Medvedevin "Fransa və terror" bəyanatının pərdəarxası - ŞƏRH
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Crocus City Hall"dakı terror aktının arxasında Fransanın dayandığını bəyan edib.
Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin bu terrorda əli var.
"Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil", - deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, terrora görə məsuliyyəti İŞİD üzərinə götürmüşdü.
Fransa özü İŞİD terrorundan əziyyət çəkən ölkə olsa da, Parisin səhnə arxasında terror təşkilatı ilə əlaqələri mövcuddur. Bu, yeni tendensiya da deyil.
Məhkəmə sənədləri ilə sübut olunub ki, Fransanın Paris şəhərində yerləşən "Lafarge" şirkəti və baş ofisi Suriyanın paytaxtı Dəməşqdə yerləşən "Lafarge Cement Syria" zavodu 2013-2014-cü illərdə İŞİD-ə külli miqdarda pul ödəyib.
Belə ki, şirkət Suriyada sement zavodunun istismarına icazə müqabilində İŞİD və "Əl-Nusra Cəbhəsi"nə pul verib. İstismara icazə veriləndən sonra "Lafarge" təxminən 70,3 milyon dollar gəlir əldə edib.
"Lafarge" və onun törəmə şirkəti törətdiyi cinayəti etiraf edib. Göründüyü kimi, terror cinayətləri Fransa şirkətinin timsalında Parisin də üzərinə şübhələr qoyur.
Çünki şübhə yeri qalmır ki, "Lafarge" məhz Fransanın xeyir-duası ilə Suriyada İŞİD-lə sövdələşməyə girib.
Bunlar Medvedevin bəyanatı fonunda yenidən Fransa-İŞİD əlaqələrini üzə çıxara bilər.
Yəqin indi Moskvanın əlində məlumat var ki, Fransa ilə İŞİD arasında sövdələşmələr var. Bu sövdələşmə isə Rusiyada terrorla nəticələndi.
Paris üçün insan həyatının dəyəri yoxdur. O, öz ambisiyaları naminə hətta Fransanın özünü hədəfə gətirən terror təşkilatı ilə razılıqlar əldə edir.
Belə bir dövlətin sülh və təhlükəsizliklə əlaqədar tezisləri heç zaman səmimi ola bilməz.
Ona görə də, Fransa dünyanın heç bir yerində, o cümlədən Cənubi Qafqazda sülh və ədalət axtarmır.
Onun axtardığı şeylər pis niyyətlərini dövriyyədə saxlayaraq regional çalxalanmalar yaratmaqdır.
Elə son zamanlar Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribatlar törətməsinin də səbəbləri Fransadır. Çünki Fransa qarışıqlıqdan, xaosdan, qandan qidalanır.
O, Avropa İttifaqını da öz çirkin ambisiyalarına alət edir. Amma hər şey göz qabağındadır: Fransa terror təşkilatları ilə əlaqədən tutmuş təhlükəsizlik üçün digər bədxah əməllərə qədər addımların sahibidir.
Ermənistanda isə Fransanın şirin vədlərinə inanırlar. Olsun, amma deyəsən, hesablamırlar ki, Fransa ermənilərdən ibarət legion yaradıb onu Ukraynada döyüşməyə göndərmək niyyətindədir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 591 Tarix: 13 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco
11:51 244 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
18:15 181 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
13:24 299 Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
12:18 234 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 243 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
14:57 214 Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
20:00 146 Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
15:02 252 İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM
Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri
19:30 160