"AŞPA beynəlxalq hüquqları heç saydı" - DEPUTAT
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan, Almaniya, Fransa , İtaliya, İspaniya, Portuqaliya, Belçika, Finlandiya, İsveç, Britaniya, Andorra, Avstriya, Xorvatiya, Danimarka, İslandiya, İrlandiya, Litva, Lüksemburq, Malta, Monako, Moldova, San Marino, Serbiya olub. Azərbaycan əleyhinə səs verən ölkələr sırasında olan Böyük Britaniya xüsusi diqqət çəkir. Bu baxımdan rəsmi Bakının fəaliyyət istiqaməti necə olacaq? Sözügedən ölkələr ilə əməkdaşlıq dayandırılacaq?
Mövzu ilə bağlı BiG.AZ-a deputat Ceyhun Məmmədov açıqlama verib.
O bildirib ki, məlum olduğu kimi son vaxtlar Avropa Şurasının, Avropa İttifaqının Azərbaycana qarşı qərəzi və ikili standartları ən pik həddə çatmışdı. AŞPA beynəlxalq hüquqları heç sayaraq qərar verib.
"Son addımlar, qərarlar bu qərəzi açıq-aydın göstərirdi. Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, Azərbaycanla bağlı qəbul edilən qərarlar Azərbaycanın bu istiqamətdə addım atmasını zəruri edirdi.
Biz müstəqil, qürurlu dövlətik, bu ittihamları heç zaman qəbul edə bilməzdik. Ona görə də Azərbaycan haqlı olaraq öz qəti mövqeyini bildirdi. Bu qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı.
Eyni zamanda, Avropa rəsmiləri əgər obyektivdirlərsə niyə məhz indi Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra, Prezident seçkiləri dövründə bu qərarı qəbul etdilər? Bu sualların cavabı isə artıq çox insana məlumdur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 615 Tarix: 25 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sülh sazişi tək kağız üzərində olmamalıdır"
"Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır". "Qafqazinfo"nun məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması"
16:18 61 Sabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
13:00 177 Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı
10:28 253 Hüceyrələrimizdə gizlənən "zombi" problemi
İnsan yaşlandıqca bəzi hüceyrələr bölünmə qabiliyyətini itirsə də, orqanizmdə qalmağa davam edir. Elmi ədəbiyyatda "zombi hüceyrələr" adlandırılan bu hüceyrələrin toplanması iltihab prosesləri və yaşla əlaqəli sağlamlıq problemləri ilə əlaqələndirilir. BİG.AZ xarici mediaya istinadla xəbə
15:52 102 Səbuhi Abbasovdan Fatih Erbakana sillə kimi cavab: Ərdoğanın və Əliyevin adından özünüzə siyasi divident qazandırmayın!
Fatih Erbakanın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi fikirlər bir daha göstərir ki, bəziləri üçün siyasi mübarizədə sərhəd, siyasi etikada isə ölçü anlayışı getdikcə arxa plana keçir. Öz ölkəsindəki problemlərin ağırlığı altında arqumentlər
12:37 218 İnsanlar niyə ehtiyacları olmayan şeylərə pul xərcləyir?
Bəzən insan mağazaya yalnız bir məhsul almaq üçün gedir, amma evə bir neçə əlavə əşya ilə qayıdır. Bəzən isə uzun müddət istifadə etmədiyi geyimlərə, kosmetik vasitələrə və ya müxtəlif aksessuarlara pul xərcləyir. Maraqlıdır, insanlar ehtiyacları olmadığı halda niyə alış-veriş etməyə davam edirlər?
16:11 75 Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayıb, görüş əsnasında Azərbaycanla Niderlan
12:43 179 Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər
Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə
11:34 191 Ər-Riyada yönələn ballistik raket vurulub
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm
25.10.2026 347