gözəldir Bakı. Gəlin buraları görün, gəzin. Xəzər dənizin
05.08.2026 217 Ceki Çan İçərişəhərdə
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır. Axşam.az-ın məlumatına görə, aktyor ötən gündən Bakıdadır. Ceki Çan bu gün İçərişəhərdə görüntülənib
05.08.2026 263 Şirvan kanalı bərpa edildi - Foto
Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən, sızma baş vermiş hissəsindəki bənd artıq bərpa edilib. Hazırda təmir-bərpa işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında suyun verilişi bərpa olunub. Hacıqabul, Ağsu, Kürdəmir v
05.08.2026 200