Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb.
Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb.
V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətinə getmək istəyən vətəndaşların işbazlar tərəfindən aldadıldığı müşahidə olunub:
"Keçən il Həcc mövsümündən sonra, iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaratdı. Lakin həmin ərazilərə yalnız Həcc vizası olan şəxslər daxil ola bilərlər. İşbazlar isə bu qərarlardan istifadə edərək, vətəndaşları aldadıblar.
Bizdə olan məlumata görə, ötən il də belə işbazların çox sayda qurbanları olub, onlardan pul yığıblar, lakin apara bilməyiblər. Bu il isə təxminən 500 vətəndaş işbazların qurbanı olub".
V. Cahangiri vurğulayıb ki, buna görə də, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə əlaqədar kvotanı azaldaraq, 1500 zəvvar həddində müəyyənləşdirib:
"Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə getmək istəyən şəxsləri işbazlara aldanmamağa çağırır".
Həmçinin, QMİ rəsmisi onu da bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi bütün həcc ziyarəti üçün bütün prosedurların tamamlanmasına vaxt qoyub:
"Nazirliyin təyin etdiyi vaxta əsasən, bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır. Ona görə vətəndaşlar tələssinlər, yalan vədlərə aldanmasınlar.
Bildirək ki, kvotanın dolmasına da çox az qalıb.
Bununla bərabər, Səudiyyə Ərəbistanının müvafiq nazirlikləri bu kimi hallardan tam xəbərdardırlar və bu barədə tədbir görməyə hazırlaşırlar. Yəni elektron vizalarla Həccə getmək istəyənləri çoxsaylı deportlar və cərimələr gözləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 16 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI
Dünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması ba
00:23 94 SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkan saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6, ocağının dərinliyi isə 24 kilometr olub. Məlumata görə
01.08.2026 323 Sosial büdcədə REKORD: Maaş və pensiyalar artır? - İlin ikinci yarısında…
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin xərclərinin yarıdan çoxu sosial istiqamətlərə yönəldilib. Əməkhaqları, pensiya və müavinətlər, dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlərə ayrılan vəsait ötən illə müqayisədə təxminən 1 milyard manata yaxın artıb. Bu artım yaxın aylard
00:19 104 İki ölkənin vətəndaşları üçün Azərbaycana viza tələbi ləğv edilir
Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə Bosniya və Herseqovinanın, Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2026-cı ilin 1 avqust tarixindən 2027-ci ilin 1 avqust tarixinədək Azərbayca
01.08.2026 123 Azərbaycanda aşkarlanan çox sayda ilan görüntülərinə AYDINLIQ GƏTİRİLDİ
Ağdamda qazıntı işləri zamanı aşkarlanan çox sayda ilan görüntülərinə aydınlıq gətirilib. Belə ki, Ağdamda eskavatorla qazıntı işləri aparılan zaman çox sayda ilanın aşkarlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan görüntülərdə ilanların gürzə olduğu iddia edilir
00:32 93 Azərbaycanda pensiya yaşı 70 olur?
Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy
00:30 96 Azyaşlı futbolçu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
"Şamaxı" futbol klubuna ağır itki üz verib. xəbər verir ki, klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəli şəkildə həyatını itirib. Azyaşlının ölüm səbəbi qeyd edilməyib
01.08.2026 150 ABŞ-də keçmiş olimpiyaçıya qarşı irəli sürülən vandalizm işinə xitam verilib
Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin tələbi ilə Vaşinqton şəhərindəki Abraham Linkoln abidəsinin önündəki hovuza zərər vurmaqda şübhəli bilinən keçmiş olimpiyaçı barəsində başlanmış cinayət işi ləğv edilib. xəbər verir ki, bu məlumatı "The Washington Post" nəşri ABŞ Ədliyy
01.08.2026 137 Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb. Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqli
00:21 126