Dubayda qaradərili uşaqla şəkil çəkdirən azərbaycanlılar həbs olunub

Dubayda qaradərili uşaqla şəkil çəkdirən azərbaycanlılar həbs olunubDubaya gəzməyə gedən iki Azərbaycan vətəndaşı orada qaradərili uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün həbs olunub.

BiG.AZ xəbər verir ki, bu barədə həbs olunan şəxslərin dostlarından biri Anews.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, iki aydır dostlardan xəbər ala bilmirlər:

"Dostumuz Cəlilov Emin Bəhman oğlu iki ay öncə üç dostu ilə birgə Dubaya gəzməyə gedib. Elə həmin gün də geri qayıtmalı idilər. Orada ticarət mərkəzlərinin birində qaradərili uşaqla anasından icazə almadan foto çəkdiriblər. Nəticədə uşağın anası şikayətçi olub. Buna görə də gəzməyə gedən iki dostu həbs etmək qərarı verilib. Emin bəyin anası yaşlıdır və övladından xəbər ala bilmir. Aidiyyəti qurumların dəstəyinə ehtiyacımız var".

Məlumata görə, həmin şəxslər qeyri-etik ifadələr işlədərək qarşı tərəfə "neqr" deyiblər.

Mövzu ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, bu məsələ Azərbaycanın Dubaydakı Baş konsulluğunun nəzarətindədir. Müvafiq dəstək göstərilir. Əlavə məlumat olacağı təqdirdə açıqlanacaq.

Hüquqşünas Fariz Namazlı qeyd edib ki, azərbaycanlıların həbs olunması Birləşmiş Ərəb Əmirliklərinin qanunları ilə tənzimlənir:

"Bizim oradakı səfirliyimizin məsələyə qarışmaq kimi səlahiyyəti var. Azərbaycanlıların müdafiə olunması üçün tədbirlər həyata keçirə bilər. Onların vəkillə təmin olunmasına dəstək göstərə bilər".

Vəkil, həmçinin vurğulayıb ki, hər iki ölkə arasında "cinayət törətmiş şəxsin verilməsi haqqında" müqavilə varsa, o müqavilə əsasında vətəndaşların Azərbaycana göndərilməsi təmin oluna bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1076   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

13:00 0
.

Azərbaycan-Hindistan əlaqələrində yeni dinamika: Tarixi bağlar və iqtisadi maraqlar

"Müəyyən mərhələlərdə siyasi uzlaşmama halları olsa da Hindistan ilə Azərbaycan arasında əlaqələr hər zaman mövcud olub. Lakin hazırda bu münasibətlərin inkişaf etdiyini müşahidə edirik". Bu sözləri BİG.AZ-a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib. O qeyd edib ki, Azərbaycan Respublikasını

10:42 146
.

Əzizidən xəbərdarlıq: İranın milli təhlükəsizliyinə təhdid cavabsız qalmayacaq

İranın milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, İsraili yaşayış üçün yararsız hala sala biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib

11:02 148
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

25.10.2026 404
.

Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbə silahla hücum etməyi planlaşdıran iki yeniyetməni saxlayıblar. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, saxlanılanlar aprel və mayda sosial şəbəkədə tanış olubla

25.10.2026 329
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 95
.

Ər-Riyada yönələn ballistik raket vurulub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri Yəmən husiləri tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raketi ələ keçirərək məhv edib. "Report"un "Arab News"a istinadən verdiyi məlumata görə, bu barədə koalisiyanın rəsm

25.10.2026 330
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25.10.2026 448
.

Çirkli pulların yuyulmasında şübhəli bilinən şəxs həbs edilib

Taylandda çirkli pulların yuyulması və məlumatların oğurlanmasında şübhəli bilinən 45 yaşlı Rusiya vətəndaşı həbs edilib. xəbər verir ki, Aleks adlı Rusiya vətəndaşı oktyabrın 20-də Mukdahan əyalətində saxlanılıb. Onun Pattayada yaşadığı bildirilir. Şübhəli Taylandın cinayət qanunvericiliyinin bir neç

10:51 143
.