Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"
Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 2000-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfindən yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.
Hadisənin təfərrüatlarını öyrənmək üçün Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə saxladıq.
"JEK"dən Bizim.Media-ya bildirilib ki, valideynlərini qətlə yetirən Fikrət Məmmədov narkotik istifadəçisi olub:
"Oğlan bir həftə bundan əvvəl xuliqanlığa görə saxlanılıb, sonra azadlığa buraxılıb. Çıxan kimi bu hadisəni törədib. Oğlanın bir bacısı var, ailəlidir. Bunlar elə üç nəfər yaşayırdı. Ata Hakim Məmmədov işləmirdi, təqaüdçü olub. Ana Zərifə Məmmədova isə evdar qadın idi".
İdarədən verilən məlumata görə, ərlə-arvad əvvəllər Sumqayıtdakı Səthi Aktiv Maddələr zavodunda çalışıblar:
"Bu yataqxanadakı mənzil də ailəyə həmin zavoddan verilmişdi. Fikrət ata-anası ilə heç yola getmirdi, həmişə mübahisələri düşürdü. Bu yaxınlarda atasının başını daşla vurub yarıbmış".
Qeyd edək ki, Baş prokurorluq tərəfindən məsələ ilə bağlı araşdırma başlayıb. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1376 Tarix: 19 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
16:01 144 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
14:57 156 Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22.10.2026 411 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
15:34 158 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
15:28 167 Qubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
13:24 189 İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri
13:14 195 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
12:08 297 Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü
"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı
18:15 1